Icma.az
close
up
RU
Menu

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Evinin sökülməməsi üçün altından yol çəkdi

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Gənclik şəhəri nin gəncləri niyə Bakıya üz tutur? TƏHLİL

Gənclik şəhəri nin gəncləri niyə Bakıya üz tutur? TƏHLİL

Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İş, nəqliyyat və kommunal problemlər Sumqayıtda qalmaq qərarını çətinləşdirir.
12 avqust Beynəlxalq Gənclər Günüdür. Uzun illərdir "gənclik şəhəri" adlandırılan Sumqayıt üçün bu tarix yalnız bayram deyil, həm də ciddi sual üçün fürsətdir: şəhər öz gənclərinə burada gələcək qurmaq üçün yetərli imkanlar yarada bilirmi?
Problem Sumqayıtda gənclərin azlığı deyil. Əsas məsələ təhsilli və fəal gənclərin bir hissəsinin iş, karyera və inkişaf imkanlarını Bakıda axtarmasıdır. Şəhər böyük sənaye mərkəzidir və əmək bazarında tələbat əsasən istehsal və texniki peşələr üzrə formalaşır. Bu, bir qrup gənc üçün üstünlükdür. Lakin ixtisası sənaye ilə bağlı olmayan məzunların seçim imkanları xeyli daralır.
 

Üstəlik, gənc işaxtaranlar tanış problemlə üzləşirlər: işəgötürən təcrübəli əməkdaş istəyir, məzun isə ilk işini tapmadan həmin təcrübəni qazana bilmir. Nəticədə Bakı tədricən alternativ deyil, məcburi karyera ünvanına çevrilir.


Əslində, şəhərdən uzaqlaşma həmişə köçlə başlamır. Bəzən bu proses səhər saatlarında Bakı istiqamətində hərəkət edən avtobus dayanacağından başlayır. 509 nömrəli marşrutun sərnişinləri bəzən avtobusu bir saata yaxın gözlədiklərini, sıxlıq və gecikmələr səbəbindən işə vaxtında çata bilmədiklərini bildirirlər.
AYNA xəttə doqquz avtobusun buraxıldığını və intervalın 15 dəqiqə nəzərdə tutulduğunu açıqlasa da, tıxaclar bu müddəti artırır. Sərnişin üçün isə nəticə dəyişmir: itirilən vaxt, əlavə xərc və daimi stress.
Şəhərin bəzi ərazilərində problem dayanacağa çatmamış başlayır. Qurd dərəsinin sakinləri yolun vəziyyətinə görə avtobusla 10 dəqiqəlik məsafəni bəzən 45–60 dəqiqəyə qət etdiklərini deyirlər. Asfaltın olmadığı və ya zədələndiyi küçələrə müasir avtobusların daxil olması da çətinləşir.
Kommunal problemlər mənzərəni daha da ağırlaşdırır.
Bizim.Media xəbər verir ki, Sumqayit24-ün sakinlərin müraciətləri və sosial şəbəkələrdəki paylaşımlar əsasında apardığı monitorinqdə su və kanalizasiya problemləri, elektrik kəsintiləri, qazılıb bərpa edilməyən yollar, məişət tullantıları, təhlükəli piyada keçidləri və avtobusların böyük intervalla işləməsi əsas şikayətlər sırasında yer alıb.
Xəzər bağlarının bəzi küçələrində yaşayan sakinlər isə suyun zəif təzyiqlə verilməsindən, məhdudiyyətlərdən və elektrik enerjisinin qeyri-sabitliyindən şikayətlənirlər.
Bunlar ilk baxışda gənclər problemi kimi görünməyə bilər. Amma işə gecikən gənc mütəxəssis, saatlarını yolda itirən tələbə, su və işıq problemi yaşayan gənc ailə üçün şəhərin gələcəyi məhz bu gündəlik çətinliklərdən ibarətdir.
 

Sumqayıtın bulvarı, Gənclər Evi, universiteti, parkları və müxtəlif tədbirləri var. Şəhərin 2025-ci ildə "Gənclər Paytaxtı" seçilməsi də müəyyən canlanma yaratdı.Lakin gəncləri şəhərdə saxlamaq üçün tədbirlərdən daha çox daimi imkanlara ehtiyac var: ixtisasa uyğun iş, etibarlı nəqliyyat, normal kommunal xidmət, əlçatan idman meydançaları və müasir asudə vaxt məkanları.


Şəhər gənci yalnız konsert və forumlarla saxlamır. Onu seçim imkanları, rahat gündəlik həyat və sabaha inam saxlayır. Sumqayıt gənclərin sadəcə yaşadığı, səhər isə gələcək dalınca Bakıya yollandığı şəhərə çevrilməməlidir. "Gənclər şəhəri" adı yalnız tarix və şüar deyil, burada həyat qurmağın mümkün olduğuna verilən real təminat olmalıdır.
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://bizim.media
archiveBu xəbər 13 Avqust 2026 13:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see344

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see337

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see336

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see285

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see273

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see266

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see263

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see263

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see236

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see233

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see225

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see222

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see218

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see217

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see214

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see206

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see198

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see192

Evinin sökülməməsi üçün altından yol çəkdi

19 Noyabr 2026 01:37see173

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri