Giorgi Volski: Bəzi diplomatik nümayəndəliklər Gürcüstanda toqquşma ssenarisi hazırlayırlar
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Tbilisi, 12 may, AZƏRTAC
"Tbilisidəki bəzi diplomatik nümayəndəliklərin əsas vəzifəsi hansısa yolla cəmiyyətin müəyyən hissəsində qıcıq yaratmaq, səfərbər olmaq və toqquşma ssenarisi hazırlamaqdır".
AZƏRTAC xəbər verir ki, belə bir bəyanatla Gürcüstan parlamentinin vitse-spikeri Giorgi Volski çıxış edib.
Vitse-spiker bildirib ki, bu yaxınlarda Gürcüstandakı media mühitini əsassız ittihamlarla tənqid edən Britaniya səfiri hələ də "Xronika”nın iki sualını cavablandırmayıb. Avropa İttifaqının nümayəndəliyi də “Xronika” jurnalistinin təhqir olunması və müxalifətin Avropa Günündə hücumu ilə bağlı suallara cavab vermir. “Xronika”nın jurnalistləri də Almaniya və Fransa səfirliklərinə müxtəlif mövzularda suallar göndəriblər, lakin diplomatların cavabı yalnız susqunluq olub: "Onların susqunluğu onu deməyə əsas verir ki, bizə qarşı ikili standart var. Kimi müdafiə etmək istəyirlərsə, ona da cavab vermək istəyirlər. Bəzi diplomatik missiyaların əsas vəzifəsi hansısa yolla cəmiyyətin müəyyən hissəsində qıcıq yaratmaq, toqquşma ssenarisini təşkil etmək və hazırlamaqdır. Biz bunu izləyirik, bu proses gözümüzün qabağında cərəyan edir. Bu işdə onlara media kömək etmir".
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 12 May 2025 18:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















