Icma.az
close
up
RU
Tərbiyəsizlikdən ölən gənclərimiz...

Tərbiyəsizlikdən ölən gənclərimiz...

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Tərbiyəsizlik ifadəsi dilimizdə ağır sözlərdən sayılır, təhqir həddindədir. Lakin tərbiyəsizlik geniş şaxəli ifadədir. Tərbiyəsizlik insanları təkcə dava-dalaşa, ürəkbulandırıcı hadisələrə aparmır, səssizcə ölümə də aparır.

Biz tərbiyə deyiləndə yalnız başqalarına qarşı münasibətlərin nizamını düşünürük. Yəni övladımıza verdiyimiz tərbiyənin, demək olar ki, tamamını sosial-ictimai münasibətlər üzərindən düşünürük. Qonşunun toyuğuna “kiş” demə, küçədə bağırma, insanları təhqir etmə və s.

Ancaq bu qaçhaqaçda insanın özünə münasibətini tənzimləyəcək heç bir tərbiyəvi plan qurmuruq. Məhz bu səbəbdəndir ki, cavan uşaqlar, tələbələr özlərinə hörmətsizlikdən, diqqətsizlikdən dünyasını dəyişir. 

Vizual görünüşə, paltara, ətirə ifrat diqqət göstərən gənclər yatdığı yerə, yediyinə, sevdiyinə diqqət eləmir. Bu müstəvidə tərbiyə görməyən insanlar təkcə uşaqlar, yeniyetmələr deyil. Saqqalı ağaran yüzlərlə adam var ki, hələ də evində əcəl-mayallağı olan istilik qurğularını nataraz şəkildə istifadə edir. Bu səbəbdən payız fəsli ilə başlayıb baharda bitən bir ölüm mövsümü gəlir Azərbaycana: dəm qazı. Bu qazın nəyin dəmi olduğunu anlamayan onlarla gənc növbəti baharı görə bilmir.

Az qala, hər gün saytlarda, sosial şəbəkələrdə kiminsə dəm qazından öldüyünü görürük. Sosial şəbəkələrdə qarşımıza pəhləvan kimi gənc oğlanlar çıxır, gözəl-göyçək qız fotoları görürük, üstündə yazılan informasiyanı oxumağa başlayanda düşünürük ki, yəqin burada “Azərbaycanlı tələbə nüfuzlu universitetə qəbul oldu”, “Azərbaycanlı şagird beynəlxalq olimpiadanın qalibi oldu”, “Daha bir gəncimiz dünya çempionu oldu” sözlərini oxuyacağıq. Lakin həmin fotoların əksərinin üstündə bu sözlər yazılır: “Daha bir tələbə dəm qazından öldü”. 

- Niyə?

Azərbaycanda ən kasıb müəllimlərdən biri də kimya müəllimləridir. Müəllimlər pulunun böyük hissəsini repetitorluqdan çıxaran peşə sahibləri olduğundan bu gün qəbul imtahanlarında daha çox lazım olan fənləri tədris edənlər yaxşı qazanır.

Kimya isə spesifik fənndir. Olduqca lazımlı olsa da, nədənsə, qəbul imtahanlarında riyaziyyatın, dillərin hegemonluğunun kölgəsində qalır. Ancaq bu kölgə təkcə Lomonosov, Mendeleyevin, Pişnamazzadənin üstünə yox, bugünkü gəncliyimizin məzarlarının üzərinə də düşür.

Məsələyə çox uzaqdan gəlmiş kimi görünə bilərəm, amma əmin olun, nəinki şagirdlər, bu gün Azərbaycan əhalisinin 90 faizi dəm qazının nə olduğunu bilmir. İnsanlar hələ də elə düşünür ki, evdə dəm qazı yaranırsa, bunun qarşısını dərhal ala biləcək. Yəni evdən qaz iyi gələcək, yaxud da evə dəm qazı sızanda havanın buynuzu, quyruğu olacaq. Evdə hava boğuq olacaq, olmur.

Dəm qazı karbon qazı deyil ki, siz evdə boğulma hiss edəsiniz. Bu, tamam ayrı qazdır və bunun qarşısı ancaq profilaktika ilə alına bilər. Profilaktika da tərbiyə məhsuludur. 

İnsanlara məktəblərdə qəliz düsturlardan, uzun-uzun qəzəllərdən əvvəl bir neçə ölüm həqiqəti öyrədilməlidir. Dənizlə davranış, dəm qazı, narkotik... Bu sahələrdən baba məsləhəti kimi danışmaq lazım deyil. Onları elmi-analoji plastda anlatmaq lazımdır. Dəm qazının qana keçəndə onun qandan qopmamasını əyani göstərmək lazımdır.

Şagird bilməlidir ki, o şirin yuxuda olarkən bir neçə dəqiqə ərzində ölə bilər. Bu tədris, elm hadisəsindən daha çox tərbiyədir. CO2 karbon qazıdır, CO dəm qazıdır deyib keçilməli deyil. Burada söhbət təkcə karbonun valentliyindən yox, müəllimin valideynliyindən gedir. 

Biz məktəblərdə uşaqlara başqalarını öldürməməyi tərbiyə etməyə çalışırıq, ancaq onlara özlərini də öldürməməyi öyrədirikmi? İnsanın özünü öldürməyi də cinayətdir. Bunun üçün Cinayət Məcəlləsində “Bilmədən öz ölümünə səbəb olma” maddəsi yaradılmalıdır?

Sərdar Amin

Xüsusi olaraq “Qafqazinfo” üçün

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:220
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 19 Dekabr 2024 12:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see403

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see396

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see273

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see254

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see243

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see236

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see234

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see230

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see229

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see213

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see204

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see204

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see200

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see199

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see196

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see195

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see191

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see190

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see189

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri