Gevorkyan Azərbaycan benzini ilə bağlı iddialara cavab verdi: Analiz aparılır, sonra isə...
Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.
Ermənistanın Rəqabətin Müdafiəsi Komissiyasının sədri Geqam Gevorkyan Azərbaycan benzininin Ölkəyə idxalına münasibət bildirib.
Globalinfo.az xəbər verir ki, o, Azərbaycan benzininin keyfiyyəti ilə bağlı yayılan şayiələri təkzib edib.
Azərbaycanın benzini guya üçüncü ölkədən alıb reekspot (təkrar emal) etdiyi barədə yayılan şayiələri şərh edən Gevorkyan deyib:
“Bu, Azərbaycan istehsalı olan benzindir və biz onun keyfiyyəti ilə bağlı hər hansı şikayət eşitməmişik. Bütün idxalçılar eyni standart prosedurdan keçir, laborator analiz aparılır. Əgər keyfiyyətlə bağlı problem yaransaydı, həmin yanacaq ölkəyə daxil olmazdı”.
O, həmçinin bəzi iri idxalçıların guya məcburi şəkildə Azərbaycan benzinini alıb Ermənistanda satmağa məcbur edildikləri ilə bağlı iddiaları əsassız adlandırıb.
Əliyar Xəlil
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 26 Dekabr 2025 01:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















