Gənclərin ən çox seçdiyi peşələr bəlli oldu İlk yerdə hansı ixtisasdır?
Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.
"PeşəFest-2026"-da ən böyük maraq tibb bacısı və tibb qardaşı ixtisaslarına olub.
Bizim.Media xəbər verir ki, bunu əmək və əhalilinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev "PeşəFest-2026"nın bağlanış mərasimində çıxışında bildirib.
Onun sözlərinə görə, PeşəFest” layihəsi üzrə builki tədbirlərdə 176 minə yaxın iştirakçının peşələrlə yaxından tanış olub, mütəxəssislərlə ünsiyyət qurub.
"Ən yüksək iştirak payı Sumqayıtda qeydə alınıb. Sumqayıtda 33 min iştirakçı qeydə alınıb.
Əmək bazarına hazırlıq ilk iş müraciətindən xeyli əvvəl başlayır, peşəyönümü, peşə hazırlığı, əmək bazarı haqqında məlumatlandırma və işlə təminata dəstək isə bir-birini tamamlayan mühüm mərhələlərdir.
Burada ən böyük maraq tibb bacısı və tibb qardaşı ixtisaslarına olub. Burada 27 min nəfər iştirakçı bu peşələrlə tanış olub. İkinci yerdə silah mühəndisliyi, üçüncü sırada isə barista peşəsi olub".
O, festivalın peşəyönümü xidmətlərinin regionlarda əlçatanlığının artırılmasına töhfə verdiyini, bu tədbirlər çərçivəsində 6 min nəfərə peşəyönümü məsləhət xidməti göstərildiyini, gənclərə karyera planlaması üzrə fərdi konsultasiyalar keçirildiyini deyib.
Fəridə, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 06 Noyabr 2026 13:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















