Icma.az
close
up
RU
“GeoCamp” tələbə yay düşərgəsi təlim və sessiyalarla davam edir

“GeoCamp” tələbə yay düşərgəsi təlim və sessiyalarla davam edir

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 27 avqust, AZƏRTAC

Bakı Dövlət Universiteti (BDU) və “Azerbaijan International Mining Company Limited” şirkətinin birgə təşkilatçılığı, BDU-nun Geologiya fakültəsi, “BDU könüllüləri” təşkilatı, “CM Tech”, “CQA International Ltd”, “AT-Geotech”, “A-A”, “Atlas” və “AzGeo” şirkətlərinin dəstəyi ilə keçirilən “GeoCamp” tələbə yay düşərgəsi təlim və sessiyalarla davam edir.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.

Sessiyalarda BDU-nun Ümumi və tarixi geologiya kafedrasının müdiri professor Nazim İmamverdiyev “Regional geologiya və tektonika” mövzusunda çıxış edib. O, çıxışında Azərbaycan ərazisinin geoloji-tektonik xüsusiyyətləri barədə məlumat verib. Bildirib ki, ölkəmizin ərazisi Aralıq dənizi qırışıqlıq qurşağının Qafqaz seqmentinin şərq hissəsini əhatə edir. Qafqazın polisiklik inkişaf tarixinə malik olduğunu diqqətə çatdıran alim bu xüsusiyyətin regionu təşkil edən struktur zonaların daxili quruluşunda Baykal, Hersin və Alp tektonik-maqmatik tsikllərinin təzahürlərində öz əksini tapdığını qeyd edib.

“Azerbaijan International Mining Company Limited” şirkətinin Dağ-mədən geologiyası departamentinin rəhbəri Samir Mürsəlov isə düşərgə iştirakçılarına şirkətin fəaliyyəti, dağ-mədən sənayesində müasir geoloji tədqiqat metodları və kəşfiyyat işləri barədə məlumat verib. O, təmsil etdiyi şirkət tərəfindən həyata keçirilən geoloji-kəşfiyyat işləri, filiz yataqlarının resurs potensialının qiymətləndirilməsi metodologiyası, eləcə də dağ-mədən sənayesində tətbiq olunan innovativ analitik texnologiyalar haqqında elmi-praktiki məlumatları diqqətə çatdırıb.

Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun elmi katibi Səidə Zeynalova “GeoCamp” iştirakçılarına çaylarda su səviyyəsinin aşağı düşməsinə təsir edən antropogen amillər barədə məlumat verib. O, çay axınının azalması və kənd təsərrüfatında su qıtlığının yaranmasında antropogen təsirlərin rolundan bəhs edib, həmçinin bu proseslərin Xəzər dənizinin səviyyə tərəddüdləri və mövcud ekoloji problemlərlə əlaqəsinə diqqət çəkib.

Düşərgə çərçivəsində iştirakçıların geologiya, coğrafiya və dağ-mədən sənayesi üzrə nəzəri biliklərinin artırılması, müasir tədqiqat metodları ilə tanış olması və praktiki bacarıqlarının inkişaf etdirilməsi məqsədilə müxtəlif təlim və sessiyaların keçirilməsi davam etdirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Avqust 2026 16:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see502

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see311

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see302

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see249

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see248

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see234

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see234

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see232

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see229

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see221

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see220

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see216

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see214

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see211

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see205

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see198

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see197

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see195

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see192

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri