Icma.az
close
up
RU
“Gilavar Foto Klubu” Azərbaycanın tarixi və mədəni irsinə aid layihəyə yekun vurub

“Gilavar Foto Klubu” Azərbaycanın tarixi və mədəni irsinə aid layihəyə yekun vurub

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 2 iyun, AZƏRTAC

“Gilavar Foto Klubu” İctimai Birliyi tərəfindən “Qarabağ və Şərqi Zəngəzurun mədəni irsi və tarixi-mədəni abidələri ilə bağlı rəqəmsal platformanın yaradılması” adlı fotolayihə həyata keçirilib.

İctimai Birlikdən AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində birliyin peşəkar fotoqraflarından ibarət komandası işğaldan azad olunan ərazilərdə tarixi-mədəni abidələrin fotoşəkillərini çəkib.

Layihənin tərkib hissəsi kimi birliyin əsas domeni üzərində irs.gilavar.az veb-saytı hazırlanıb və istifadəyə verilib. Sadə və rahat tərtibata malik veb-sayt bölgələr, abidlər, məbədlər, qalalar, saraylar, malikanələr, tikililər, bulaqlar, körpülər, təbiət və layihə bölmələrindən ibarətdir.

Veb-saytda Azərbaycan ərazisində mövcud olan yerli, ölkə və dünya əhəmiyyətli memarlıq abidələri, tarixi, mədəni və arxeoloji abidələr, məscidlər, məbədlər, kilsələr, daş fiqurlar, abidə kompleksləri, körpülər, bulaqlar, mağaralar, saraylar, yaşayış evləri və malikanələr, köhnə və yeni tikililərin fotoşəkilləri yerləşdirilib. Ümumilikdə veb-saytda 82 məkan haqqında 1000-dən artıq fotomaterial mövcuddur. Hər bir foto Azərbaycan Fotoqrafiya Fondunun unikal nömrəsi ilə nömrələnib və inventarlaşdırılıb.

Hər məkan və obyekt haqqında qısa və dolğun məlumatlar, onların yerləşdiyi şəhər, rayon və kənd, abidənin əhəmiyyətlilik dərəcəsi, dövlət qeydiyyatına alınmış inventar nömrəsi, eləcə də coğrafi koordinatları yer alıb.

Gələcəkdə Şərqi Zəngəzurun qalan bölgələrində, eləcə də ölkəmizin digər şəhər və rayonlarında mövcud olan tarixi və mədəni abidələrin fotolarının çəkilməsi, sistemləşdirilməsi, arxivləşdirilməsi və veb-sayta yerləşdirilməsi nəzərdə tutulur.

Layihə rəhbəri Dilavər Nəcəfovun sözlərinə görə, ölkənin mədəni irs və tarixi-mədəni abidələri ilə bağlı rəqəmsal platformanın yaradılması, rəqəmsal platformada öz əksini tapan tarixi, mədəni, arxeoloji obyektlər haqqında məlumatlar mədəni dəyərlərin qorunub saxlanılması və populyarlaşdırılmasına, gələcək nəsillərə ötürülməsinə xidmət edəcək. Eyni zamanda, layihə Azərbaycanın unikal mədəni irs abidələrinin dünyada təbliğ edilməsi üçün bir vasitə olacaq, bu ərazilərdə turizmin inkişafına öz tövhəsini verəcək.

Qeyd edək ki, irs.gilavar.az veb-saytı Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə “Qarabağ və Şərqi Zəngəzurun mədəni irsi və tarixi-mədəni abidələri ilə bağlı rəqəmsal platformanın yaradılması” layihəsi çərçivəsində “Gilavar Foto Klubu” ictimai birliyi tərəfindən hazırlanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 İyun 2025 15:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri