Icma.az
close
up
RU
Gizli təhlükə: İnsan sağlamlığı üçün ən zərərli 5 qaz

Gizli təhlükə: İnsan sağlamlığı üçün ən zərərli 5 qaz

Medicina saytına istinadən Icma.az xəbər verir.


Dünyanın ən təhlükəli qazları məlum olub. Bu qaz bədənin oksigendən istifadə qabiliyyətini sürətlə iflic edir, çökməyə və ölümə səbəb olur.

Medicina.az xəbər verir ki, havadakı qazların nisbəti həyat üçün kritik əhəmiyyətə malikdir.

Atmosferdəki qazların təxminən 78,1%-i azot, 21%-i oksigen, 0,9%-i arqon və 0,04%-i karbon qazından ibarətdir.

Xüsusilə oksigen bütün canlıların nəfəs alması üçün həyati bir element olaraq atmosferdə boldur.

Ancaq bu incə tarazlıq pozulduqda ciddi sağlamlıq və ekoloji problemlər yarana bilər.


İNSAN SAĞLAMLIĞINA TƏHLÜKƏLİ ƏN ZƏHƏRLİ 5 QAZ

1. Hidrogen Sulfid (H₂S)

Çürük yumurta qoxusuna malikdir. Yüksək konsentrasiyalarda qoxu hiss olunmur, bu da təhlükəni artırır. Bataqlıqlarda, kanalizasiya və sənaye proseslərində əmələ gəlir. Hüceyrələrin oksigendən istifadə etməsinə mane olur və tez bir zamanda baş ağrısı, ürək bulanması və ölümə səbəb ola bilər.

2. Karbonmonoksit (CO)

Rəngsiz, qoxusuz və dadsızdır; "səssiz qatil" kimi tanınır. Yanma prosesi tamamlanmadıqda baş verir (avtomobilin egzozu, sobalar və s.). Qanın oksigen daşımasının qarşısını alır, başgicəllənmə, huşunu itirmə və ölümə səbəb ola bilər. Evlərdə karbonmonoksit detektorlarının istifadəsi həyati əhəmiyyət kəsb edir.

3. Azot oksidləri (NOx)

Tərkibində azot oksidi (NO) və azot dioksidi (NO₂) qazları var; NO₂ ən zərərlidir. Qalıq yanacaqların yandırılması ilə baş verir və havanın çirklənməsinin əsas elementlərindən biridir. Ağciyərlərin qıcıqlanması, tənəffüs problemləri və astma riskini artırır. Uzun müddət məruz qalma ağciyərlərin zədələnməsinə səbəb olur.

4. Ozon (O₃)

Yüksək atmosferdə faydalıdır, lakin yer səviyyəsində havanı çirkləndirir. Günəş işığı və digər çirkləndiricilərlə reaksiya verərək əmələ gəlir. Ağciyər toxumasını zədələyir, öskürək, boğazda qıcıqlanma və tənəffüs problemlərinə səbəb olur. Astma və bronxit kimi xəstəlikləri pisləşdirir.

5. Həlledicilər

Kimyəvi maddələri (benzol, toluol, ksilen və s.) həll edən mayelərin buxarıdır. Boya durulayıcılarda, dırnaq lakı təmizləyicilərində və təmizləyici vasitələrdə tapılır. Mərkəzi sinir sisteminə təsir edir, başgicəllənmə, baş ağrısı və ürək bulanmasına səbəb olur. Uzun müddətli məruz qalma qaraciyər, böyrək və beyin zədələnməsinə səbəb ola bilər.

Aygün

Medicina.az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:224
embedMənbə:https://www.medicina.az
archiveBu xəbər 25 İyun 2025 22:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see375

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see247

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see240

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see236

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see235

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see233

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see231

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see230

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see229

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see225

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see218

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see213

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see213

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see213

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see212

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see212

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see212

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see210

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri