Icma.az
close
up
RU
Tək günahkar Nəriman idi?

Tək günahkar Nəriman idi?

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Qarabağ”ın “Ayaks”a 2:4 hesablı məğlubiyyətinin üzüntüsü böyük olmalı idi. Bu mövsüm Çempionlar Liqasında uğursuzluğu ilə ad çıxaran niderlandlıların Bakıda da Azərbaycan təmsilçisinə təslim olacağı gözlənilirdi. Həm oyunu, həm də nəticələri ilə Qurban Qurbanovun komandasından geri qalan amsterdamlılara haqlı olaraq 3 xal kimi baxırdıq. “Benfika”nı səfərdə udub, cari il yaxşı oyun göstərən “Çelsi”dən xal alan ağdamlılardan gözlənti yüksək olmalı idi də...

Amma əksi oldu. “Ayaks” ÇL-də bu mövsümkü bütün ümidlərini Bakıda doğrultdu, keyfiyyətini Respublika stadionunda ortaya qoydu. Lakin rəqibin səfərdə yağış altında bizi qol yağmuruna tutmasının səbəbi təkcə onların inamlı oyunu deyildi. Həm də baş məşqçi Qurban Qurbanovun səhvlərinin fonunda futbolçularımızın zəif çıxışı idi. 

Matça 60-cı dəqiqədə daxil olan və heç cür oyuna qoşula bilməyən Nəriman Axundzadənin tənqid hədəfinə tuş gəlməsinə görə digər oyunçuların zəif performansı gözardı edildi. Diqqəti gənc forvarda yönəldən hər kəs matçda səhvləri ilə yadda qalan başqa oyunçulardan heç danışmadılar. Əslində, start heyətində meydana çıxanlar daha çox günahkar idi...

Qarşılaşmanı zəif keçirənlər siyahısına Elvin Cəfərquliyev, Bəhlul Mustafazadə, Abdullah Zubir, Leandro Andradeni əlavə etmək olar. Xüsusilə E.Cəfərquliyev bu mövsüm Avropa arenasında ən zəif çıxışla yadda qaldı. Elə matçın əvvəlindən onun cinahına yüklənən rəqibin hücumları kəsərli alınırdı. 

Təsadüfi deyil ki, matçın gedişində Qurban Qurbanovun köməkçisi Elçin Rəhmanov Elvinə iradlar bildirirdi, eyni səhvlərə təkrar yol verdiyini deyirdi. Əlbəttə, bu halı gördükdən sonra fasilədə Cəfərquliyevin əvəzlənəcəyini gözləmək olardı. Amma Qurbanovun inadkarlığı... 25 yaşlı müdafiəçi matçın sonuna qədər meydanda qaldı. Eyni ssenari isə davam etməkdə idi. Rəqib “Qarabağ”ın sol cinahından hücumlarını effektiv olaraq tamamlamaqla tarazlığı yarada bildi. 

Abdullah Zubir isə ötürmələri verməkdə gecikdiyi üçün dəfələrlə tənqid edilib. Amma bu dəfə tamam fərqli mənzərə yaranmışdı. Verdiyi ötürmələrin gecikməsi, qeyri-dəqiqliyi bir yana, lazım olanda zərbə vurmaq əvəzinə yersiz hərəkətləri ilə azarkeşlərin əsəblərini tarıma çəkdi. Hesab 2:1 olarkən fransalı vinger əlinə düşən fürsəti qola çevirsəydi, bəlkə də bu gün rahatlıqla pley-off rəqiblərimizi analiz edirdik. Di gəl ki, Qurbanov daha aktiv olan Kamilo Duranı əvəzləyərək Zubiri meydanda saxlamaqla təəccüb yaratdı, kapitanının xətrinə dəymədi. 

Yalnız Leandro Andrade zəif çıxışının qarşılığını alaraq meydanı erkən tərk etdi. Onu isə 6 dəfə ayağına top dəysə də, hamısını rəqibə rahatlıqla qapdıran Nəriman Axundzadə əvəzlədi. 21 yaşlı hücumçu haqlı olaraq tənqid olunur. 

Bir dəfə Avropa Liqasının pley-off mərhələsində “Braqa” ilə matçda meydana çıxaraq imdadımıza çatan Axundzadəni Qurban Qurbanov sanki hər dəfə bilərək “tankın altına atır”. Zamanında bir çox oyunçu üzərində bu cür inadkarlıq edən 53 yaşlı mütəxəssiə bu üzdən az ziyan dəyməyib. 

Şahruddin Məhəmmədəliyev inadkarlığını unutmamışıq. Məhz onun üzərində israr etdiyinə görə  vaxtilə ÇL qrupundan kənarda qalan Qurbanov səhvini sonradan anlamışdı. 

Əlbəttə, bu gün qazandıqlarımıza görə Qurban Qurbanova böyük təşəkkür düşür. Çempionlar Liqasında pley-off mərhələsinin xəyalını qurmağımıza səbəb olduğu üçün hər zaman təqdirəlayiqdir. 

Amma, təcrübəli mütəxəssis elə ötən gün oyundan sonra keçirilən mətbuat konfransında əvəzetmələrlə bağlı suala verdiyi cavabla da qismən səhvlərini etiraf edirdi. Ümid edək ki, növbəti matçlarda daha bir şanlı tarixin yazılmasına şahid olacağıq...

Elsevər Məmmədov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 11 Dekabr 2025 15:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see322

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see316

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see313

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see299

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see299

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see290

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see280

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see280

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see278

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see264

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see246

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see237

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see236

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see232

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see232

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see229

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see223

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see220

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see198

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri