Icma.az
close
up
RU
400 kvadratmetrlik dövlət! Xəritədə yox, gerçəkdə var idi, amma məhv edildi

400 kvadratmetrlik dövlət! Xəritədə yox, gerçəkdə var idi, amma məhv edildi

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Adriatik dənizinin ortasında sirli bir ada ucaldı… Nə xəritələrdə vardı, nə də dövlətlərin nəzarətində idi. Öz bayrağı, öz pulu, öz dili vardı. 

Demək olar ki, bir salon böyüklüyündə olan “Gül Adası” adlanan bu mikro dövlət cəmi 55 gün yaşaya bildi, sonra isə bombalar və fırtınalarla dənizin dibinə gömüldü. Yarım əsrdən artıqdır sirri açılmayan bu ada hələ də “tarixin ən maraqlı müstəqillik cəhdi” kimi xatırlanır. Bəs bu kiçik adanın qorxu yaratmasının səbəbi nə idi?


Müstəqil mikro dövlət arzusu


Sherg.az xəbər verir ki, İtalyan mühəndis Giorgio Rosa, 1960-cı illərin sonunda qeyri-adi bir arzunu gerçəyə çevirdi. O, İtaliyanın Rimini sahillərindən 11 kilometr uzaqlıqda, Adriatik dənizində öz süni adasını inşa etdi. “Isola delle Rose” – (Gül Adası)  adını verdiyi bu platforma qısa müddətdə dünya gündəminə düşdü, filmlərə mövzu oldu və bu gün, 65 il sonra belə müzakirə olunur.

Rosanın məqsədi dövlətlərin məhdudlaşdırıcı qanunlarından uzaq, azad bir məkan yaratmaq idi. Adada bar, restoran, mağazalar açılacaq, öz bayrağı, konstitusiyası və hətta pul vahidi olacaqdı. Rəsmi dil olaraq isə beynəlxalq ünsiyyət üçün yaradılmış Esperanto seçilmişdi. Beləliklə, Gül Adası beynəlxalq sularda heç kimin müdaxilə edə bilməyəcəyi müstəqil mikro dövlət elan edildi.


400 kvadratmetrlik platform


İllərlə davam edən hazırlıqdan sonra Rosa və dostları 9 polad sütun üzərində qurulan, təxminən 400 kvadratmetr sahəni əhatə edən platformanı tikdilər. Burada restoran, bar, gecə klubu, hədiyyə dükanı, poçt şöbəsi və yaşayış yerləri vardı. Hətta 280 metr dərinlikdə şirin su quyusu da qazılmışdı. 1 may 1968-ci ildə Giorgio Rosa müstəqilliyini elan edərək özünü “prezident” adlandırdı.

Adanın rəsmi adı əvvəlcə “Libera Teritorio de la Insulo de la Rozoj” (Gül Adasının Azad Ərazisi), daha sonra isə “Esperanta Respubliko de la Insulo de Rozoj” (Gül Adası Esperanto Respublikası) oldu.


Gənclərin marağını cəzb edən “azadlıq ada”


1968-ci ildə dünyada, xüsusilə İtaliyada siyasi qarışıqlıq hökm sürürdü. Gül Adası qısa müddətdə gənclərin, tələbələrin və azadlıqsevərlərin diqqətini cəlb etdi. Adada hökumət strukturu belə qurulmuşdu: daxili işlər, maliyyə, xarici əlaqələr “naziri” vardı, prezident isə Rosa idi.

Beynəlxalq mediada ada haqqında “Adriatikin ortasında doğan yeni dövlət” başlıqları yazılırdı. Bu maraq isə eyni zamanda İtaliya hökumətinin qəzəbinə səbəb oldu.


55 gündə son

İtaliya hökuməti, adanın rəsmi ərazi sularının xaricində yerləşməsinə baxmayaraq, onun vergi sistemindən kənar gəlir mənbəyi yaratmasını qəbul etmədi. 26 iyun 1968-ci ildə İtaliya donanması adanı işğal etdi, sakinləri çıxardı və platformanı mühasirəyə aldı. Daha sonra adaya bombalar yerləşdirildi. Partlayışlardan ciddi zərər görən platforma 26 fevral 1969-cu ildə güclü fırtına ilə tamamilə dağıldı və dənizin dibinə gömüldü.


Tarixə keçən ütopiya

Yalnız bir neçə ay mövcud ola bilən Gül Adası Respublikası, tarixin ən qeyri-adi müstəqillik cəhdlərindən biri kimi yadda qaldı. Giorgio Rosanın utopiyası dağılmış olsa da, onun “öz dövlətini qurmaq” arzusu uzun illər dillərdə dolaşdı.

Bu hekayə 2020-ci ildə yenidən gündəmə gəldi. “Gül Adasının İnanılmaz Hekayəsi” (L’incredibile storia dell’Isola delle Rose) filmi Rosanın xəyalını və İtaliya dövlətinin sərt reaksiyasını kinoya daşıdı və böyük maraq topladı.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://sherg.az
archiveBu xəbər 03 Oktyabr 2025 18:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri