Icma.az
close
up
RU
Gərginlik artdı: İran hərəkətə keçdi Azərbaycan hazırlığa başlayır?

Gərginlik artdı: İran hərəkətə keçdi Azərbaycan hazırlığa başlayır?

Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.

Yaxın Şərqdə gərginlik pik həddədir. Ötən gün İran tərəfi ABŞ-la danışıqlarda irəliləyiş əldə olunmayacağı və hərbi qarşıdurma halında bu ölkənin regiondakı bütün hərbi bazalarının vurulacağını açıqlayıb. Bundan sonra ABŞ-ın Bağdaddakı səfirliyini, İraqda vətəndaşlarını təxliyə etməyə hazırlaşdığı, Bəhreyn və Küveytdəki səfirliklərdə çalışan əməkdaşlarına isə həmin ölkələri tərk etmə icazəsi verdiyinə dair məlumat yayılıb.

Həmçinin bazar günü Omanda Vaşinqton və Tehran rəsmiləri arasında keçirilməsi nəzərdə tutulan görüşün təxirə salındığına dair iddialar yayılıb. Bütün bunlara paralel olaraq İsrail ordusunun yüksək döyüş hazırlığı vəziyyətinə gətirildiyi deyilir.

Yaxın Şərqdə nə baş verir? ABŞ İsrailin İrana hücum planı ilə razılaşılıb? Ehtimal qarşıdurmanın Azərbaycana nə kimi təsirləri ola bilər?

Globalinfo.az-a danışan politoloq Elman Telmanoğlu deyib ki, Yaxın Şərqdəki son gərginliklər, xüsusən İran ilə ABŞ və İsrail arasında artan hərbi-siyasi qarşıdurma ehtimalı regionda ciddi təhlükəsizlik böhranı yaradıb:

“Hadisələrin inkişafı geosiyasi balanslara və regional güclərin strateji mövqelərinə birbaşa təsir göstərir. Bölgədə gərginliyin mahiyyətinə diqqət yetirsək, İranın son bəyanatları və ABŞ-ın regiondakı diplomatik heyətini təxliyə etməyə hazırlaşması, hərbi toqquşma ehtimalının real və yaxın olduğunu göstərir. İranın vurğuladığı “bütün ABŞ bazalarının hədəf alınacağı” xəbərdarlığı, onun hərbi reaksiya verməyə hazır olduğunu nümayiş etdirir. Bu da Vaşinqtonu ehtiyatlı davranmağa məcbur edir. Eyni zamanda, İsrailin hərbi hazırlıq vəziyyətini yüksəltməsi, Təl-Əvivin İrana qarşı mümkün preventiv hücum (önləyici zərbə) ssenarisini gündəmə gətirdiyini göstərir. Bu, həm də ABŞ-la koordinasiya olunmuş ola bilər, çünki Vaşinqtonla Tehranın Oman görüşü təxirə salınıb – bu da diplomatik yolların hazırda tükəndiyini göstərə bilər.

Bu hadisələrdə ən maraqlı sual ABŞ və İsrail arasında uzlaşma varmı sualıdır. ABŞ və İsrailin İrana qarşı hərbi məsələlərdə tam razılığa gəlib-gəlmədiyini rəsmi olaraq söyləmək çətindir. Ancaq tarixi kontekstdə, İsrailin əsas məqsədi İranın nüvə proqramını dayandırmaqdır. İsrail üçün İranın nüvə silahına sahib olması qırmızı xətdir. ABŞ-ın yanaşması isə belədir: adətən, birbaşa hərbi toqquşmadan qaçaraq diplomatik və iqtisadi təzyiq üsullarını üstün tutur. Amma İsrailin hücum planını dəstəkləməsə də, göz yuma bilər. Belə bir razılaşma mümkündür: İsrail əməliyyatı həyata keçirir, ABŞ isə onu açıq dəstəkləmədən fonda diplomatik və kəşfiyyat dəstəyi verir”.


Elman Telmanoğlu

Həmçinin oxuyun:

Müharibə ANONSU: Yaxın saatlarda İsrail İrana hücum edə bilər – 3 HƏRBİ PLAN

Politoloqun sözlərinə görə, müharibə ehtimalının regional təsiri olacaq:

“Körfəz ölkələri – Bəhreyn, Küveyt, Səudiyyə Ərəbistanı və BƏƏ ABŞ-ın əsas müttəfiqləridir. Bu ölkələrdəki ABŞ bazaları hədəfə çevrilə bilər. Ticarət və enerji infrastrukturları zərər görə bilər – xüsusilə Hörmüz boğazı bağlanarsa, dünya neft qiymətləri kəskin artacaq. Livan, Suriya və İraq isə İranın bölgədəki müttəfiqləri (“Hizbullah”, Həşdi Şabi, Suriya hökuməti) İsrail və ABŞ hədəflərinə qarşı fəaliyyətə keçə bilər. Bu ölkələrdə ikinci dərəcəli münaqişələr alovlana bilər. Regionda əsas güclərdən biri də Türkiyədir. NATO üzvü olsa da, İran və ABŞ arasında balans saxlamağa çalışır. Gərginliyin artması Ankara üçün diplomatik çətinliklər yarada bilər.

Bu siyasi gərginlik fonunda Azərbaycanın durumu və ehtimal təsirləri nə ola bilər?

Azərbaycan Yaxın Şərqdəki birbaşa münaqişə zonasından uzaq olsa da, gərginlik ölkəyə bir neçə istiqamətdən təsir edə bilər. Enerji bazarları üzərindən, neft qiymətləri kəskin artarsa, Azərbaycan qısa müddətdə iqtisadi baxımdan qazanc əldə edə bilər. Amma uzunmüddətli müharibə enerji bazarlarında qeyri-sabitlik yaradaraq riskləri artırar. Burada ən əsas məsələ regional təhlükəsizlik məsələsidir. İranla qonşuluq və diplomatik əlaqələr Azərbaycanın balans siyasətini çətinləşdirə bilər. İran tərəfinin sərhəd yaxınlığında hərbi fəallığı Azərbaycanın cənub bölgələrində gərginliyi artıra bilər.

Geosiyasi mövqeyə gəldikdə isə Qərb ölkələrinin (xüsusən ABŞ və İsrailin) regionda artan marağı Azərbaycanın strateji əhəmiyyətini artıracaq. Eyni zamanda İran bu maraqları özünə təhdid kimi görə bilər və Azərbaycana müxtəlif təzyiqlər göstərə bilər, məsələn, siyasi, informativ və ya iqtisadi yollarla.

Ümumilikdə isə Yaxın Şərqdə yeni bir müharibənin baş verməsi ehtimalı artmaqdadır. İranın sərt ritorikası və ABŞ-İsrailin hərbi hazırlıqları bir toqquşmanın astanasında olunduğunu göstərir. Azərbaycanın bu gərginlikdə diqqətli və balanslı siyasət aparması böyük əhəmiyyət daşıyır. Həm iqtisadi, həm də təhlükəsizlik baxımından vəziyyətin gedişi Bakı üçün həm imkanlar, həm də risklər yaradır”.

Safura Bənnayeva
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 12 İyun 2025 16:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see760

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see497

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see293

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see280

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see268

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see264

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see262

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see257

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see244

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see230

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see222

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see218

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see218

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see217

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see212

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see212

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see211

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see203

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see194

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri