Icma.az
close
up
RU
“Giltexin İdarə Heyətinin sədri: COP komandası üçün 50 mindən çox geyim istehsal etmişik FOTO

“Giltexin İdarə Heyətinin sədri: COP komandası üçün 50 mindən çox geyim istehsal etmişik FOTO

Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanda tekstil sənayesində lider olan GiLTEX şirkəti COP29-da təmsil olunur. Giltex həmçinin istehsal etdiyi ekoloji cəhətdən təmiz məhsulları ilə Azərbaycanın tarixindəki ən böyük beynəlxalq tədbirə ev sahibliyi etdiyi COP29-a dəstək göstərən şirkətlərdən biridir.

Bu məqsədlə “APA-Economics” “Giltex” şirkətinin Baş içraçı direktoru və idarə heyətinin sədri Kamran Aqasi ilə olan müsahibəni təqdim edir:

- Kamran bəy, “Giltex” COP29-da necə təmsil olunur və əsas iştirak məqsədiniz nədən ibarətdir?

- Biz “GP Cotton” olaraq COP29-da iki şirkətlə təmsil olunuruq. Bunlar “Prime Cotton” və “Giltex” şirkətləridir. Hər iki şirkət Azərbaycanda pambıq sənayesinin lideri olan GP Cotton Holdings şirkətinə daxildir. “Prime Cotton”un əsas istiqaməti pambıq istehsalıdır, “Giltex” isə faktiki olaraq tekstil məhsulları, parça və istehsal edir. GiLTEX Tekstil Fabriki 2012-ci ildə Sumqayıt şəhərində fəaliyyətə başlayıb. Şirkət Cənubi Qafqazda vertikal inteqrasiya sistemi ilə qurulub, tekstil istehsalı prosesinin bütün texnoloji mərhələlərini əhatə edən yeganə müəssisədir. Əsas xammal olaraq yüksək keyfiyyətli Azərbaycan pambığından istifadə edən fabrikimizdə müxtəlif növ tekstil məhsulları istehsal edir.

Əgər “Giltex”dən danışsaq, deyə bilərik ki, iqlim dəyişikləri bizim strategiyamızın tərkib hissəsidir. “Giltex”in dəyərlərindən biri də davamlılıqdır. Əlbətdə ki, bizim üçün COP29 qatılması böyük bir fürsətdir. Ona görə ki, biz şirkət kimi öz dəstəyimizi göstəririk.

Deyə bilərəm ki, Giltex, COP29 Tekstil Tərəfdaşı olaraq konfrans əməkdaşları üçün polo, qısaqol köynək, klassik köynək, ekoçanta və şalvar məhsulları istehsal edib. Bizim tərəfimizdən ümumilikdə COP komandası üçün 50 min ədəddən çox geyim istehsal edilib. Bu geyimlərin hazırlanmasında yerli pambıqdan və innovativ texnologiyalardan istifadə edilib. Eyni zamanda qeyd edim ki, bu geyimlərin bir qismi təxminən 2 minə qədəri antibakterial texnologiyalardan istifadə edilərək hazırlanıb. Əsas məqsədlərimizdən biri istehsalatımızı daha da böyütmək və bu sahədə daha yaşıl texnologioyaları Azərbaycana gətirməkdir.

Qeyd edək ki, “Giltex” olaraq, davamlılıq istiqamətində COP-dan əvvəl də bir sıra mühüm addımlar atmışıq və gələcəkdə ekoloji baxımdan daha dost yanaşmalar tətbiq etməyi planlaşdırırıq.

Şirkətdə bütün işıqlandırma sistemimizi LED işıqlarla əvəz etməklə enerji səmərəliliyini artırmışıq. Bundan əlavə, CO2 emissiyalarının əsas təsir nöqtələrini (pressure points) müəyyənləşdirərək, CO2 bazalarını (baselines) hazırlamışıq. "Giltex" yaxın illərdə bu nöqtələrdə vəziyyətin yaxşılaşdıraraq daha ekologiya dostu fəaliyyətlərə keçid etməyi hədəfləyir.

Hal-hazırda, atmosferə buraxdığımız buxarı təkrar istifadə etməklə qaz istehlakını əhəmiyyətli dərəcədə azaltmağı planlaşdırırıq. Bundan əlavə, toxuma sahəsində hava istehlakını 20% azaltmaqla eletkrik enerjisi istifadəsini azaltmaq istəyirik. Həmçinin havalandırma sistemlərinin yeniləyərək bununla elektrik enerjisi sərfiyyatını minimuma endirməyi nəzərdə tuturuq.

COP29 bu təcrübələri bölüşmək və hədəflərimiz istiqamətində irəliləmək baxımdan bizim üçün fürsətlər yaradır.

- “GİLTEX”in illlik istehsal gücü nə qədərdir?

- GiLTEX Tekstil Fabriki 2012-ci ildə Sumqayıt şəhərində fəaliyyətə başlayıb. Fabrik 15 hektar ərazidə 70 min kv.m. istehsal sahəsini əhatə edib. 1000-dən çox işçi çalışır. İplik, toxuma, hörgü, boyama, tikiş və maska istehsalı fabrikləri fəaliyyət göstərir. İstehsal gücü illik 18 milyon metr parça, 1800 ton trikotaj, 1 milyon yataq dəsti və 250 min uniforma təşkil edir.

- Kamran bəy, bildiyimiz qədər yerli bazarla yanaşı istehsal etdiyiniz məhsulların bir hissəsi ixraca yönəlir? İstehsalın hansı həcmini ixraca yönəldirsiniz?

- Artıq 12 ildir ki, fəaliyyət göstəririk. Burada biz əsasən dəsmallar, yataq dəstləri, müxtəlif geyimlər, uniformalar istehsal edirik. İstehsal etdiyimiz məhsulları daha çox MDB ölkələrinə, o cümlədən Rusiya bzarına ixrac edirik. Eyni zamanda bu məhsulları Avropa və Yaxın Şərq ölkələrinə ixrac etmək planlarımız var. Ümumilikdə isə istehsal etdiyimiz məhsulların 50%-ə qədəri ixraca yönəldilib.

- Qeyd etdiniz ki, ixrac bazarlarından biri kimi Avropa əsas hədəflərdən biridir. Bunun üçün hansısa sertifikatlar tələb olunurmu?

-“GILTEX”in üstünlüyü ondan ibarətdir ki, bir sıra beynəlxalq keyfiyyət sertifikatlarına sahibdir. ISO 9001- 2015 – Keyfiyyət İdarəetmə Sistemi, ISO 14001- 2015 – Ətraf Mühit Standartlarına uyğunluq , ISO 45001- 2018 – İş Sağlamlığı və Təhlükəsizliyi İdarəetmə Sistemi, AZS Uyğunluq Sertifikatı – Məhsulların milli standartlara uyğunluğunu təsdiq edən sertifikatı və bir çox sertifikatlara sahibik. Ötən ay biz BSCI sertifikatını aldıq. GiLTEX bu sertifikata layiq görülən Azərbaycanın ilk tekstil şirkəti kimi qlobal təşkilatlar arasında öz yerini alıb. Avropa bazarına çıxmaq üçün bu sertifikat çox vacibdir.

- Avropa bazarlarında tekstil sahəsində digər ölkələrlə rəqabət apara biləcəyikmi?

- Təbii ki, Banqladeş, Hindistan və Çin kimi böyük istehsalçılarla rəqabət aparmaq biraz çətindir. Bunun əsas səbəblərindən biri bu ölkələrdə əməkhaqqının qat-qat aşağı olmasıdır. Ona görə də şirkət olaraq daha marjinal məhsulların istehsalına üstünlük veriririk. Eyni zamanda beynəlxalq sertifikatlarımız bizim rəqəbət üstünlüyümüzü artırır. Onuda qeyd edim ki, MDB ölkələri bizim məhsulları idxal edilərkən gömrük rüsumları tutulmur, Avropa ölkələrində isə idxalçılar gömrük rüsumları ödəyirlər. Bu da əlbətdə ki, bizim Avropa bazarlarında rəqabətimizə mənfi təsir göstərə bilər. Amma daha çox premium məhsulların istehsalına fokuslanmışıq. Bu sadə düşünürük ki, bizim təklif etdimiz məhsullar daha da rəqabətə davamlıq olacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://apa.az
archiveBu xəbər 12 Noyabr 2024 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Puqaçova və Qalkinin uşaqlarının dünyaya gəlməsinin sirri AÇILDI

14 Dekabr 2025 15:28see302

Fransada XVI əsrə aid qeyri adi dar ağacı tapıldı

14 Dekabr 2025 01:26see236

Sabahın havası Leysan, qar

14 Dekabr 2025 13:12see212

“Qarabağ bu gün Araz Naxçıvan ı sınağa çəkəcək

14 Dekabr 2025 08:37see201

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı Nazirlik hərəkətə keçdi

15 Dekabr 2025 04:21see185

“Onların da amnistiyaya düşməsini istərdim” Novella Cəfəroğlu

15 Dekabr 2025 17:00see185

Qəbələ 10 nəfərlə qaldı YENİLƏNİR

14 Dekabr 2025 15:19see165

Ermənistanda ARA QARIŞDI: Xocalı qatili SAVAŞ MESAJI verdi

14 Dekabr 2025 11:07see158

Elektron siqaretin cəmi üç gün istifadəsi ilə yaranan böyük təhlükə

15 Dekabr 2025 17:19see150

Azərbaycan Premyer Liqasında daha bir görüş baş tutub

14 Dekabr 2025 16:50see148

Mayonezin gizli riskləri Həkimdən XƏBƏRDARLIQ

14 Dekabr 2025 02:37see147

“Kəpəz” “Qəbələ”yə, “Qarabağ” “Araz Naxçıvan”a qarşı YENİLƏNİR

14 Dekabr 2025 08:06see142

Orban: Rusiya aktivlərinin müsadirəsi müharibə elanına bərabərdir

14 Dekabr 2025 03:48see137

Almaniyada məcbur hərbi xidmət gündəmdədir, qadınlar da çağırıla bilər

14 Dekabr 2025 01:08see136

Xocalı qatili Paşinyana qarşı: Ermənistanda ARA QARIŞDI VİDEO

14 Dekabr 2025 22:51see136

Zelenski NATO dan imtina etməyə hazır olduğunu açıqladı

14 Dekabr 2025 18:12see136

Müharibənin sonu görünür Zelenski artıq sülh masasına hazırdır

14 Dekabr 2025 02:59see135

Rusiya Qara dənizdə Türkiyəyə aid gəmini vurdu

14 Dekabr 2025 06:56see135

İllərin qəzalı binaları tarixə qovuşurlar: Sumqayıtda böyük söküntü BAŞLAYIR

14 Dekabr 2025 08:41see133

Ramzan xüsusi hərbi əməliyyat zonasına 80 SUV göndərdi...

14 Dekabr 2025 01:22see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri