Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi Azərbaycanın gələcəyi üçün prioritetdir

Gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi Azərbaycanın gələcəyi üçün prioritetdir

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

Gənclərin milli vətənpərvərlik ruhunda tərbiyəsi müasir cəmiyyətin ən mühüm vəzifələrindən biridir. Vətənpərvərlik gənclərə öz millətinin bir parçası olduğunu hiss etməyə, öz ölkəsinin tarixinə və mədəniyyətinə hörmət və qiymət verməyə kömək edir. Bundan əlavə, bu, özlərini və şəxsiyyətlərini müsbət qiymətləndirməyə kömək edir.

Müasir dünyada qloballaşma prosesləri gənclərin milli-mənəvi dəyərlər ruhunda yetişməsinə böyük əngəldir. Xarici dairələr asılı vəziyyətdə saxlamaq istədikləri ölkələrin  gənclərinin beyinlərini zəhərləmək, onlara yad dəyərləri aşılamaq istəyirlər.  Gəncliyin asılı vəziyyətə salınması,  həm də gələcəkdə hökmranlığın əsas təminatıdır. Bu cür yetişən gənclik asılılığı təbii sayır, fəal müqavimət göstərmir və “üstün mədəniyyət”in dominatlıq “hüququnu” qəbul edir. 

Vətənpərvərlik tərbiyəsi dövlət orqanlarının və ictimai təşkilatların, medianın vətəndaşlarda yüksək vətənpərvərlik şüurunun, Vətənə sədaqət hissinin, Vətənin mənafeyini qorumaq üçün vətəndaşlıq borcunu və konstitusiya öhdəliklərini yerinə yetirməyə hazır olmasının formalaşdırılması üzrə sistemli, məqsədyönlü fəaliyyətidir.  Vətənpərvərlik tərbiyəsi vətəndaş və vətənpərvər keyfiyyətlərə malik olan, sülh və müharibə dövründə vətəndaşlıq borcunu uğurla yerinə yetirməyi bacaran şəxsiyyətin formalaşmasına və inkişafına yönəldilmişdir.

Vətənpərvərlik tərbiyəsinin məqsədi gənc nəsildə yüksək sosial əhəmiyyətli keyfiyyətlərin formalaşdırılması, onları cəmiyyətin və dövlətin maraqları naminə həyata keçirməyə hazır olmaqdır.

Vətənpərvərlik tərbiyəsi gənclərdə vətənə sevgi, vətəndaş məsuliyyəti və hər an torpağın müdafiəsinə qalxmağa hazırlıq hisslərini formalaşdırır. Qloballaşma adı altında manqurtlaşma siyasəti idxal edilərsə, gənclər ölkənin maraqlarını qoruya bilməyəcəklər.  

Vətənpərvərlik tərbiyəsi gənclərdə fəal vətəndaş mövqeyi, doğma torpağa sədaqət hissi yaradır. Bu, müasir nəslin mənəvi sağlamlığını təmin edir və ölkənin gələcəyini müəyyən edir. Gənclər milli maraqları qorumaq, təzyiqlərə qarşı durmaq bacarığı qazanırlar. Ümummilli lider Heydər Əliyevin sözləri ilə desək, vətənpərvərlik sadəcə orduda xidmət deyil, Vətənə sadiq olmaq və torpağa bağlı olmaqdır.  Dövlət başçısı İlham Əliyev Azərbaycan könüllülərinin VII həmrəylik forumunun iştirakçılarına müraciətində bir daha bu əminliyi ifadə etdi ki, gənclər milli dövlətçiliyə dərin sədaqəti bundan sonra da həyatlarının amalı biləcək, Vətənimizin qüdrətinin artırılması naminə bilik və bacarıqlarını əsirgəməyəcəklər: “Əsas vəzifə gənc nəslin vətənpərvərlik ruhunda, milli ənənələr ruhunda tərbiyə olunmasıdır. Bu məsələyə çox ciddi yanaşmalıyıq və mən bunu əsas vəzifələrdən biri kimi qarşıya qoyuram. Gənc nəslin tərbiyə edilməsi bizim gələcəyimizin təmin edilməsi deməkdir”.

 2020-ci ildə 44 günlük Vətən müharibəsinin Azərbaycanın qələbəsi ilə nəticələnməsi vətənpərvərlik ruhunun praktik əhəmiyyətini sübut etdi. Dövlət başçısı dəfələrlə qeyd etmişdir ki, “Vətən müharibəsində gənclərin rolu həlledici olmuşdur və biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik”. 

Bu tarixi qələbə göstərir ki, vətənpərvər gənclik olmadan heç bir ölkə öz torpaq bütövlüyünü qoruya bilməz. Vətənpərvər gənclik olmadan heç bir millət öz gələcəyini təmin edə bilməz. Bu baxımdan, ailədən başlayıb məktəbdə, universitetdə və cəmiyyətdə davam edən vətənpərvərlik tərbiyəsi sistemi ölkəmizin uzunmüddətli inkişafının təməl şərtidir. Qarabağın azadlığı və Azərbaycanın Zəfəri ilə yeni mərhələyə qədəm qoyan ölkəmiz üçün vətənpərvər gənclik yetişdirmək tarixi missiyamızın ayrılmaz hissəsidir.

Bütün bu səbəblərdən vətənpərvərlik tərbiyəsi yalnız təhsil müəssisələrinin deyil, bütün cəmiyyətin - ailənin, KİV-lərin, ictimai təşkilatların və hər bir vətəndaşın birgə məsuliyyətidir. Çünki ancaq hamının birgə səyləri sayəsində biz gələcəyimizin etibarlı təminatçısı olan güclü vətənpərvər gənclik yetişdirə bilərik.

Gənclərin  vətənpərvərlik ruhunda tərbiyə olunması vətəndaş kimliyinin formalaşmasının da mühüm istiqamətidir. Məhz inkişaf etmiş vətənpərvərlik hissi xalqın birliyinin möhkəmləndirilməsinə, milli mədəni dəyərlərin qorunub saxlanmasına və təbliğinə kömək edir. Məhz gəncləri vətənpərvərlik  ruhunda tərbiyə etməklə biz Vətənimizə sevgi və ehtiram əsasında ölkəmizin gələcəyini yarada bilərik.



Bu məqalə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyini dəstəyi ilə "Baki Politoloqlar Klubu" İctimai Birliyi  tərəfindən icra olunan “Dövlət suverenliyi və milli birliyin qorunmasının ideoloji əsaslarının təhlili” layihəsi çərçivəsində hazırlanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://sherg.az
archiveBu xəbər 28 Avqust 2025 12:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see375

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see299

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see282

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see258

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see257

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see242

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see239

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see233

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see226

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see225

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see211

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see210

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see206

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see204

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see203

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see198

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see195

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see191

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see185

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri