Icma.az
close
up
RU
Zəfər qazanmış Gənclərimiz Müstəqil Azərbaycanın gələcəyidir

Zəfər qazanmış Gənclərimiz Müstəqil Azərbaycanın gələcəyidir

Icma.az, Yenigundem portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Azərbaycada gənclər dövlət tərəfindən ən yüksək səviyyədə diqqət və qayğı ilə təmin olunub, onlara öz bilik və bacarıqları, malik olduqları potensialın nümayiş etdirilməsi, ortaya qoyulması məqsədilə dövlətimiz tərəfindən hər bir imkan yaradılıb. 1997-ci ildən hər il ənənəvi olaraq qeyd edilən Gənclər Günü də məhz bunun əyani sübutu, təsdiqidir”.

Bunu  Milli Məclisin deputatı İlham Məmmədov 2 Fevral-Gənclər Gününün əhəmiyyətindən danışarkən səsləndirib. Millət vəkili deyib ki, Gənclər Günü Ümummilli Lider Heydər Əliyevin Azərbaycan gənclərinə bəxş etdiyi ən böyük töhfə, verdiyi yüksək dəyərdir:

“Hər kəsə məlumdur ki, gənclərə diqqət və qayğı Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra artmağa başladı. Ümummilli lider hakimiyyətə qayıdana qədər Azərbaycan gəncləri demək olar ki, başsız, diqqətdən kənarda qalmışdı. Gənclər sanki özlərini sahibsiz, lazımsız hiss edirdilər. Belə bir vəziyyətdə isə kənar müdaxilələr, müxtəlif dağıdıcı dini və siyasi cərəyanların ölkəyə sirayət etməsi gənclərimizin yad təsirlərə düşməsi, milli ruhdan uzaqlaşmasına gətirib çıxarırdı. Ulu Öndərin hakimiyyətə qayıdışəndan sonra atdığı vacib addımlardan biri də məhz gənclərə diqqətin artırılması, onların problemlərinin öyrənilməsi və həmin problemlərin həlli istiqamətində müvafiq addımlar atması oldu. Bu mənada 1996-cı ilə Ulu Öndərin iştirakı ilə Azərbaycan Gənclərinin Birinci Forumun keçirilməsi xüsusi əhəmiyyət kəsb edirdi”.

Millət vəkili qeyd edib ki, 1997-ci il, fevarlın 2-də Ümummilli Liderin imzaladığı fərman əsasında hər il ölkəmizdə həmin tarix Gənclər Günü kimi qeyd edilir. İlham Məmmədov onu da bildirib ki, bundan əvvəl isə, Prezidentin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyinin yaradılması dövlətin gənclərlə yaxından işləməyə, onların problemlərini öyrənib həll etməyə nə dərəcədə maraqlı olduğunun əyani sübutu idi.

İlham Məmmədov onu da vurğulayıb ki, Heydər Əliyevin zamanında əsasını qoyduğu dövlət gənclər siyasəti günümüzdə Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və bu siyasət hər ötən il dəyişən situasiyalar, meydana gələn yeniliklərə uyğun olaraq keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:178
embedMənbə:https://yenigundem.az
archiveBu xəbər 02 Fevral 2025 20:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see296

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see274

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see271

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see258

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see250

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see248

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see239

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see239

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see236

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see221

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see220

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see215

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see213

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see212

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see211

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see206

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see203

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see202

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see199

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri