Icma.az
close
up
RU
“Giltexin İdarə Heyətinin sədri: COP komandası üçün 50 mindən çox uniforma istehsal etmişik FOTO

“Giltexin İdarə Heyətinin sədri: COP komandası üçün 50 mindən çox uniforma istehsal etmişik FOTO

Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanda tekstil sənayesində lider olan GiLTEX Tekstil şirkəti COP29-da təmsil olunur. Giltex həmçinin istehsal etdiyi ekoloji cəhətdən təmiz məhsullarla Azərbaycanın tarixindəki ən böyük beynəlxalq tədbirə ev sahibliyi etdiyi COP29-a dəstək göstərən şirkətlərdən biridir.

Bu məqsədlə “APA-Economics” “Giltex” şirkətinin İdarə Heyətinin sədri Kamran Ağası ilə olan müsahibəni təqdim edir:

- Kamran bəy, “Giltex” COP29-da necə təmsil olunur və əsas iştirak məqsədiniz nədən ibarətdir?

- Biz “GP Cotton” olaraq COP29-da iki şirkətlə təmsil olunuruq. Bunlar “Prime Cotton” və “Giltex” şirkətləridir. “Prime Cotton”un əsas istiqaməti pambıq istehsalıdır, “Giltex” isə faktiki olaraq tekstil məhsulları, parça istehsal edir. GiLTEX Tekstil Fabriki 2012-ci ildə Sumqayıt şəhərində fəaliyyətə başlayıb. Şirkət Cənubi Qafqazda vertikal inteqrasiya sistemi ilə qurulub, tekstil istehsalı prosesinin bütün texnoloji mərhələlərini əhatə edən yeganə müəssisədir. Əsas xammal olaraq yüksək keyfiyyətli Azərbaycan pambığından istifadə edən fabrikimizdə müxtəlif növ tekstil məhsulları istehsal edir.

Əgər “Giltex”dən danışsaq, deyə bilərik ki, iqlim dəyişikləri bizim strategiyamızın tərkib hissəsidir. “Giltex”in dəyərlərindən biri də davamlılıqdır. Əlbətdə ki, bizim üçün COP29 qatılmaq böyük bir fürsətdir. Ona görə ki, biz şirkət kimi öz dəstəyimizi göstəririk.

Deyə bilərəm ki, COP komandası tərəfindən istifadə edilən bir çox uniformalar “Giltex” şirkəti tərəfindən hazırlanıb. Bizim tərəfimizdən ümumilikdə COP komandası üçün 50 mindən çox uniforma istehsal edilib. Bura müxtəlif polo, t-shirt, köynək, eco çanta, şalvar daxildir. Bu uniformaların hazırlanmasında yerli pambıqdan və innovativ texnologiyalardan istifadə edilib. Eyni zamanda qeyd edim ki, bu uniformaların bir qismi təxminən 2 minə qədəri antibakterial texnologiyalardan istifadə edilərək hazırlanıb. Əsas məqsədlərimizdən biri istehsalatımızı daha da böyütmək və bu sahədə daha yaşıl texnologioyaları Azərbaycana gətirməkdir. COP29 bu baxımdan bizim üçün fürsətlər yaradır.

-“GİLTEX”in illlik istehsal gücü nə qədərdir?

- GiLTEX Tekstil Fabriki 2012-ci ildə Sumqayıt şəhərində fəaliyyətə başlayıb. Fabrik 15 hektar ərazidə 70 min kv.m. istehsal sahəsini əhatə edib. 1000-dən çox işçi çalışır. İplik, toxuma, hörgü, boyama, tikiş və maska istehsalı fabrikləri fəaliyyət göstərir. İstehsal gücü illik 18 milyon metr parça, 1800 ton trikotaj, 1 milyon yataq dəsti və 250 min uniforma təşkil edir.

- Kamran bəy, bildiyimiz qədər yerli bazarla yanaşı istehsal etdiyiniz məhsulların bir hissəsi ixraca yönəlir? İstehsalın hansı həcmini ixraca yönəldirsiniz?

- Artıq 12 ildir ki, fəaliyyət göstəririk. Burada biz əsasən dəsmallar, yataq dəstləri, müxtəlif geyimlər, uniformalar istehsal edirik. İstehsal etdiyimiz məhsulları daha çox MDB ölkələrinə, o cümlədən Rusiya bzarına ixrac edirik. Eyni zamanda bu məhsulları Avropa və Yaxın Şərq ölkələrinə ixrac etmək planlarımız var. Ümumilikdə isə istehsal etdiyimiz məhsulların 50%-ə qədəri ixraca yönəldilib.

Qeyd etdiniz ki, ixrac bazarlarından biri kimi Avropa əsas hədəflərdən biridir. Bunun üçün hansısa sertifikatlar tələb olunurmu?

-“GILTEX”in üstünlüyü ondan ibarətdir ki, bir sıra beynəlxalq keyfiyyət sertifkatlarına sahibdir. ISO 9001- 2015 – Keyfiyyət İdarəetmə Sistemi, ISO 14001- 2015 – Ətraf Mühit Standartlarına uyğunluq , ISO 45001- 2018 – İş Sağlamlığı və Təhlükəsizliyi İdarəetmə Sistemi, AZS Uyğunluq Sertifikatı – Məhsulların milli standartlara uyğunluğunu təsdiq edən sertifikatı və bir çox sertifkatlara sahibik. Ötən ay biz BSCI sertifkatını aldıq. GiLTEX bu sertifikata layiq görülən Azərbaycanın ilk tekstil şirkəti kimi qlobal təşkilatlar arasında öz yerini alıb. Avropa bazarına çıxmaq üçün bu sertifkat çox vacibdir.

- Avropa bazarlarında tekstil sahəsində digər ölkələrlə rəqabət apara biləcəyikmi?

- Təbii ki, Banqladeş, Hindistan və Çin kimi böyük istehsalçılarla rəqabət aparmaq biraz çətindir. Çünki, bu ölkələrdə əmək haqqları aşağı olduğundan məhsulların maya dəyəri daha aşağı olur. Ona görə də şirkət olaraq daha marjinal məhsulların istehsalına üstünlük veriririk. Eyni zamanda beynəlxalq sertifkatlarımız bizim rəqəbət üstünlüyümüzü artırır. Onuda qeyd edim ki, MDB ölkələri bizim məhsulları idxal edilərkən gömrük rüsumları tutulmur, Avropa ölkələrində isə idxalçılar gömrük rüsumları ödəyirlər. Bu da əlbətdə ki, bizim Avropa bazarlarında rəqabətimizə mənfi təsir göstərə bilər. Amma daha çox premium məhsulların istehsalına fokuslanmışıq. Bu sahədə düşünürük ki, bizim təklif etdimiz məhsullar daha da rəqabətə davamlıq olacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://apa.az
archiveBu xəbər 12 Noyabr 2024 14:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see648

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see280

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see254

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see245

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see243

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see204

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see202

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see187

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see173

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see167

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see162

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see156

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see148

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see147

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see146

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see144

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see144

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see141

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see141

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri