Icma.az
close
up
RU
Gimnaziada: Böyük uğura gedən yolun startı və ya Azərbaycan Top 5 də

Gimnaziada: Böyük uğura gedən yolun startı və ya Azərbaycan Top 5 də

Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Zlatiborda təşkil olunacaq ISF U15 Gimnaziada İdman Oyunlarının bu gün açılış mərasimi keçiriləcək.

İdman.biz-in yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, tədbir Serbiyanın dağ kurort ərazisi hesab olunan şəhərin mərkəzində baş tutacaq.

Gimnaziadada artıq iştirakçıların yekun siyahısı da açıqlanıb. Yarışda 56 ölkənin 2742 idmançısı mübarizə aparacaq. Komanda hesabında Azərbaycan millisi Top-5-də yer alıb. Yığmamız Serbiyaya sabahın ümidləri olan 191 atletlə gəlib.

Komandamız yarışda 25 idman növündən 18-də təmsil olunacaq. Yığmamız 7 şəhərdə idman gimnastikası (Novi-Sad), kamandan oxatma, 3x3 basketbol, çimərlik voleybolu, boks, şahmat, tennis (Zlatibor), badminton, parabadminton, üzgüçülük, paraüzgüçülük, stolüstü tennis (Ujiçe), taekvondo, karate (Pojeqa), cüdo, güləş (Luçani), qılıncoynatma (Nova-Varoş) və atletika (Priboy) növlərində qüvvəsini sınayacaq.

Heyətə nəzər saldıqda, medal sayı ilə bağlı proqnoz vermək bir qədər çətindir. Çünki yarışa gələnlərin əksəriyyətinin demək olar ki, ölkədən kənarda ilk sınağıdır. Bu səbəbdən də Gimnaziadanı onlar üçün böyük uğura gedən yolun startı da adlandırsaq, yanılmarıq. Düzdür, düşərgədəki ab-hava və məşqçilərlə söhbətlər ilin ilk multi-idman yarışında qələbələrə ümid verir. Xüsusilə, taekvondo, cüdo, güləş və boks idman növlərində uğura inam yüksəkdir. Onların hər yarışda olduğu kimi, bu dəfə də adlarından söz etdirəcəkləri gözlənilir. İdman gimnastikası, atletika və stolüstü tennis növlərində də fəxri kürsüyə yüksəlmək şansımız var. Həmçinin digər idman növlərində də medal əldə ediləcəyinə ümidlər böyükdür.

Gimnaziadada idmançı sayında isə Top-5-ə Rumıniya başçılıq edir. Onlar Zlatiborda 338 iştirakçı ilə təmsil olunacaqlar. Top-5-də növbəti pillələrdə Serbiya (319), Braziliya (244) və Ukrayna (229) yer alıblar.

Qeyd edək ki, Oyunların bağlanış mərasimi aprelin 12-də Zlatibor şəhərində keçiriləcək.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 05 Aprel 2025 13:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see238

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see209

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see198

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see180

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see170

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see170

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see163

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see159

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see146

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see143

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see139

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri