Icma.az
close
up
RU
Gerçəkdə yox idi, fotoda göründü! Tək kadrdakı böyük sirr

Gerçəkdə yox idi, fotoda göründü! Tək kadrdakı böyük sirr

Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.

1964-cü ildə İngiltərənin Cumbria bölgəsində yaşayan Templeton ailəsi piknik zamanı kiçik qızlarının fotosunu çəkib. Kadrda Elizabetdən başqa heç kim yox idi. Lakin fotoaparatdan çıxan lent işlənib şəkillər görüldükdən sonra, Elizabetin atası 61 illik bir sirrin qapısını açdı: fotoda, qızının arxasında dayanan bu şəxs kim idi?


Sherg.az xəbər verir ki, 23 may 1964-cü il - günəşli bir yaz günü idi. Carlisle şəhərində yaşayan yanğınsöndürən Jim Templeton ailəsi ilə Cumbria bölgəsindəki Burgh Marsha getmişdi. Yanında gətirdiyi SLR kamerası ilə qızı Elizabetin fotolarını çəkirdi. Sadəcə bir xatirə üçün çəkilən bu şəkillər, sonradan UFO və tanınmayan varlıqlar mövzusunda bütün dünyanın danışdığı bir hadisəyə çevrildi.


Əvvəl əks olduğunu düşündülər, sonra gördüklərinə inanmadılar


 Piknikdən qayıdan Templeton ailəsi çəkilən fotolara baxmaq istədi. Elizabetin tək göründüyü bir fotoda, onun arxasında ağ geyimli, kaska bənzər başlıq taxmış bir fiqur vardı. Ailənin iddiasına görə, çəkiliş zamanı ətrafda onlardan başqa heç kim yox idi. Önəmli foto şirkəti Kodak fotonu araşdırdı və görüntünün orijinal olduğunu, heç bir montaj və ya dəyişiklik edilmədiyini təsdiqlədi.

Kadrdakı fiqur astronota bənzədiyi üçün “Solway Kosmos Adamı” (Solway Spaceman) adlandırıldı. Bəzi nəzəriyyələr onun yadplanetli və ya zaman səyahətçisi ola biləcəyini irəli sürdü. Daha rasional izaha görə isə bu, Jim Templetonun həyat yoldaşı Annie idi, sadəcə işıq effekti onu “astronot kimi” göstərmişdi. Amma ailə bu iddianı qəbul etmədi.


İki sirli adam və izsiz yoxa çıxma

Hadisədən bir neçə gün sonra Jim Templetona özlərini dövlət əməkdaşı kimi təqdim edən iki kişi zəng edərək fotonun çəkildiyi yerə getmək istədiklərini söylədi. Templeton onları aparsa da, həmin şəxslər heç bir açıqlama vermədən yoxa çıxdılar. Bu hadisədən sonra fotonun sirrini araşdıranların sayı artdı, lakin araşdıranların çoxu bir müddət sonra mövzudan uzaqlaşdı.


Foto illər ərzində saysız-hesabsız sənədli filmlərdə, kitablarda və televiziya proqramlarında yer aldı, lakin nə elmi təhlillər, nə də komplo nəzəriyyələri sirri tam aça bildi. Bu gün də 1964-cü ilin həmin kadrı “dünyanın ən sirli fotolarından biri” kimi tanınır.

Jim Templeton 2011-ci ildə vəfat etdi. Lakin 2002-ci ildə "Daily Mail" qəzetinə verdiyi müsahibədə belə demişdi:

“Bu fotonu 23 may 1964-də Burgh Marshda çəkdim. Kodak tərəfindən işlənmiş Kodacolor filmdən istifadə edirdim. Qızımın eyni mövqedə üç fotosunu çəkdim, amma yalnız birində arxada astronot görünürdü. Fotoşəkilləri Kodak şirkətində  yoxlatdım, tamamilə orijinal olduğunu təsdiqlədilər. Bu kadrdakı fiqurun kim olduğu barədə mən də hamı qədər çaşqınam.”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:215
embedMənbə:https://sherg.az
archiveBu xəbər 15 Avqust 2025 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri