Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

Qubada tələbələr üçün “GeoCamp” yay düşərgəsinin açılışı olub

Qubada tələbələr üçün “GeoCamp” yay düşərgəsinin açılışı olub

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 25 avqust, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Quba Tədris-Təcrübə və İstirahət Mərkəzində "GeoCamp" tələbə yay düşərgəsi öz işinə başlayıb.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.

Beynəlxalq əlaqələr üzrə prorektor Şahin Pənahov diqqətə çatdırıb ki, BDU ölkəmizdə geologiya elminin inkişafına, bu sahədə yüksəkixtisaslı kadrların yetişməsinə mühüm töhfə verir. "GeoCamp" tələbə yay düşərgəsi gənclərin geologiya üzrə biliklərinin zənginləşməsində, onların bu sahədə müasir çağırışlarla tanış olmasında mühüm əhəmiyyət daşıyacaq.

Düşərgənin açılış mərasimində BDU rektorunun katibliyinin referenti, “BDU könüllüləri” təşkilatının baş katibi, layihə rəhbəri, sessiyanın moderatoru Qasım Xəlilov layihənin ərsəyə gəlməsində və yüksək səviyyədə təşkilində əməyi olan, dəstəyini əsirgəməyən bütün tərəfdaş qurumlara minnətdarlığını bildirib. O vurğulayıb ki, BDU-nun ev sahibliyi etdiyi bu düşərgə gənclərin yalnız akademik və elmi dünyagörüşünün deyil, sosial vərdişlərinin formalaşmasında müstəsna rol oynayır və gələcək fəaliyyətlərinə mühüm istiqamət verir.

Milli Məclisin deputatı Elnarə Akimova bildirib ki, layihə çərçivəsində formalaşan yaradıcı və həvəsləndirici mühit gənclərin asudə vaxtlarının səmərəli təşkil olunmasında, potensialının üzə çıxarılmasında və gələcək inkişafında müstəsna rol oynayır.

Geologiya fakültəsinin tədris işləri üzrə dekan müavini, layihə rəhbəri İlqar Quliyev çıxışında geologiya elminin daha dərindən və əyani şəkildə öyrənilməsi üçün bu sahəyə xüsusi maraq göstərən gənclərin layihədə fəal iştirakının vacib olduğunu vurğulayıb.

"Azerbaijan International Mining Company Limited" şirkətinin Dağ-mədən geologiyası departamentinin rəhbəri, layihə rəhbəri Samir Mürsəlov isə son illərdə bu sahədə qazanılan nailiyyətləri diqqətə çatdırıb. O qeyd edib ki, geologiya elminin inkişafı və müasir çağırışlara cavab verməsində gənclərin fəallığı, bu sahəyə marağı mühüm rol oynayır.

Geologiya fakültəsinin dekanı Mamoy Mansurov qeyd edib ki, layihə yalnız tələbələrin asudə vaxtlarını və istirahətlərini səmərəli təşkil etməklə kifayətlənmir, həm də geologiya elminin incəliklərini gənclərə sevdirmək və onları elmi axtarışlara həvəsləndirmək məqsədi daşıyır.

Coğrafiya İnstitutunun direktoru Zaur İmrani diqqətə çatdırıb ki, coğrafiya və geologiya elmləri tarixən bir-birindən ayrılmaz şəkildə, paralel inkişaf yolu keçib. O, müasir dövrdə elm və təhsilin inteqrasiyasına böyük ehtiyac olduğunu bildirərək, elmi tədqiqatların yalnız nəzəriyyədə qalmamalı olduğunu, əldə olunan nəticələrin birbaşa istehsalata və real sektora tətbiqinin vacibliyini qeyd edib.

BDU-nun Faydalı qazıntılar kafedrasının müdiri akademik Vasif Babazadə isə düşərgənin əldə olunmuş nəzəri biliklərin yekunlaşdırılması və tələbələrin istehsalat təcrübələrinə inteqrasiya olunması baxımından müstəsna imkan olduğunu bildirib. O vurğulayıb ki, məhz bu səbəbdən müxtəlif universitetlərin tələbələrinin bir araya gəlməsi üçün hərtərəfli şərait yaradılıb.

Düşərgə BDU və "Azerbaijan International Mining Company Limited" şirkətinin birgə təşkilatçılığı, BDU-nun Geologiya fakültəsi, "BDU könüllüləri" təşkilatı, "CM Tech" MMC, "CQA International Ltd" MMC, “AT-Geotec” MMC, "A-A" MMC, "Atlas" MMC və "AzGeo" MMC-nin dəstəyi ilə reallaşıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:132
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 Avqust 2026 18:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see536

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see390

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see359

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see311

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see296

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see291

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see269

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see266

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see263

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see249

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see244

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see244

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see242

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see225

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see220

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see218

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see210

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see199

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see185

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

04 Noyabr 2026 23:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri