Gimnaziada: Millimizin medal sayı 39 a yüksəlib 6 taekvondoçumuz fəxri kürsüdə FOTO
Icma.az bildirir, Idman.biz portalına istinadən.
Serbiyada keçirilən Gimnaziada İdman Oyunlarında taekvondoçuların mübarizəsində ilk gün başa çatıb.
İdman.biz-in Oyunlara ezam olunmuş əməkdaşı xəbər verir ki, Pojeqa şəhərində təşkil edilən yarışda Azərbaycan millisinin 6 idmançısı çıxışını medalla başa vurub.
Qızların mübarizəsində Rüqəyya Əliyeva (33 kq) finalda braziliyalı Maria Heloisa de Almeydaya qalib gələrək birinci yeri tutub.
Mədinə Aslanlı (29 kq) həlledici raundda tailandlı Anya Xansukiyə məğlub olaraq gümüş medal əldə edib. 44 kq-da Mehriban İsmayıllı yarımfinalda taypeyli Vui-Ni Çanqa, 59 kq-da Gülnaz Abdullayeva isə çinli Du Ruisiyə uduzaraq bürünc medallarla kifayətləniblər.
Oğlanlarda Əbil Mehrəli (45 kq) finalda iranlı Martia Şəmsizadəyə, Saleh Heydərov (53 kq) isə yarımfinalda braziliyalı idmançıya məğlub olub. Təmsilçilərimiz müvafiq olaraq, gümüş və bürünc medallara sahib çıxıblar.
Taekvondoçularımızdan Sabir Məmmədli (33 kq), Nicat Nadirov (41 kq), Aysu Aslanlı (41 kq) və Həqiqət Ələsgərli (51 kq) mübarizəni 1/4 finalda dayandırıblar.
Beləliklə, takvondoçularımız günü 1 qızıl, 2 gümüş və 3 bürünc medalla bitiriblər. Bu növ üzrə yarışlar sabah yekunlaşacaq.
Qeyd edək ki, Azərbaycan millisinin hesabındakı medal sayı 39-a yüksəlib. Komandamız daha öncə 10 qızıl, 9 gümüş və 14 bürünc medal əldə edib.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 08 Aprel 2025 21:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















