Icma.az
close
up
RU
Menu

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

Yuxuya getməyi asanlaşdıran 7 qida

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

Rusiyadan miqrantları üzən QƏRAR

DGK də BMW X5 in gömrük dəyəri ilə bağlı narazılıq: Vətəndaş Şahin Bağırova şikayət etdi

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

Gizli Kamal Aysel Əlizadə yazır

Gizli Kamal Aysel Əlizadə yazır

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Aysel ƏLİZADƏ

Bir müəllif ardıcıl olaraq hansısa mövzuda yazırsa, onun bir planı vardır. Kamalın Dədə Qorqudu tez-tez o biri dünyada narahat etməsinin səbəbi də öz planları ilə bağlıdır. Dədəm Qorqud yerini rahatlayır ki, Kamalın mənlə işi bitdi, müəllif gecə yatdığı yerdə birdən dik atılır: yox e, Təpəgözün niyə üç yox, dörd yox, bir gözü var?!

Kamal bəy bir müəllif kimi labirintdədir. Elə buna görə də kitablarının birinin adını Labirint qoyub. Davamlı labirintdə... Və mənə elə gəlir ki, onun heç bu labirintdən çıxmaq fikri də yoxdur. Bir gün o bu labirintdən çıxsa, sudan atılmış balıq kimi olar. Kamal öz labirintində okeanda akula kimidir. Kamal Abdulla cəncəl yazıçısıdır. Ona həmişə bir cəncəl lazımdır, bir düyün lazımdır, Kamal kubik-rubik yığır. Hərləyib-fırlayıb kvadratları rənginə görə yan-yana düzür, yenidən pozub yığmağa başlayır. Kamala düzənli mətnlər maraqlı deyil. Ona görə də bu düzənsizliyi bəzən özü yaradır, düzənsizliyə girir, pozur düzəldir, pozur düzəldir. Labirint sevməsi Dədə Qorqud dastanı ilə əlləşməsinin tək səbəbi deyil.  Onu bu dastanla bayaq dediyim yazıçı planı da uğraşdırır. Kamal bir plan yazır. Öz yazdığı dillə desək, onun ifadə planı - (aşkar qatı) Dədə Qorqud dastanını bir alim kimi araşdırmasıdır. Mahiyyət planı - (gizli qatı) isə maarifçi planı, yazıçı, aydın narahatlığı - Gizli Kamaldır.

Gizli Kamal düşünür: Nə olacaq? Mənəvi sistemimiz nədən ibarətdir, onu necə yaradaq, o varmı? Özü də cavab verir: Var! Və bu, Dədə Qorqud dastanıdır. "Gizli Dədə Qorqud - Yeni mənalar axtarışında" kitabında yazır: "Dastan Oğuz cəmiyyətinin varlığını göstərən, onun yaşam normalarını bədiiləşdirib öz içində qoruyub saxlayan və bu gün bizə təqdim edən əsl həyat pasportudur".  

Dədə Qorqud bizim mənəvi məktəbimizdi. Kamal Abdulla israrla mədəniyyətimizi xarici kəşfiyyatdan qurtarmağa çalışır. Yad mədəniyyətlərdən qorumaqla məşğul olur. O, bu mesajı verir: Bizim qutsalımız Dədə Qorqud dastanıdır; Dədə Qorqudda hər şey yazılıb. Bu kitab bizim Qorqudi-Kərimimizdi. Buna görə də hər detalını incələyir, hər personajı açdıqca açır. Mənəvi dəyərlərimizin keçmişini açıb-tökməyə çalışır.  Mədəni cəmiyyət mifoloji irsini araşdıran, oradakı kodları görən cəmiyyətdir. Buna görə də alim araşdırır: Niyə Təpəgöz Təpəgözdür, mif bizə nə demək istəyir, Tək göz nəyi simvolizə edir? 

Və biz bu nəticəyə gəlirik. Dünyaya tək gözlə baxan varlıq təhlükəlidir.

Şekspir deyib ki, Qədim yunan mifologiyasını bilməyən adamdan yazıçı olmaz. Bu mənada Kamal Abdullanın qədim türk dastanını ələk-vələk etməsi, dastanı yunan mifləri ilə tutuşdurması Şekspirin baxışı ilə onu bəşəri yazıçıya çevirir. Kamal dastanı təkcə mifik və ya ədəbi müstəvidə çözələmir. Təkcə ədəbiyyat elminin predmeti saymır. Böyük alimimiz Rafiq Əliyevlə birgə yazdığı "Kitabi-Dədə Qorqud və Qeyri-səlis məntiq" kitabında biz əli qopuzlu Dədə Qorqudu riyaziyyat elminin ənginliklərində tapırıq. Fəlsəfədə, sosiologiyada, məntiq elmində dolaş-dolaş görürük. Burada da biz onun xaosa olan sevgisinin daha doğrusu, anlayışının ifadəsini oxuyuruq. Nədir qeyri-səlislik? Bir az da xaos deyilmi? Bəlkə də xaosdan kosmosa yoldur...

Kamal bəy milli-mədəni kodlar yaradır. Dədə Qorqudu aktual saxlamasının əsas səbəbi də budur.  O, bu dastanda kef edir. Bu mövzu həm milli gələcək, mənəvi məktəb sistemi yaratmaq üçün ona hava-su kimi lazımdı, həm də yazıçı labirintini doya-doya gəzmək üçün. Özünü bu dastanın içinə bir dolaşıq kimi salır və orada ləzzətlə geninə-boluna "dolaş"ır. Kamal xaosu sevir, xaos olmayanda onu yaradır və o xaosdan kosmosa yol cızır. Kitabının "Xaos - Kosmos binar oppozisiyası" bölümündə xaosa olan amansız ehtirası duyulur. Kamal qədim şair Orfeyin dili ilə "Qorxulu boşluq" dediyi xaosu həm də bütün düzənlərin təməli sayır. Xaos olmasa, düzəni necə yaradarıq? Onun sualı budur. Kamil insan xaosun içindən doğruları tapıb yerinə qoyandır. O, xaosu öymür,  "xaos dağıldı, kosmos yarandı" deyir. Demək, xaos varsa, düzənə gedən yoldayıq. Demək, xaosdan kosmos yaranması elmi hadisədir. Tanrısal bir məziyyətdir. Ol! - əmridir. Oldurmaq, - bax budur insanın bütün təbiət canlılarından fərqi. Problemin əlində giriftar qalmaq deyil, məsələni yoluna qoymağa çalışmaq, ağıl işlətməkdir insan cəmiyyətinin işi. Kamal yazır: "Cəmiyyət üzvünün potensialı imkan verir ki, o, dərinə inkişaf etsin". Dərinə inkişaf! Əlbəttə, əksi də olur. Dayaza inkişaf edənlər...  Amma Kamal dərinə inkişafa yol qazır.

(Birinci yazının sonu)

P.S. Bu il Gizli Kamalın yubileyidir. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:212
embedMənbə:https://525.az
archiveBu xəbər 15 Sentyabr 2025 16:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see922

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see401

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see312

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see228

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see220

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see217

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see210

DGK də BMW X5 in gömrük dəyəri ilə bağlı narazılıq: Vətəndaş Şahin Bağırova şikayət etdi

09 Oktyabr 2026 22:28see205

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see202

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see201

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see194

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see192

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see190

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see187

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see186

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see183

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see181

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see177

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see172

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri