Icma.az
close
up
RU
Gərək bir birinin gözünü çıxarsınlar

Gərək bir birinin gözünü çıxarsınlar

Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Sosial şəbəkəni izləyəndə görürsən ki, hərəsində adımıza bir böhtan atırlar. Bu qərəzli məlumatlar ya kimsə tərəfindən idarə olunur, ya maliyyələşdirilir, ya da nədənsə narazı olan var. Amma yüz yalandan birinə cavab veririk. Hamısına cavab versək, gərək bütün işimizi-gücümüzü ataq, onlarla məşğul olaq. Lap ağ yalan, böhtan olanda məhkəməyə müraciət edirik".

Milli.Az xəbər verir ki, bu sözləri Oxu.Az-a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar Rzayev deyib.

O bildirib ki, bu günə qədər məhkəməyə verilənlər də olub, üzr istəyənlər də:

"Əgər yalan danışıb, böhtan atacaqlarsa, yenə də məhkəməyə müraciət edəcəyik".

Xalq yazıçısı bildirib ki, AYB sədri olduğu üçün iradlar ona da ünvanlanır:

"Çünki 39 ildir ki, bu qurumun rəhbəri mənəm. Deməli, bu iradlar mənə də aiddir".

"O ki qaldı üzvlük haqqına görə birlikdən xaric edilənlərə, biz qərar çıxardıq ki, beş il üzvlük haqqı ödəməyənlər ya bu məbləği ödəsinlər, ya da birlikdən xaric ediləcəklər. Bəziləri bu məbləği ödədilər, ödəməyənlər isə xaric edildilər. Gələcəkdə də belə olacaq. Əgər yazıçı ildə 15 manat ödəmirsə, sonra niyə nədənsə narazılıq etməlidir? Yazıçılar Birliyi haqqında hər şey yazırlar, amma ildə 15 manat ödəməyə qıymırlar. AYB-də sədr yeri isə birdir, bu qədər adam bir yerə göz dikibsə, onda gərək bir-birinin gözünü çıxarsınlar", - deyə AYB sədri əlavə edib.

Xatırladaq ki, yazıçı Anar bu il yanvarın 8-də üzvlük haqqı ödəməyənlərin Azərbaycan Yazıçılar Birliyindən (AYB) xaric ediləcəklərini bildirmişdi.

"Üzvlük haqları zəruri xərclərimizə sərf olunur. Biz yığılan o haqları mükafatlara, kitab çaplarına xərcləyə bilərik. Yazıçılar Birliyinin 3 000 üzvü var. Onlardan 2 500 nəfəri üzvlük haqqını vermir. İl ərzində 15 manat nədir ki, onu da ödəmirlər? Əgər bizə dövlət tərəfindən maliyyə yardımı olmasa, üzvlük haqqı ilə dolanmaq mümkün deyil. 500 adamın ildə 15 manatı ilə dolanmaq olar?" - AYB sədri demişdi.

Həmçinin qurumdan fevralın 1-dək yazıçılara ödəməni etmək üçün vaxt verildiyi, həmin günə qədər ödəniş etməyənlərin növbəti siyahısının dərc olunacağı bildirilmişdi.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:171
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 30 Yanvar 2026 14:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see379

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see310

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see309

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see269

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see253

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see205

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see198

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see185

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see184

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see183

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see175

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see172

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see171

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see170

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see169

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see168

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see167

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see167

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see167

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri