Icma.az
close
up
RU
“Gənclərin vətənpərvərlik ruhunda formalaşmasında qəhrəmanlarımızın rolu” mövzusunda tədbir keçirilib

“Gənclərin vətənpərvərlik ruhunda formalaşmasında qəhrəmanlarımızın rolu” mövzusunda tədbir keçirilib

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 5 may, AZƏRTAC

Bakı Dövlət Universitetində (BDU) Geologiya fakültəsinin Tələbə Gənclər Təşkilatı (TGT) “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Gənclərin vətənpərvərlik ruhunda formalaşmasında qəhrəmanlarımızın rolu” mövzusunda tədbir keçirib.

BDU-dan AZƏRTAC-a bildirilib ki, Geologiya fakültəsinin dekan müavini Ələkbər Mirzəyev gəncliyin milli-vətənpərvərlik ruhunda formalaşmasının zəruriliyindən bəhs edib. O bildirib ki, informasiya müharibəsinin geniş vüsət aldığı indiki dövrdə gənclərin milli-mənəvi dəyərlərə sahib çıxması və ölkəmizin maraqlarını müdafiə edə biləcək vətəndaş kimi yetişməsi xüsusi əhəmiyyət daşıyır. O, bu istiqamətdə universitetdə, xüsusilə Geologiya fakültəsində həyata keçirilən tədbirlər barədə məlumat verib.

Geologiya fakültəsinin Kompleks geoloji və geofiziki tədqiqat elmi-tədqiqat laboratoriyasının böyük elmi işçisi, Alban-Udi xristian dini icmasının sədri Robert Mobili çıxışında Azərbaycan xalqının tarix boyu üzləşdiyi ədalətsizliklər və Ermənistan tərəfindən törədilən vəhşiliklər haqqında danışıb. O, Azərbaycanın müxtəlif dövrlərdə məruz qaldığı işğallar, soyqırımı aktları və tarixi torpaqlarımızda aparılmış erməni saxtakarlıqları barədə faktlara diqqət çəkib. Alban-Udi xristian dini icmasının sədri multikultural və tolerant cəmiyyət modeli kimi Azərbaycanın uğurlu təcrübəsindən bəhs edib, müxtəlif dini və etnik qrupların ölkədə sülh və qarşılıqlı hörmət şəraitində yaşamasının mühüm göstərici olduğunu vurğulayıb. Robert Mobili bu cür tədbirlərin gənclərin ictimai və vətəndaş məsuliyyətinin formalaşmasında mühüm rol oynadığını diqqətə çatdırıb.

Antiterror tədbirlərinin iştirakçısı, Geologiya fakültəsinin tələbəsi Səfər Əhmədov döyüş xatirələrini bölüşüb, Vətən sevgisindən danışıb.

Tədbirdə tələbələr Azərbaycanın qəhrəman övladları Mübariz İbrahimov, Polad Həşimov, Xudayar Yusifzadə, Arəstə Baxışova, Müşfiq Orucov, Ceyhun Sadıqov, Ümman Məmmədov, Musa Abbasov və Orxan Cabbarovun həyat və mübarizə yoluna həsr olunmuş çıxışlar ediblər.

Tədbirin sonunda Vətənin azadlığı uğrunda döyüşən qəhrəmanlara həsr olunmuş videoçarx nümayiş etdirilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:89
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 May 2025 16:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xoşbəxtlik okeanı Məryəm Bağırova yazır

10 Noyabr 2025 14:10see488

Psixoloqlar aşağı zəkanın əlaməti sayılan 4 vərdişi açıqladı

09 Noyabr 2025 07:07see216

Şamaxı nın forvardı: Azərbaycan Premyer Liqası oynadığım ən çətin liqalardan biridir

09 Noyabr 2025 16:22see202

COVID 19 peyvəndinin gözlənilməz təsiri aşkar edilib

09 Noyabr 2025 07:47see165

Zaman beyində işləyir…

09 Noyabr 2025 23:32see163

Ərəb ölkələri ABŞ ın bu planını rədd etdilər

09 Noyabr 2025 06:53see151

Zəfər turu nun qalibi bəlli oldu

09 Noyabr 2025 21:00see133

Rusiyada bu avtomobillərin qiyməti qalxacaq...

09 Noyabr 2025 23:47see132

Bayraq artıq əbədi Zəfərin rəmzidir!

09 Noyabr 2025 18:16see131

3I/ATLAS “Kosmik gəmisi” Günəşə yaxınlaşarkən qəribə reaktivlər yayıb...

09 Noyabr 2025 21:06see130

Tramp Putin görüşü yalnız bu halda keçiriləcək Siyarto

09 Noyabr 2025 21:10see128

Gün ərzində tərəvəz yeyin, axşama təsirini görəcəksiniz

09 Noyabr 2025 21:00see126

1 tonluq sirr: Bir balqabaq necə 1000 kiloqrama qədər böyüyür?

10 Noyabr 2025 05:31see126

Maşını Röya alacaq Video

09 Noyabr 2025 21:10see126

“Monqol əti”nin “halal” standartına uyğunluğu yoxlanılır? RƏSMİ AÇIQLAMA

09 Noyabr 2025 09:01see126

“Aynadaki yabancı” da uğursuz oldu

09 Noyabr 2025 14:17see125

Bu, səhv qərar idi Slot Van Deykin qolunun ləğvi barədə

10 Noyabr 2025 00:22see123

MLS klubu Neymarı baş ağrısı kimi qiymətləndirdi transferdən imtina etməsinin səbəbi

11 Noyabr 2025 00:14see123

La Liqa: Real xal itirdi, Barselona səhv etmədi

10 Noyabr 2025 02:28see121

Qərbi Azərbaycan Xronikası: Azərbaycanın qədim silahları və süvarilik mədəniyyəti

09 Noyabr 2025 08:11see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri