Icma.az
close
up
RU
Sevgisizlik adamı dəli edər Aysel Əlizadə yazır

Sevgisizlik adamı dəli edər Aysel Əlizadə yazır

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Aysel ƏLİZADƏ

Yazıçılar ən doğruçu və ən yalançı adamlardı. Biz həqiqəti həyatın içindən oyub-oyub heykəl kimi obrazlaşdıra bilərik, ya da öz xəyal gücümüzlə yeni bir həqiqət yarada bilərik. İkisi də inandırıcı olar. Bir gecəyə oxuyub bitirdiyim "Qara işıq" adlanan romanda da yazıçı Əyyub Qiyas eynən belə edib. Hallüsinasiyaları elə bir gerçəklik kimi yazıb ki, sən bunun sayıqlama, xəyal olduğunu bildiyin halda kitabı əlindən qoya bilmirsən. Rəyçilərdən birinin, alman tənqidçisi Marsel Rayx-Raniskinin fikrini kitabı bitirəndən sonra oxudum və nə gizlədim, ona bənzər fikirlər mənim də ağlıma gəlirdi. O yazıb: "Müəllifin psixi durumuna şübhə edirdim. İçimdə belə bir hiss vardı: Müəllifi alman klinikalarından birinə yatırmaq lazımdı. Lakin əsərin dinamikası, peşəkar təsvirindən bilinir ki, o, insan psixologiyasına dərindən bələddi. Freydin mühazirələrini yaxşı mənimsəyib".

Mənimsə ağlımda bu sual var-gəl edirdi: Belə necə yazmaq olar? Bu sayıqlama, bu qaranlıq, bu  şizofrenik fikir axını niyə roman - ədəbiyyat olsun ki? İntəhası var, Eyyub bəy insanın psixiatrik sarsıntılarını, mənəvi ağrısını elə ustaca bədii mətnə çevirib və elə bir süjet hörüb ki, mətndən qopa bilmirsən. Oxuyanda beynim yandı, nə yalan deyim, amma obrazın iç yanğısını da çox aydın hiss etdim. Bəlkə də yazıçı olduğum üçün bu sayıqlamanı çox yaxşı başa düşür, hardan gəldiyini, necə yaşandığını, necə yazıldığını bilirdim. "Qadın peyğəmbər" romanımda mənim də belə nevrotik hissələrim və ayrıca hallüsinasiya şeirlərim var - o ruhu tanıyırdım. Və uzun illərdir ailə zorakılıqlarını, insestləri, qadın problemini araşdırdığım üçün hekayənin bu tərəfi də mənim üçün tam real, "doğma" idi. Əsərin qəhrəmanı dəli olur. Atasından qalma dəftəri oxuduqca, oradakı qarışıq hadisələr, ürküdücü insanlar və talelər onun əsəblərini oynadır. Amma ağlını itirməsinə əsas səbəb bu deyil. Oğlanı sevmədiyi qızla evlənməyə məcbur edirlər. O isə başqa bir qıza vurulur və sevmədiyi qadınla yaşamağın əzabı sevdiyi qadının intiharı ilə güclənib onu havalandırır, Rüfət ağlını itirir. O, hər yerdə Könülü görür, onunla danışır, onu qucaqlayır. Rüfət əsər boyu özünü bircə dəfə xoşbəxt hiss edir - ölmüş sevgilisinin xəyalı gözünə görünüb başını onun sinəsinə qoyduğu, ona sığındığı anlarda, vəssalam. Sevgi belə bir hissdi. Sevgilinin xəyalı ilə qucaqlaşmaq da səni xoşbəxt edə bilər. Rüfət arvadı ilə xoş davranır, dost da olurlar, bölüşür də, hətta atasından qalma dəftərdəki məhrəm hekayəni ona da oxuyur, amma onu sevmir və bu Rüfəti inanılmaz mutsuz edir. Bunu ondan gizlətmir də... Qəlbinin dərinliyində Rüfət o qadından övlad da istəmir, qız da ana ola bilmir. Süjeti tamamilə açmaq istəmirəm, Oxumaq istəyən üçün maraq qalsın. Həyatında bircə dəfə də olsa həqiqətən sevən, sevməyin nə olduğunu bilən adam Rüfəti çox yaxşı anlayar. Çünki sevdiyindən ayrılıb başına hava gələn, əsəbləri pozulan, heç vaxt içdən gülə bilməyən, hətta canına qıyan saysız insan olub. Düzdü, zamanla insanlar buna öyrəşib yaşayırlar, amma soruşsan "buna yaşamaq demək olmaz" söyləyərlər. Bir qadının fikri yadıma düşür: "Sevdiyindən uzaq olmaq, sevmədiyinlə yaşamaqdan daha asandı". Romanda işıqlı, ümidli, qutsal heç nə yoxdur. Sevginin təsviri belə yoxdur. Amma yazıçı romanı elə professionalca, elə ədəbiyyatca yazıb ki, sən özün usta oxucu olub o işığı da, sevgini də, qutsalı da tapmalı olursan. "Qara işıq" müasir romançılığımızda layiqli yer tutacaq əsərdi. Və məncə, əsas mesajı budur: Sevgisizlik adamı bədbəxt, hətta dəli edə bilər...

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:239
embedMənbə:https://525.az
archiveBu xəbər 18 Noyabr 2025 14:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see429

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see286

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see275

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see273

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see261

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see255

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see247

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see245

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see230

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see225

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see218

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see217

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see217

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see216

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see215

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see214

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see204

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see197

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see191

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri