Icma.az
close
up
RU
General: Azərbaycan Türkiyə Özbəkistan formatı təhlükəsizlikdə əsas dayaqdı

General: Azərbaycan Türkiyə Özbəkistan formatı təhlükəsizlikdə əsas dayaqdı

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Türk dünyasında hərbi əməkdaşlıq, regional təhlükəsizlik və üçtərəfli hərbi təlimlərin əhəmiyyəti diqqət mərkəzindədir.

Bu sözləri türkiyəli general Yücel Karauz Modern.az-a açıqlamasında bildirib. onun sözlərinə görə,  Azərbaycan-Türkiyə-Özbəkistan təlimləri müdafiə sahəsində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir.

"Təlimlərin hərbi əhəmiyyəti ordular arasında qarşılıqlı fəaliyyət qabiliyyətinin artırılmasındadır. Bu proses komanda-idarəetmə, rabitə, kəşfiyyat, pilotsuz sistemlər, xüsusi təyinatlı qüvvələr, logistika və birgə əməliyyat planlaşdırılması sahəsində mühüm təcrübə mübadiləsi yaradır. Nəticədə gələcəkdə böhran, terror, sərhəd təhlükəsizliyi, sülhməramlı əməliyyat və fövqəladə vəziyyətlərdə daha koordinasiyalı hərəkət etmək imkanı formalaşır".

O, qeyd edib ki, bu formatda Özbəkistanın iştirakı xüsusi strateji çəkiyə malikdir:

"Özbəkistan Mərkəzi Asiyanın demoqrafik, coğrafi və hərbi baxımdan əsas dövlətlərindən biridir. Onun bu prosesə qoşulması Azərbaycan-Türkiyə hərbi əməkdaşlığını Xəzərin o tayına — Mərkəzi Asiyanın dərinliklərinə daşıyır. Bu, həm də Orta Dəhlizin təhlükəsizliyi, enerji və nəqliyyat xətlərinin qorunması, eləcə də regional sabitliyin təmin edilməsi baxımından olduqca vacibdir. Azərbaycan Qafqazda, Türkiyə NATO təcrübəsi və güclü müdafiə sənayesi ilə, Özbəkistan isə geostrateji mövqeyi ilə bu əməkdaşlığa unikal güc qatır".

Yücel Karauz vurğulayıb ki, gələcəkdə bu cür birgə təlimlər müntəzəm xarakter ala bilər:

"Bu təlimlər Türk dövlətləri arasında ortaq hərbi terminologiya yaradacaq. Nəticədə Türk dövlətləri regional təhlükəsizlik arxitekturasında daha görünən və təsirli aktora çevriləcək. Bütün bunlar heç kimə qarşı yönəlmiş hücum mesajı deyil əksinə, əməkdaşlıq və regional sabitlik mesajıdır. Azərbaycan-Türkiyə-Özbəkistan formatı gələcəkdə Türk dünyasının təhlükəsizlik əməkdaşlığında əsas dayaqlardan birinə çevriləcək" — deyə türkiyəli general sonda vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://modern.az
archiveBu xəbər 23 Sentyabr 2026 23:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see351

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see349

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see347

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see275

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see269

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see268

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see267

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see259

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see250

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see250

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see238

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see231

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see229

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see228

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see227

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see225

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see223

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see223

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see220

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see219
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri