Icma.az
close
up
RU
Giriş iki manat, çay 20 manat…

Giriş iki manat, çay 20 manat…

Turkstan.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Yayın gəlişi ilə daxili turizmdə canlanma yaranıb. Aviabiletlərin bahalılığı, xarici ölkələrdə tətilin hamı üçün əlçatan olmaması insanlarımızın diqqətini daha çox yerli turizmə yönəldib. Regionlarda təbiət qoynunda, dəniz, göl və çay kənarlarında dincəlmək üçün həftə sonlarını və ya məzuniyyəti fürsətə çevirənlər çoxalıb.

Digər regionlarımız kimi cənub bölgəsi də öz təbiəti ilə turistləri cəlb edir. Xüsusən Hirkan Milli Parkı və Xanbulan gölü ərazisinə piknik etmək, gözəllikdən zövq almaq istəyənlər çoxdur.

Ancaq Xanbulan gölü təbiətin bəxş etdiyi nadir gözəlliklərdən biri kimi seçilsə də, turizm baxımından gözləntiləri tam doğrultmur. Bu gözəlliyin fonunda ciddi çatışmazlıqlar nəinki diqqətdən yayınır, hətta narazılıqlara səbəb olur.

Təkcə bir yol açıqdır, o da pulludur

Xanbulan gölü təbii deyil, süni su hövzəsidir. Əsasən su ehtiyatlarının tənzimlənməsi məqsədilə yaradılıb və bu gün də ətraf ərazilər üçün əhəmiyyətini qoruyur. Hirkan qoruğu ərazisində yerləşdiyindən ətraf ərazi nadir flora və fauna ilə zəngindir: sıx yaşıllıqlar, təmiz hava və sakit mühit bu məkanı təbiətsevənlər üçün cəlbedici edir.

Ancaq Xanbulan gölünə gedən yol təkcə təbiətə aparmır, həm də turizmə yanaşmamızın real mənzərəsini göstərir. Məsələn, iki il əvvələ qədər gölün kənarına düşmək, oralarda piknik etmək və ya dincəlmək istəyənlər üçün açıq olan yolların hamısı bağlanıb, təkcə bir giriş yolu qalıb - pullu yol. Başqa sözlə desək, burada istirahət etmək istəyənlər giriş üçün pul ödəməlidirlər. Halbuki əvvəllər gölün ərazisinə giriş pullu olmayıb. İnsanlar sərbəst şəkildə keçid edərək, təbiətdən zövq alıblar.

Hazırda əraziyə giriş ödənişli olsa da, ziyarətçilər üçün yetərli xidmətlər təşkil olunmayıb. Burada müasir infrastruktur, istirahət üçün lazımi şərait, turistləri məlumatlandıran sistemlər mövcud deyil.

Göl ərazisinə giriş üçün ödənişin tələb olunması ilə maraqlandıqda Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirdilər ki, Xanbulan Hirkan Milli Parkının ərazisində yerləşdiyindən Nazirlər Kabinetinin qərarına əsasən, qoruğa giriş ödənişlidir və bu, prinsip etibarilə gölə də şamil olunur: “Xanbulan gölü Hirkan Milli Parkının ərazisində yerləşdiyindən parka giriş haqqı Nazirlər Kabinetinin 114 nömrəli Qərarı ilə müəyyən edilmiş tarifə uyğun olaraq 2 AZN təşkil edir”.

Stol-stullardan istifadə edirsənsə, çay dəstgahı məcburidir

Gölün kənarına enərkən ərazidəki ofisiantlar elan edirlər ki, ətrafdakı stol-stullardan istifadə ediləcəyi təqdirdə mütləq çay dəstgahı almaq lazımdır. Çay dəstgahının qiyməti isə 20 AZN-dir. Gölün kənarında adi skamyalar qoyulmayıb ki, imkanı olmayan insanlar seçim edə bilsinlər. Təbiətin qoynuna istirahətə gələnlər özləri ilə ərzaq gətirsələr belə, oturacaqlardan istifadə üçün 20 manatlıq çaydan içməyə məcburdurlar.

Xanbulana Bakıdan gələn ailə gölün ərazisinə girişin pullu olmasına narazılığını gizlətmədi: “Belə bir məkanın bu şəkildə təqdim olunması onun potensialından tam istifadə edilmədiyini göstərir. Əgər giriş ödənişlidirsə, bunun qarşılığında minimum xidmət standartları təmin olunmalıdır”.

Söhbətləşdiyim qonaqlardan Samir Əliyev də gölün gözəlliyindən nə qədər heyrətlənmişdisə, xidmət keyfiyyətindən bir o qədər narazı idi: “Bura istər daxili turizm, istərsə də xaricdən gələn qonaqlar üçün Azərbaycanın görülməsi mütləq olan məkanlarındandır. Müsbət tərəf odur ki, gölə gediş rahatdır, coğrafi mövqeyi əlverişlidir. Əfsus ki, neqativlər də az deyil. Gölkənarı obyektlərdə xidmət səviyyəsi aşağı, qiymətlər bahadır. Giriş üçün ödənişin tələb olunması səbəbindən onlarla turistin geri qayıtdığını müşahidə etdim. Ətrafda şəxsi avtomobillər üçün normal parkinq yerləri də azdır”.

Xidmət icarə müqaviləsi əsasında sahibkarlar tərəfindən göstərilir

Digər bir problem odur ki, tələb olunan ödəniş kassada deyil, gölə girişdə yığılır, yalnız tələb etdiyin təqdirdə üzərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin adı qeyd olunan qəbz verilir. Burada turizmə xidmət üzərindən deyil, “sadəcə girişdən pul qazanmaq” kimi yanaşılır. Ərazidə alternativsiz xidmət və elementar şəraitin olmaması isə həm turistləri narazı salır, həm də turizm potensialına zərbə vurur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayevanın sözlərinə görə, Xanbulan gölünün ətrafında fəaliyyət göstərən istirahət yerlərindəki xidmətlər Milli Parkla bağlanmış icarə müqaviləsi əsasında sahibkarlar tərəfindən həyata keçirilir: “Bu obyektlərdə göstərilən xidmətlərə görə tətbiq olunan qiymətlər sahibkarlar tərəfindən müəyyən edilir və Milli Parka aid deyil”. Nazirlik rəsmisi bildirdi ki, sözügedən ərazinin tullantılarla çirkləndirilməsi ilə bağlı iddialar aidiyyəti üzrə araşdırılacaq və qanunamüvafiq tədbir görüləcək.

Düzgün planlaşdırma və peşəkar yanaşma tələb olunur

Turizmçilər hesab edirlər ki, düzgün planlaşdırma və peşəkar yanaşma ilə Xanbulan gölü regionun əsas turizm mərkəzlərindən birinə çevrilə bilər. Bunun üçün infrastrukturun inkişafı, xidmət keyfiyyətinin artırılması və ərazinin daha sistemli şəkildə tanıdılması vacibdir.

Turizmçi Aytac Nəzirli bildirir ki, Xanbulan gölünün təbiəti gözəldir və piknik üçün uyğundur: “Ancaq mənfi məqamlar da var. Məsələn, yağış yağanda gölə gedən yollar bərbad olur. Ora normal yol çəkilməlidir”. Turizmçi girişin ödənişli olmasından narazıdır: “Giriş axı niyə ödənişlidir? Bir təbii gözəlliyi görmək üçün biz niyə ora ödəniş etməliyik? Əgər ödəniş ediriksə, onda ən azı ətrafda təmizliyə riayət olunsun. Orada sanitar qovşağı bərbaddır. Təmizliyə riayət olunmalı, gigiyena qaydalarına əməl edilməli, ətraf mühit qorunmalıdır”. ("Kaspi" qəzeti)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:207
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 11 İyul 2026 12:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see374

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see346

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see345

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see310

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see307

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see295

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see239

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see222

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see218

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see217

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see209

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see208

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see203

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see203

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see202

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see191

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see191

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see187

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see182

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri