Gizli trombun 5 əlaməti
Azpost saytına istinadən Icma.az xəbər verir.
Patologiyanın əlamətləri heç də həmişə açıq şəkildə özünü göstərmir. Bəzən pasiyent yalnız yüngül narahatlıq və ya dəridə cüzi dəyişiklik hiss edir.
Dərin qan damarlarında trombların yaranması insan sağlamlığı üçün gizli, lakin həyati təhlükə yaradan vəziyyətdir. Əksər hallarda patoloji proses aşağı ətrafları əhatə edir. Bu isə qan laxtasının qoparaq ağciyər arteriyalarına düşməsi riskini yaradır.
Belə ağırlaşma pasiyentin həyatını təhlükə altına alan kritik vəziyyətə – ağciyər arteriyasının tromboemboliyasına səbəb ola bilər.
Əlamətlər həmişə aydın olmur
Dərin venaların trombozunun klinik mənzərəsi heç də həmişə özünü kəskin əlamətlərlə göstərmir. İnsanlar adətən güclü ağrı və ya nəzərəçarpan şişkinlik kimi klassik simptomları axtarırlar. Lakin xəstəlik bəzən demək olar ki, simptomsuz da inkişaf edə bilər.
Mütəxəssislərin qeyd etdiyi mümkün əlamətlər arasında müəyyən nahiyədə həssaslıq, baldır əzələlərində qıcolmalar, dəridə yüngül qızartı və ya bənövşəyi rəngin yaranması var. Narahatlığın isə adətən yeriyərkən və ya uzun müddət ayaqüstə qaldıqda artdığı bildirilir.
Ayaqlar arasındakı temperatur fərqi nə deməkdir?
Daha az nəzərə çarpan, lakin diqqət tələb edən əlamətlərdən biri ayaqlar arasında temperatur fərqi ola bilər.
Əgər ayaqlardan biri qəfil digərindən toxunanda nəzərəçarpacaq dərəcədə isti olarsa, xüsusilə ağrı və ya şişkinlik də varsa, həkimə müraciət etmək tövsiyə olunur.
Bununla belə, həkimlər bildirirlər ki, nahiyədə temperaturun yüksəlməsi öz-özlüyündə trombozun yüz faiz göstəricisi deyil. Buna səbəb ola biləcək çoxsaylı digər amillər də var. Buna görə də dəqiq diaqnoz yalnız mütəxəssis tərəfindən müayinə və müvafiq tibbi yoxlamalardan sonra qoyula bilər.
Kimlər risk qrupundadır?
Uzun müddət hərəkətsiz qalmaq dərin venaların trombozu ilə üzləşmə riskini əhəmiyyətli dərəcədə artırır. Uzunmüddətli təyyarə uçuşları, saatlarla avtomobil idarə etmək və ya məcburi yataq rejimi qan dövranının zəifləməsinə və qanın durğunlaşmasına şərait yarada bilər.
Risk qrupuna həmçinin hamilə qadınlar, artıq çəkisi olan insanlar, siqaret çəkənlər, yaxın zamanda əməliyyat və ya travma keçirmiş şəxslər daxildir.
Qanın laxtalanmasına irsi meyillilik, onkoloji xəstəliklər və müəyyən hormonal preparatların qəbulu da əlavə risk yarada bilər.
Hansı hallarda təcili yardım çağırılmalıdır?
Dərin venaların trombozunun ən ağır və həyati təhlükəli fəsadlarından biri qopmuş trombun ağciyərlərə keçməsi nəticəsində yaranan ağciyər arteriyasının tromboemboliyasıdır.
Qəfil nəfəs darlığı, döş qəfəsində kəskin ağrı, ürək döyüntüsünün sürətlənməsi, başgicəllənmə, huşunu itirmə və ya qanlı öskürək yaranarsa, dərhal təcili tibbi yardım çağırmaq lazımdır.
Evdə trombun olub-olmadığını müstəqil şəkildə müəyyən etmək mümkün deyil. Diaqnozun təsdiqi üçün həkimlər xüsusi marker olan D-dimer üzrə qan analizindən və venaların ultrasəs dupleks müayinəsindən istifadə edə bilərlər.
Diaqnoz təsdiqləndikdə müalicənin əsasını mövcud laxtaların böyüməsinin və yeni trombların yaranmasının qarşısını alan müasir antikoaqulyant preparatlar təşkil edir.
Sunay Aydın
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 22 Sentyabr 2026 10:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















