General mayor olan Elfan Quliyevin FOTOSU
Icma.az, Bakivaxti saytına istinadən bildirir.
Dövlət Sərhəd Xidmətinin polkovniki Elfan Şakir oğlu Quliyev general-mayor ali hərbi rütbəsi alıb.
Bakıvaxtı.az xəbər verir ki, Prezident İlham Əliyevin sərəncamı ilə DSX-nin bir qrup hərbi qulluqçusuna ali hərbi rütbələr verilib.
Əslən Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonundan olan Elfan Quliyev DSX Akademiyasının məzunudur.
O, uzun illər hərbi xidmətdə olub və müxtəlif vəzifələrdə xidmət keçib.
Quliyev xidməti fəaliyyətinin müəyyən dövründə miqrasiya orqanlarında da xidmət edib.
Onun xidmət yolu ərzində dövlət sərhədinin mühafizəsi və təhlükəsizliyinin təmin olunması istiqamətində müxtəlif tapşırıqları yerinə yetirdiyi bildirilir.
Elfan Quliyev xidmət fəaliyyəti dövründə polkovnik rütbəsinədək yüksəlib. Prezidentin yeni sərəncamı ilə isə ona “general-mayor” ali hərbi rütbəsi verilib.
Murad İsmayıl
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:161
Bu xəbər 17 Avqust 2026 14:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















