Icma.az
close
up
RU
GLOBE Şəbəkəsinin 6 cı Plenar iclasında iştirak edən nümayəndə heyətləri ilə ikitərəfli görüşlər keçirib

GLOBE Şəbəkəsinin 6 cı Plenar iclasında iştirak edən nümayəndə heyətləri ilə ikitərəfli görüşlər keçirib

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 20 may, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən hüquqi və institusional islahatlar, xüsusilə şəffaflıq, hesabatlılıq və korrupsiyaya qarşı mübarizə sahəsində atılan məqsədyönlü addımlar beynəlxalq ictimaiyyət tərəfindən yüksək dəyərləndirilir. Bu kontekstdə Azərbaycan Prokurorluğu beynəlxalq əməkdaşlığın genişləndirilməsi və qabaqcıl təcrübə mübadiləsinin təşviqi istiqamətində fəal siyasət həyata keçirir.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakı şəhərində keçirilən BMT-nin Korrupsiyaya qarşı mübarizə aparan Hüquq Mühafizə Orqanlarının Qlobal Əməliyyat Şəbəkəsinin (GlobE Network) Altıncı Plenar İclası və İdarəetmə Komitəsinin Onuncu Görüşü çərçivəsində, mayın 20-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev bir sıra ölkələrin hüquq-mühafizə orqanlarını təmsil edən nümayəndə heyətləri ilə ikitərəfli görüşlər keçirib.

Görüşlərdə Çex Respublikasının Təhlükəsizlik Qüvvələri Baş Müfəttişliyinin direktoru Vit Hendrix, Nepal Federativ Demokratik Respublikasının Səlahiyyətlərin Sui-istifadəsinin Araşdırılması üzrə Komissiyasının komissarı Hari Paudel və Liviya Dövlətinin İnzibati Nəzarət Orqanının sədri Abdulla Qadirbohun iştirak ediblər.

Baş prokuror Kamran Əliyev keçirilən görüşlərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan islahatların mahiyyəti barədə ətraflı məlumat verib, xüsusilə korrupsiyaya qarşı mübarizə sahəsində prokurorluq orqanlarının institusional fəaliyyəti, tətbiq edilən innovativ idarəetmə mexanizmləri və beynəlxalq tərəfdaşlıq təşəbbüsləri barədə danışıb. O, həmçinin GlobE Şəbəkəsinin transmilli korrupsiya ilə mübarizədə mühüm beynəlxalq platforma olduğunu vurğulayaraq, Azərbaycanın bu əməkdaşlıq çərçivəsində daha fəal iştiraka maraqlı olduğunu bildirib.

Qonaqlar, Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən tədbirləri yüksək qiymətləndirərək, xüsusilə hüquqi islahatların ardıcıllığı və prokurorluq orqanlarının fəaliyyətində müşahidə edilən inkişaf dinamikasını müsbət nümunə kimi dəyərləndiriblər.

Görüşlər zamanı qarşılıqlı təcrübə və informasiya mübadiləsinin gücləndirilməsi, hüquq-mühafizə orqanları arasında birbaşa əlaqələrin inkişafı və gələcək əməkdaşlığın dərinləşdirilməsi imkanları ətrafında geniş fikir mübadiləsi aparılıb.

İkitərəfli danışıqlar, həmçinin regional və beynəlxalq səviyyədə birgə təşəbbüslərin həyata keçirilməsi, o cümlədən qlobal antikorrupsiya səylərində birgə iştirakla bağlı məsələlərin müzakirəsi ilə müşayiət olunub. Nümayəndə heyətləri Azərbaycan Prokurorluğunun şəffaflıq, etik davranış və hesabatlılıq prinsiplərinin təşviqi sahəsində qazandığı nailiyyətlərə xüsusi maraq göstərərək, bu təcrübədən faydalanmaqda maraqlı olduqlarını ifadə ediblər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 May 2025 15:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see199

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see185

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see161

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see158

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see148

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see135

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see126

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see125

Xamenei: Etirazlar Trampın maraqlarına xidmət edir

09 Yanvar 2026 21:12see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri