Icma.az
close
up
RU
Menu

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

A Seriyası: 19 illik rekord təkrarlandı

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

5 dövlət şirkəti ləğv olundu QƏRAR

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

Sevdiyiniz musiqi ağrını azalda bilər

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

Generallar Xankəndidə toplaşdı: Müharibəyə hazırlıq başladı?

Generallar Xankəndidə toplaşdı: Müharibəyə hazırlıq başladı?

News24 saytından alınan məlumata görə, Icma.az bildirir.

Xəbər verdiyimiz kimi, ötən gün Xankəndidə müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Quru Qoşunlarının əməliyyat müşavirəsi keçirilib. Z.Həsənov hərbi hissələrin xidməti-döyüş fəaliyyətinin təkmilləşdirilməsi, ayıq-sayıqlığın artırılması, eləcə də qarşıda duran tapşırıqların dəqiq və vaxtında icra olunması barədə müvafiq göstərişlər verib.

İctimaiyyət bunu xüsusi həssaslıqla izləyir. Hətta bəzi suallar yaranır: Nəyə hazırlıq gedir?

News24.az bildirir ki, globalinfo.az-a danışan hərbi ekspert Səxavət Məmməd deyib ki, iki ölkə arasında siyasi dialoq yox səviyyəsindədir:

“Tərəflərin bir-birini daha ağır formada ittiham etməsinin şahidi oluruq. Ermənistan müdafiə naziri bir neçə gün öncə Baş nazir Nikol Paşinyanla məlum toplantı keçirdi. İki yeni xüsusi təyinatlı hərbi hissə yaratdıqlarını bildirdilər. Bundan əlavə şərti sərhəd boyu Ermənistan ordusunun beton konstruksiyalardan ibarət müdafiə xətləri var. Bunu həm Azərbaycan tərəfinin müşahidələri, həm də erməni blogerlərin yaydığı şəkillərdən görmək mümkündür. Ermənistan ciddi hazırlığın içərisindədir. Hər zaman müharibə istəmədiyini bildirib, lakin müharibə istəməyən tərəf bu dərəcədə hazırlıq görməz. Bütün bunlar regionda xüsusi gərginliyin olacağını göstərir.

Azərbaycanın mövqeyi isə nəyin bahasına olursa-olsun Zəngəzur dəhlizinin açılmasından yanadır. Ermənistanın silahlanmasının ölkəmizə təhdid olduğunu da rəsmi Bakı bildirib. Hətta Prezident İlham Əliyev Ermənistanın həmin silahlarını geri qaytarmalı olduğunu da diqqətə çatdırdı. Təbii ki, rəsmi İrəvan bu addımı atmayacaq”.

Hərbi ekspertin sözlərinə görə, siyasi gərginliyin sonu hərbi gərginliyə çevriləcək:

“Ənənəvi olaraq Bakıda keçirilən Müdafiə Nazirliyinin müşavirələri bu dəfə Xankəndidə keçirildi. Bu zaman yayılan xəbərlərin başlığı da çox maraqlı idi. Xankəndidə şərti sərhəd istiqamətində əməliyyat şəraitinin təhlil olunduğu bildirilirdi. Bu həm ölkə daxilinə, həm də Ermənistana verilən mesajdır. Azərbaycan xalqına göstərilir ki, biz sülh yolu ilə problemlərin həll olunması üçün addımlar atırıq, amma Ermənistan buna müsbət cavab vermədi. Bu da o deməkdir ki, Ermənistanın ciddi hazırlıqları qarşısında Azərbaycanın başqa yolu qalmayıb. Rəsmi İrəvana isə bu mesaj verilir ki, Ermənistan təhdiddir və bu təhdidi aradan qaldıracağıq. Blef etmirik.

Hesab edirəm ki, rəsmi Bakının mövqeyi anlaşılandır. Bu regionda dövlətlər özləri müharibəyə getmirlər. Müharibələr həmin ölkələrə doğru gəlir. Çünki regionda həmişə maraq böyük olub. İran açıq şəkildə bildirir ki, Zəngəzur dəhlizinin açılması onların maraqlarına ziddir və buna imkan verməyəcək. Rusiya və İran arasında imzalanan tərəfdaşlıq sazişinə baxmayaraq Rusiya da dəhlizin açılmasında maraqlıdır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:244
embedMənbə:https://news24.az
archiveBu xəbər 23 Yanvar 2025 13:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see509

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see325

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see295

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see281

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see279

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see279

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see273

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see273

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see251

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see247

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see243

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see242

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see235

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see223

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see217

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see217

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see211

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see195

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see191

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri