Icma.az
close
up
RU
Vyetnamın Baş prokurorunun müavini: GLOBE Şəbəkəsinin 6 cı Plenar iclasında böyük uğurların əldə ediləcəyinə inanırıq VİDEO

Vyetnamın Baş prokurorunun müavini: GLOBE Şəbəkəsinin 6 cı Plenar iclasında böyük uğurların əldə ediləcəyinə inanırıq VİDEO

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 20 may, AZƏRTAC

Azərbaycan Prokurorluğu tərəfindən Bakıda təşkil olunan BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin Korrupsiyaya qarşı Mübarizə üzrə Hüquq-Mühafizə Orqanlarının Qlobal Əməliyyat Şəbəkəsinin (GLOBE Şəbəkəsi) 6-cı Plenar iclasında iştirak etmək bizim üçün böyük şərəfdir. Azərbaycanlı həmkarlarımızın peşəkar təşkilatçılığı olduqca heyranedicidir. İnanırıq ki, bu tədbir yüksək səviyyədə keçəcək və böyük uğurlar əldə ediləcək.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Plenar iclasın iştirakçısı, Vyetnam Sosialist Respublikasının Baş prokurorunun müavini Nquyen Quanq Dunq deyib.

Bu ilin mart ayında Azərbaycan Respublikasının Baş Prokurorluğu və Vyetnam Sosialist Respublikasının Ali Xalq Prokurorluğu arasında əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalandığını xatırladan Nquyen Quanq Dunqun sözlərinə görə, həmin sənəd cinayətkarlığa qarşı mübarizəni, ictimai maraqların müdafiəsini və dövlət ittihamçılarının potensialının gücləndirilməsini nəzərdə tutur. "Biz, həmçinin çoxtərəfli formatlarda, o cümlədən GLOBE Şəbəkəsi çərçivəsində bir-birimizə dəstək verəcəyik. Azərbaycan və Vyetnam arasında olan uzunmüddətli dostluq münasibətlərindən qürur duyuruq. Vaxtilə çoxlu vyetnamlı tələbə Azərbaycanda təhsil alıb. İndi isə onlar ölkəmizin dövlət strukturlarında yüksək vəzifələr tuturlar. Bundan əlavə, Azərbaycan Vyetnamın neft sənayesini dəstəkləyərək, ölkənin iqtisadi inkişafına böyük töhfələr verib. Biz, həmçinin Vyetnamın müstəqillik uğrunda apardığı mübarizəyə göstərilən dəstəyə görə Azərbaycan xalqına təşəkkür edirik", - deyə o vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:127
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 May 2025 20:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see378

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see223

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see209

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see202

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see195

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see179

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see174

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see172

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see166

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see162

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see162

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see155

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see147

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see146

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see146

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see146

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see145

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see143

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see140

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri