Icma.az
close
up
RU
General mayor: Əldə etdiyimiz təcrübəni tərəfdaşlarla bölüşməyə hazırıq

General mayor: Əldə etdiyimiz təcrübəni tərəfdaşlarla bölüşməyə hazırıq

Icma.az, Olke.az portalına istinadən məlumat yayır.

Ölkə.az xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Hərbi-tibb baş idarəsinin (HTBİ) rəisi tibb xidməti general-mayoru Rüfət Əliyev Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə “İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi" mövzusunda Bakı Dialoqu formatında IV beynəlxalq konfransın ikinci günündə keçirilən "Sülh proseslərində itkin şəxslər məsələsinin həlli: humanitar əməkdaşlıq və etimadın yaradılması " adlı panel sessiyada çıxış edərkən deyib.

HTBİ-nin rəisinin sözlərinə görə, müasir tibb və biologiya elminin çağırışlarına uyğun olaraq, Genetik Araşdırmalar Mərkəzi aparıcı universitetlər və tanınmış elmi-tədqiqat institutları əməkdaşlıq əlaqələrinin gücləndirilməsini diqqət mərkəzində saxlayır:”Əsas strateji hədəfimiz elmi potensialın birləşdirilməsi, müasir çağırışlara çevik reaksiyanın verilməsi və gələcək perspektivlərin düzgün qiymətləndirilməsidir. Hazırda mərkəz tərəfdaş elmi müəssisələrlə birlikdə fundamental və tətbiqi sahələr üzrə genişmiqyaslı elmi tədqiqat layihələrini uğurla davam etdirir. Bu əməkdaşlıq çərçivəsində populyasiya genetikası, epigenetika, farmakogenetika, molekulyar genetika və sitogenetika istiqamətlərində mühüm araşdırmalar aparılır. HTBİ ilə tanınmış elm və təhsil müəssisələri arasında imzalanmış Anlaşma memorandumları çərçivəsində genetika və epigenetika sahələrində aparılan birgə elmi tədqiqatları buna uğurlu nümunə kimi göstərmək olar”.

Rüfət Əliyev bildirib ki, itkin düşmüş şəxslərin identifikasiyasında subyektlərarası əməkdaşlığın imperativə çevrildiyi bir zamanda HTBİ əldə etdiyi təcrübəni tərəfdaşlarla bölüşməyə və genetik ekspertiza sahəsində peşəkar mütəxəssislərin hazırlanması layihələrinə dəstək verməyə hazırdır. “Bununla yanaşı, fəaliyyətimizin daha təkmilləşdirilməsi məqsədilə bu istiqamətdə qabaqcıl nailiyyətlər əldə etmiş beynəlxalq elmi müəssisələrin təcrübəsini öyrənməyə və qarşılıqlı bilik mübadiləsinə hər zaman açıq olduğumuzu, bu sahədə sıx əməkdaşlığa xüsusi önəm verdiyimizi vurğulamaq istərdim. Əminliklə ifadə edirəm ki, İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiya ilə tərəfdaşlıq çərçivəsində reallaşan və artıq ənənəyə çevirilmiş bu konfrans qlobal humanitar böhranların fəsadlarına qarşı mübarizədə və ən ağrılı problemlərdən biri olan itkin düşmüş insanların taleyinə aydınlıq gətirilməsində yeni bir mərhələnin əsasını qoyub", - deyə o diqqətə çatdırıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://olke.az
archiveBu xəbər 08 Oktyabr 2026 13:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see770

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see513

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see302

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see290

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see278

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see272

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see255

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see245

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see230

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see229

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see228

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see223

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see222

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see221

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see214

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see205

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see193

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see180

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see179

Afrika futbolunda tarix yazıldı: Nigeriya ilk dəfə dünya çempionu oldu

08 Noyabr 2026 05:15see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri