Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Bunları hər kəs bilməlidir!

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Gərginlik pik həddə: Gözlənilən hücumda hədəflər bilindi Bakı detalı

Gərginlik pik həddə: Gözlənilən hücumda hədəflər bilindi Bakı detalı

Icma.az bildirir, GlobalInfo portalına istinadən.

ABŞ Prezidenti Donald Trampın İranla bağlı son açıqlamaları müzakirələrə səbəb olub. O, Tehranın nüvə sazişi ilə bağlı məsələdə Vaşinqtonla razılaşma əldə etməli olduğunu, əks təqdirdə misli-görünməmiş bombardman həyata keçiriləcəyini bildirib. 

İran ordusunun rəsmiləri də bölgədə çox sayda ABŞ hərbi bazasının olduğunu vurğulayaraq onların hədəfə alına biləcəyi mesajını veriblər.

İran ətrafında vəziyyət tam olaraq nə yerdədir? Aylardır proqnozu verilən hücum planı yaxın zamanda həyata keçirilə bilərmi? Tehranla tarixi əlaqələr və regional münasibətlər, o cümlədən İsraillə yüksəksəviyyəli əlaqələr və ABŞ-ın Azərbaycana artan diqqəti nəzərə alınmaqla Bakı sakitləşdirici mövqe sərgiləyə və sözügedən güclər arasında vasitəçi rolunu oynaya bilərmi?

Globalinfo.az-a danışan Yaxın Şərq üzrə ekspert Vüqar Zifəroğlu deyib ki, Donald Trampın İranla bağlı son açıqlamaları regionda və beynəlxalq ictimaiyyətdə ciddi narahatlıq doğurub:

“O, Tehranın nüvə proqramına dair Vaşinqtonun tələblərinə əməl etməli olduğunu, əks halda bu ölkəyə qarşı “misli görünməmiş” bombalama əməliyyatlarının həyata keçiriləcəyini bildirib. Bu bəyanat ABŞ-ın İranla bağlı siyasətində sərtləşməyə işarə edir və bölgədə yeni bir hərbi eskalasiyanın siqnalı kimi qiymətləndirilir.

ABŞ-ın hazırkı rəhbərliyi, xüsusilə Tramp administrasiyası Tehrana qarşı maksimum təzyiq siyasətini davam etdirməklə İranı 2015-ci il nüvə sazişinə (JCPOA) qayıtmağa məcbur etməyi, həmçinin nüvə silahı əldə etməsinə mane olmağı başlıca hədəf kimi elan edib. Vaşinqtonun danışıqların alternativi kimi hərbi tədbirlərin də masada olduğunu açıq şəkildə vurğulaması və Tehranın da eyni tərzdə cavab verməsi qarşıdurma riskini artırmaqdadır. İranın Ali Rəhbəri Ayətullah Əli Xamenei ABŞ-ın istənilən hərbi hücumuna “çox güclü və dərhal cavab veriləcəyini” bildirib. İran ordusu rəsmilərinin də açıqlamalarında qeyd edilir ki, bölgədə çox sayda ABŞ hərbi bazası var və onlar potensial hədəflərdir. Xüsusilə İraqda, Körfəz ölkələrində və Suriyada yerləşən ABŞ qüvvələri İranın hücumlarına məruz qala bilər. Bu fonda hər iki tərəfdən gələn açıqlamalar razılaşma əldə edilməyəcəyi təqdirdə hərbi qarşıdurma ehtimalının ciddi olduğunu göstərir”.

Ekspertin sözlərinə görə, digər tərəfdən, İran Prezidenti Məsud Pezeşkianın dolayı yolla diplomatik həll üsullarına açıq olması fikri daxildə mühafizəkar qüvvələrin təzyiqi ilə üzləşib:

“Lakin bununla belə, beynəlxalq ictimaiyyətin vasitəçiliyi ilə yeni bir diplomatik həll yolu axtarıla bilər.

ABŞ və İran arasında potensial müharibə təkcə bu iki ölkə üçün deyil, bütün region üçün ciddi fəsadlar törədəcək.

İsrail ABŞ-ın ən yaxın müttəfiqi olaraq, İranın nüvə proqramına qarşı açıq şəkildə çıxış edir və ehtimal olunan hərbi eskalasiyada aktiv iştirak edə bilər. Eyni zamanda, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) də bu qarşıdurmada Vaşinqtonun yanında yer alaraq, Tehranın bölgədəki təsirini zəiflətməyə çalışacaq.

Rusiyanın İranla strateji tərəfdaşlığı olsa belə, Ukraynada davam edən müharibə fonunda Moskva üçün Tramp administrasiyası ilə münasibətlər hazırda son dərəcə önəmlidir.

Çin isə İranla enerji və ticarət sahəsində geniş əlaqələrə malikdir, Vaşinqtonun təzyiqlərinə qarşı Tehrana dəstək verə bilər. Pekin Yaxın Şərqdə sabitliyin pozulmasını öz enerji təhlükəsizliyi üçün təhlükə hesab edir.

Təbii ki, ABŞ və İran arasındakı gərginlik Yaxın Şərqdə əsas güc mərkəzlərindən biri olan ərəb ölkələrini də narahat edir. Körfəz Ərəb Dövlətləri Əməkdaşlıq Şurasına (GCC) daxil olan ölkələr – Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Bəhreyn, Oman, Qətər və Küveyt – regionun əsas oyunçularıdır və onların mövqeyi İran məsələsində mühüm rol oynayır”.


Vüqar Zifəroğlu

V.Zifəroğlu deyib ki, Səudiyyə Ərəbistanı tarixi olaraq İranı regionda ən böyük rəqibi kimi görür və onun nüvə proqramına qarşı sərt mövqedə dayanır:

“Ər-Riyad ABŞ-ın İranın nüvə fəaliyyətlərini məhdudlaşdırmaq üçün tətbiq etdiyi sanksiyaları və təzyiqləri dəstəkləyir. Lakin bununla belə son illərdə Səudiyyə Ərəbistanı İranla münasibətləri normallaşdırmağa çalışıb və Çinin vasitəçiliyi ilə diplomatik əlaqələr bərpa edilib. Əgər ABŞ İrana hərbi zərbələr endirərsə, Ər-Riyad ehtimal ki, Vaşinqtonu dolayısı ilə dəstəkləyəcək, lakin Tehranın qisas tədbirlərindən də çəkinəcək.

BƏƏ İranla ticarət əlaqələrini qorumağa çalışsa da, təhlükəsizlik məsələlərində ABŞ-ın mövqeyini tam dəstəkləyir. Bəhreyn isə ABŞ-ın 5-ci Donanmasına ev sahibliyi edir və İran tərəfindən daim hədəf kimi görülür. Xatırlatmaq yerinə düşər ki, İran tarix nöqteyi-nəzərdən də Bəhreyni öz ərazisi hesab edir. Bu da hər iki ölkə arasındakı münasibətlərə ciddi şəkildə mənfi təsir göstərir. ABŞ-ın İranla müharibə etməsi halında, Bəhreyn İranın hücumlarının ilk hədəflərindən biri ola bilər. Qətər və Oman diplomatik vasitəçilik rolunda çıxış edərək, ABŞ və İran arasında mümkün dialoqun bərpasını dəstəkləyir. Küveyt isə ümumiyyətlə, neytral mövqedə dayanmağa çalışır”.

Ekspert qeyd edib ki, Azərbaycan regionda strateji əhəmiyyətli mövqeyə malikdir və bu böhran fonunda diplomatik vasitəçi rolunu oynaya bilər:

“Azərbaycan milli maraqlara əsaslanan müstəqil xarici siyasət yürüdərək, hər iki tərəflə münasibətlərini qoruyub saxlamaqdadır. Bakı bu böhran vəziyyətində vasitəçi rolunda çıxış edərək, ABŞ və İran arasında diplomatik gərginliyin azaldılmasına töhfə verə, həm Vaşinqton, həm Tehran, həm də Təl-Əvivlə münasibətləri fonunda mümkün müzakirələrə ev sahibliyi də edə bilər”.

Turan Rzayev
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 01 Aprel 2025 21:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see929

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see511

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see364

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see329

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see302

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see296

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see282

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see274

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see270

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see264

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see254

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see251

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see250

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see240

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see235

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see232

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see232

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see212

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see210

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri