Icma.az
close
up
RU
Menu

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

Yuxuya getməyi asanlaşdıran 7 qida

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

DGK də BMW X5 in gömrük dəyəri ilə bağlı narazılıq: Vətəndaş Şahin Bağırova şikayət etdi

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

Rusiyadan miqrantları üzən QƏRAR

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

Dərddən ötrü ölmək Aysel Əlizadə

Dərddən ötrü ölmək Aysel Əlizadə

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Aysel ƏLİZADƏ

Belə giley çox eşitmisiniz: "Dostlarım mənə xəyanət ediblər". Mənə pislik edən çoxdur. Çox çətinlik yaşamışam. Acılar çəkmişəm. Çox, çox, acı, acı, xəyanət, yazıqlıq, narazılıq... bitmir. İnsanı bu şeylər haqda durmadan düşündürən nədir? Eqo? Yazıqlıq? Aldığı zədələr?

Aydınlaşdırmağa çalışaq.

Dönüb-dönüb keçmişi eşələyib içindən ağrı-acı tapıb çıxarıb özümüzü dayanmadan incidirik. Keçmiş isə artıq yoxdur. Olmayan şeylər haqda nə qədər düşünürük. Dünənki dava haqda bu gün də danışırıq. Sabah da danışacağıq. İllər keçəcək, yenə danışacağıq. Bütün ömrümüzə daşıyacağıq o davanı.

Səbəb nədir? Yaddaşımız. Yaddaş bütün olanları toplayır. Gözəl şeyləri də. Biz isə gözəl şeyləri çox az xatırlayırıq. Tez-tez yadımıza düşən yalnız acılardır. İnsanlar bir-birinə, "görüşüb dərdləşək" deyirlər, "görüşüb sevincləşək" yox.

Ops!

Burda bir qəribəlik hiss etdiniz?

Sanki əminik, dərdimizə acıyacaqlar. Sevincimizə sevinməyəcəklər.

Sevinci bölüşməyə xəsislik edən saysız adam var. Sevincləşək... qulağa da yad gəlir. Dərdləşək... bah-bah, necə doğma sözdür.

Gözə gəlməkdən qorxanlar var, məsələn. Harda görsə, şikayət edər. Həmişə narazıdır. Həyatında heç bir yaxşı hadisə baş vermir sanki. Elə hey gileylənir. Evinə qonaq gedərsən, yekə bir qazan asıb, "sonuncu ətimiz idi" deyər. Maşın alar, nəyimisə satıb aldım izahı verər. Səyahətə çıxar, xəstəlikdən danışar. Dərdi çağırar, çağırar, axırda dərd gələr başına. Hamıya canı yanan adamların da başına gələr. Onun işinə qaçar, buna yanar, həyat özünə elə bir problem çıxarar ki, başı qarışar. Kimsəyə yetişməyə nə həvəsi, nə imkanı qalar. Bir də səbəbsiz, eləcə dərdlənən adamlar var. Onlar lap çoxdur.

Dərd stiqmatizasiya edilib. Dərdə güzəşt olunur. Dərd həmdərd yığır. Bir cəmiyyət təsəvvür edin. İnsanlar görüşür. Bir-birinə xoş sözlər deyir. Yaxşı şeylərdən danışırlar. Ola bilər kimsə həyatında baş verən uğurlu hadisə haqda heç nə demir. Bu da normaldır. Hər adamla özəl şeyləri bölüşməzlər. Mısmırıq da sallamır. Gülüb-danışıb ayrılır. Hər kəs bir-birinə necə müsbət enerji ötürər!

Bir də cəmiyyət düşünün. Kim kimi harda tutsa, problem yükləyir. Deyinir, narazılıq edir.

"Ar" məsələsindən danışacağıq. Mental sistemdə AR insanlıq vahididir.

Acısını tez unudan adamı həmin sistemə görə - arsız kimi qiymətləndirirlər. Yaxşı insan olduğunu göstərmək üçün acı çəkməlisən. Dəyərin çəkdiyin acı qədərdir. Əri ölmüş qadın çox yas saxladıqca "yaxşı qadın" sayılır. Yas saxlamayana "arsız" deyilir. Bədbəxt cəmiyyətlərdə bu ənənə yaşayır. Xoşbəxt cəmiyyətlərdə insanlar ucadan ağlamağa da utanırlar. Mədəniyyət o həddə çatıb ki, acını ortaya sərmək ədəbsizlikdir.

Bədbəxt cəmiyyət isə gülən adama "dəli", ağlayana a-nı bir az da uzadaraq "yaazıq" deyib yanımcıllıq edir. Özü öz gözündə qalxır: "Gör necə ürəyi yumşağam".

Öz-özünə gülsən, dəlisən. Öz-özünə ağlasan, dərdlisən.

Əl-ayağa düşüb sakitləşdirəcəklər. Beləcə, acı çəkməyə vərdiş edəcəksən. Acın olmayanda onu keçmişdən axtarıb tapacaqsan. Əsrlərcə insanlığın ən ciddi ölçüsü "acı" olub. Acı çəkirsənsə, yaxşı adamsan. Vicdanlısan. Kövrəksən.

Özünə yazıçı deyənlərdən biri guya kefimi xəbər alırdı:

- Necəsən?

- Əlayam.

Ardına diqqət!

- Bir yazıçı niyə əla olsun?

Təsəvvür edirsiniz? Adamın yazıçılıq parametrinə baxın. Adi ünsiyyətdə məndən necə olduğumu soruşan birinə neqativ ötürməliyəm ki, əsl yazıçı olum.

Mental sistem belə yetişdirib. Gözümüzün önündə ünvansız kədər uyduranlar çoxdur. Daha ciddi, daha çəkili görünməyə çalışıblar dərdlənərək. Ən qorxulusu, bunun yoluxucu olmasıdır. Epidemiyadır. Rast gələn kimi qaçıb həyatınızı qurtarın.

Ağlamaq - manipulyasiya metoduna çevrilib. Özünü ağladanlar ordusu formalaşıb. Ağlayıb yumşaldanlar əslində aldadıb yumşaldanlardır. Bir qadın danışır: "Evimizin kirayə pulunu çətinliklə yığıb saxlamışdım. Ayın sonunda ödəyəcəkdim. Ərim ağlamsınaraq təcili pul lazım olduğunu dedi. Bizim evlilikdən öncə də ailəsi olub. Övladları var. Uşağımın doğum günüdü dedi, ona hədiyyə almağa pulum yoxdur. Çox pisəm. Və ağladı".

Qadın evin pulunu ərinə verib. Özünü onun uşaqlarına görə suçlu hiss edirmiş. Sonra dostları ilə qonaqlığa getdiyini öyrənib. Kişi uşaqlarına heç vaxt pul vermirmiş.

Bu cür ağlamanın frazeologizmi var - "Timsah göz yaşları". Termini ilk dəfə belorusiyalı alim F.A.Boqorad işlədib. Tibdə "Boqorad sindromu" deyilən xəstəlik, yeyərkən göz yaşının axmasıdır. Sinonim kimi "timsah göz yaşları" da deyilir. Timsahlar ovlarkən ağızlarını çox geniş açırlar. Bu zaman gözətrafı sıxılır və yaş axır. Bu frazeologizm demək olar bütün dillərdə var. Yalandan ağlayan adamlara ünvanlanır.

Hər ağlayana inanmaq olmaz. Bəlkə timsah sizi yeməyə hazırlaşır?

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://525.az
archiveBu xəbər 14 Oktyabr 2025 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see861

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see360

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see313

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see295

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see212

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see204

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see201

DGK də BMW X5 in gömrük dəyəri ilə bağlı narazılıq: Vətəndaş Şahin Bağırova şikayət etdi

09 Oktyabr 2026 22:28see199

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see195

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see194

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see191

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see187

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see183

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see180

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see177

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see176

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see165

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see163

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see162

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri