Icma.az
close
up
RU
GlobE Şəbəkəsinin 6 cı Plenar İclasında ekoloji hüquqpozmalar müzakirə edilib FOTOLAR

GlobE Şəbəkəsinin 6 cı Plenar İclasında ekoloji hüquqpozmalar müzakirə edilib FOTOLAR

Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakıda Birləşmiş Millətlər Təşkilatının Korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının Qlobal Əməliyyatlar Şəbəkəsi – GlobE Network – çərçivəsində Altıncı Plenar İclasa ev sahibliyi edir. Bu mötəbər tədbirdə 92 ölkəni təmsil edən 120-dən artıq dövlət qurumunun nümayəndələri, o cümlədən prokurorluqlar, müstəqil antikorrupsiya təşkilatları və beynəlxalq institutlar iştirak edir. SİA xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, ümumilikdə 300-dən çox nümayəndə tədbirə fiziki olaraq qatılıb, 60-dan artıq iştirakçı isə onlayn formatda tədbiri izləyir. İclas çərçivəsində yüzdən artıq çıxışın təqdim olunması planlaşdırılır.

Azərbaycan Respublikası Baş Prokurorluğunun təşəbbüsü ilə Plenar İclas çərçivəsində “Hüquqi şəxslərin xeyrinə vəzifəli şəxslər tərəfindən törədilmiş ekoloji cinayətlərin qarşısının alınması və istintaqı” mövzusunda tədbir keçirilib.

Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayevin sədrliyi ilə keçirilən həmin tədbirdə BMT-nin təşkilatçıları, xarici ölkələrin korrupsiyaya qarşı mübarizə sahəsində mütəxəssisləri, Azərbaycanın hüquq-mühafizə orqanlarının nümayəndələri, eləcə də elmi-tədqiqat institutlarının əməkdaşları da daxil olmaqla ümumilikdə 50-yə yaxın iştirakçı olub.

Sədrlik edən Elnur Musayev tərəfindən iclasın açılış nitqində 2020-2025-ci illər ərzində Azərbaycan Respublikası Prokurorluğu tərəfindən ölkənin digər hüquq-mühafizə orqanları ilə birlikdə görülmüş işlərin nəticələri səsləndirilib, o cümlədən ekoloji sahədə ixtisaslaşdırılmış qurum olaraq Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən 602 cinayət işinin başlandığı, 16 milyon manata yaxın vurulmuş ziyanın ödənildiyi, 229 inzibati xəta haqqında iş üzrə icraat başlanıldığı, qanun pozuntularını doğuran səbəb və şəraitin aradan qaldırılması məqsədilə 160 təqdimat verildiyi, qanun pozuntularından çəkindirmək məqsədilə 55 rəsmi xəbərdarlıq verildiyi bildirilib.

Qeyd olunub ki, ətraf mühitin mühafizəsi sahəsində ildən ilə qanunvericiliyin təkmilləşməsi, vətəndaşların sayıqlığının artması, hüquq-mühafizə orqanlarının və bu sahədə ixtisaslaşmış qurumların əlaqələndirilmiş fəaliyyəti nəticəsində effektiv mübarizə gedir, ictimaiyyət daim məlumatlandırılır.

Bununla belə, bu qəbildən olan hüquqpozmaların qarşısının alınması sahəsində məsul qurumların, o cümlədən qanunla nəzarət və monitorinqin həyata keçirilməsinə cavabdeh olan vəzifəli şəxslərin fəaliyyətində qüsurlar mövcuddur. Bu da baş verən ətraf mühit əleyhinə olan cinayətlərin korrupsiya xarakterli olmasına işarə edir.

Sessiya çərçivəsində aparılan müzakirələrin gəldiyi əsas nəticələr ondan ibarət olmuşdur ki, insanların və canlıların həyat və sağlamlığı üçün əhəmiyyətli dərəcədə təhlükə törədən bu cinayətlər beynəlxalq miqyasda korrupsiya və transmilli cinayətlər kimi əhəmiyyətinə görə önə çəkilməli, bu sahədə əməkdaşlıq gücləndirilməlidir. Qabaqcıl ölkələrin təcrübəsinə əsasən hər bir ölkə miqyasında ekoloji pozuntulara və cinayətlərə qarşı mübarizə vahid strategiya şəklində həyata keçirilməli, iştirakçılar müəyyən edilərək effektiv əməkdaşlıq mexanizmləri formalaşdırılmalıdır.

Bununla yanaşı qabaqlayıcı qurumlar, təhqiqat, istintaq və maliyyə kəşfiyyatı qurumlarının daimi fəaliyyət göstərən əlaqələndirmə qurumları qabaqcıl ölkələrin ən yaxşı nəticələrini göstərən nümunələrdir və bunlar beynəlxalq miqyasda öyrənilməlidir.

Tədbirdə ən əsası ətraf mühitin qorunmasının sosial cavabdehliyin təməlində durması vurğulanaraq, əhalinin və vətəndaş cəmiyyətinin bu sahədə biliklərinin artırılmasının vacibliyi xüsusi qeyd edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:67
embedMənbə:https://sia.az
archiveBu xəbər 21 May 2025 14:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yeni qan qrupu yaradılır: Yalnız 50 nəfərdə var

18 Noyabr 2025 00:35see239

Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir Azərbaycan XİN sözçüsü

17 Noyabr 2025 19:21see215

BIAF 2025 Yang Liping Contemporary Dance (Çin) qrupunun Bahar ayini xoreoqrafik tamaşasını böyük uğurla təqdim etdi FOTO

17 Noyabr 2025 19:47see206

DDLA dənizçi sənədlərinin verilməsində rəqəmsallaşma mərhələsinə başlayır

18 Noyabr 2025 11:13see199

Futbol bileti olanlar vizanı tez alacaqlar

18 Noyabr 2025 11:16see149

Nazir: Biz bu iş üçün 100 min manat ayırmışıqmı? Xeyr...

17 Noyabr 2025 18:19see138

Azərbaycan kimi ölkələrdə iqtisadi artım tempi 4 5% olmalıdır Natiq Cəfərli

17 Noyabr 2025 19:42see134

Elşad Əliyev istefa ərizəsi yazdı

17 Noyabr 2025 16:24see133

Məşhur Avropa kanalı Azərbaycanda ofis açdı GÖRÜNTÜ

17 Noyabr 2025 20:35see132

Almaniya və Çexiya rəqiblərinə “divan tutdu” gecənin nəticələri

18 Noyabr 2025 01:47see131

“Quba” gürcü oyunçu ilə yollarını ayırıb

17 Noyabr 2025 23:58see131

YAP 33 il dövlətçilik və gələcəyə inam yolu MƏQALƏ

18 Noyabr 2025 19:43see131

Gələn ay 30 manat yardım veriləcək

18 Noyabr 2025 09:32see129

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

19 Noyabr 2025 07:01see128

Avtomobillərin arxasındakı yazılar mesaj, zarafat, yoxsa təhlükə mənbəyi? ARAŞDIRMA

17 Noyabr 2025 13:36see127

Şəki Siti , Xankəndi və Qaradağ Lökbatan qələbə qazandı II Liqa

17 Noyabr 2025 17:03see126

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

19 Noyabr 2025 06:44see126

15 yaşlı yeniyetmənin qətlinin təfərrüatı VİDEO

18 Noyabr 2025 20:09see125

Tramp BMT Təhlükəsizlik Şurasının qərarını alqışladı

18 Noyabr 2025 04:18see124

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

18 Noyabr 2025 22:48see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri