Icma.az
close
up
RU
Geologiya və Geofizika İnstitutunda Elmi şuraların birgə iclası keçirilib AZƏRTAC

Geologiya və Geofizika İnstitutunda Elmi şuraların birgə iclası keçirilib AZƏRTAC

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 28 dekabr, AZƏRTAC

Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutu (GGİ), Təbiət Tarixi Muzeyi və AMEA-nın Yer Elmləri Bölməsinin Elmi şuralarının birgə iclası keçirilib.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.

GGİ-nin elmi işlər üzrə direktor müavini AMEA-nın müxbir üzvü Dadaş Hüseynov başa çatmaqda olan il əzində kollektivin elmi nəticələri ilə bağlı məlumat verib. Bildirilib ki, Attestasiya Komissiyasının 001 nömrəli akkreditasiya şəhadətnaməsinin institut kollektivinə təqdim edilməsi elmi işlərin nəticəsinə verilən yüksək qiymət kimi qəbul edilir. D.Hüseynov sonra bu mülahizəni konkret misallarla iştirakçılara çatdırıb. Bildirib ki, 2024-cü ildə “ANAS Transactions Earth Sciences” beynəlxalq elmi jurnalının bir nömrəsi bütövlükdə GGİ-yə həsr olunub və burada institutun direktoru akademik Akif Əlizadənin 5 yeni kitabı barədə geniş məlumat yer alıb.

Məruzəçi il ərzində Dövlət Proqramların icrasını, həmçinin fundamental elmi işlərin reallaşdırıldığını, 3 mühüm elmi nəticənin əldə olunduğunu diqqətə çatdırıb. Həmçinin beynəlxalq elmi əlaqələr, memorandum və bağlanmış digər müqavilələr (həm də təsərrüfat müqavilləri) barədə danışıb, tədbir iştirakçılarını reallaşmış çöl və xəritəçəkmə işləri ilə tanış edib.

İclasda Təbiət Tarixi Muzeyinin direktoru biologiya elmləri üzrə fəlsəfə doktoru Tariel Eybatovun hesabat məruzəsi dinlənilib. Məruzəçi Muzey əməkdaşlarının 2024-cü ildə elmi istiqamət üzrə aparılan tədqiqat və arxeoloji işlərdən danışıb. Qeyd olunub ki, Polutəpə (Cəlilabad – keramik neolit) abidəsində arxeoloji materialların (sümüklərin) növ və say təyinatı tamamlanıb. Cari ilin iyul ayında Qazax və Ağstafa rayonlarında arxeoloji kəşfiyyat işləri aparılıb. Ceyrançöldə gedən tədqiqatlar zamanı “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində, Candar gölündən 950 metr cənubda, dəniz səviyyəsindən 320 metr yüksəklikdə Paleolit dövrünə aid yeni tapıntı yeri aşkar olunub. Orta Paleolit dövrünə aid daş məmulatlarının aşkar olunduğu ərazi şərti olaraq “Candar göl Paleolit tapıntı yeri” kimi qeydə alınıb. Tapıntıların arasında daha çox diqqəri cəlb edən levallua nukleusların və levallua qəlpələrinin mövcudluğu tapıntı yerini orta Paleolitin kifayət qədər inkişaf etmiş mərhələsinə aid etməyə imkan verir. Kəşfiyyat işləri zamanı 124 nümunə götürülüb.

T.Eybatov sonra Xəzər suitilərinin ekologiyası ilə bağlı məlumatları təqdim edib. Məruzənin sonunda T.Eybatov vurğulayıb ki, Təbiət Tarixi Muzeyi əməkdaşlarının daha səmərəli fəaliyyətinin təşkili məqsədilə onlar üçün geniş ərazidə yerləşən ikimərtəbəli bina ayrılıb. Muzeyi buraya köçürmək üçün hazırda təşkilati işlər aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 Dekabr 2024 12:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see192

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see189

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see172

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see163

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see161

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see158

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see155

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see153

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see151

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see143

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see143

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see140

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see139

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see135

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see134

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see133

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see132

Dünyada ən çox televizor satan şirkətlər

11 Yanvar 2026 03:04see129

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see126

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri