Gender məsələsi, yoxsa iqtisadi data çatışmazlığı?
Icma.az, Newscenter.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Tətil günlərində Italyan bir həmkarımın (N.Capisco) tövsiyyəsi ilə C.Perezin “Görünməz Qadınlar” kitabını oxudum. Müəllif qadınların iştirakçılığını standard gender məsələsindən çıxardaraq daha geniş idarəetmə və iqtisadi səmərəlilik səviyyəsinə qaldırıb.
Təhlillər göstərir ki, tarixən dünyada demək olar ki, hər şey kişilər üçün dizayn edilib və bu prossesdə qadınlar demək olar ki, ya nəzərə alınmayıb, ya da onlar haqqında heç bir data toplanmayıb.
Avtomobilin təhlükəsizlik üsullarının və oturacaq ölçüsünün, smartfonların ekran ölçüsünün, pianonun, kompüterin klavişlərinin ölçüsünün, səs tanıma sistemlərinin, tibbdə dərmanların orqanizmə təsirlərinin, ofisdə kondisionerlərin orta temperaturunun müəyyən edilməsinin, yollarda qarların təmizlənməsinin, şəhərdə nəqliyyat marşrutlarının çəkilməsinin və s. müəyyən edilməsində qadınlar haqqında demək olar ki heç bir datadan istifadə edilməyib. Bütün bu fəaliyyətlərdə orta kişinin ölçüləri, istəkləri, həyat tərzi və onun orqanizminin xüsusiyyətləri əsas götürülüb.
Hətta, iqtisadiytatda ÜDM-in hesablanmasında belə qadınların rolu ədalətsizdir. Məsələn, qadın evdə uşağa özü baxanda bu ÜDM-də görünmür, amma uşağa dayə tutanda bu xidmət ÜDM-də ölçülür.
Ən qorxulusu odur ki, bu datalara əsasən yaradılmış Süni İntellekt də bu ayrı-seçkiliyi avtomatlaşdıra bilər.
Ən maraqlı fikri budur ki, eyni münasibət və bərabər imkanlar eyni nəticə yaratmır.
Biz əslində “hamıya eyni yanaşırıq” deyə bilərik. Amma qadın və kişinin davranış modeli, fiziki xüsusiyyətləri və gündəlik yükü fərqlidirsə, eyni siyasət fərqli nəticə verə bilər. Demək, bərabər imkanlar, eyni yanaşma bərabər nəticələrə gətirib çıxarmaya bilər.
Müasir idarəetmənin əsas reallığı: görmədiyimiz insan üçün düzgün sistem qura bilmərik tezisidir. Biz qadınları daha çox görməli və onlar haqqında eyni miqyasda data toplamalı, həyat şərtlərini formalaşdıranda onları nəzərə almalıyıq. Əks halda bu, iqtisadi səmərələliyin, dəyər formalaşmasının azalmasına gətirib çıxarır.
Tahir Mirkişili, Milli Məclisin deputatı
Bu mövzuda digər xəbərlər:Regionlardakı həkim çatışmazlığı məsələsi Milli Məclisdə qaldırıldı
17 İyun 2026 12:49
“Gender bərabərliyi”, yoxsa “gender münasibətləri”?
12 Avqust 2025 11:06
Xroniki yorğunluq, yoxsa vitamin çatışmazlığı? Fərqlər
21 May 2025 09:03
ABŞdə raket çatışmazlığı
05 Noyabr 2024 12:40
Qəzvində xəstəxana çatışmazlığı
23 Dekabr 2024 13:29
Baxış sayı:105
Bu xəbər 12 Sentyabr 2026 15:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















