Icma.az
close
up
RU
GLOBE Şəbəkəsinin 6 cı Plenar iclasında vəzifəli şəxslər tərəfindən törədilən ekoloji hüquqpozmalar müzakirə edilib

GLOBE Şəbəkəsinin 6 cı Plenar iclasında vəzifəli şəxslər tərəfindən törədilən ekoloji hüquqpozmalar müzakirə edilib

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 21 may, AZƏRTAC

Xəbər verildiyi kimi, mayın 19–23-də Bakı şəhəri Birləşmiş Millətlər Təşkilatının Korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının Qlobal Əməliyyatlar Şəbəkəsi - GlobE Network – çərçivəsində 6-cı Plenar iclasa ev sahibliyi edir. Bu mötəbər tədbirdə 92 ölkəni təmsil edən 120-dən artıq dövlət qurumunun nümayəndələri, o cümlədən prokurorluqlar, müstəqil antikorrupsiya təşkilatları və beynəlxalq institutlar iştirak edir. Ümumilikdə 300-dən çox nümayəndə tədbirə fiziki olaraq qatılıb, 60-dan artıq iştirakçı isə onlayn formatda tədbiri izləyir. İclas çərçivəsində yüzdən artıq çıxışın təqdim olunması planlaşdırılır.

Azərbaycan Respublikası Baş Prokurorluğunun təşəbbüsü ilə Plenar iclas çərçivəsində “Hüquqi şəxslərin xeyrinə vəzifəli şəxslər tərəfindən törədilmiş ekoloji cinayətlərin qarşısının alınması və istintaqı” mövzusunda tədbir keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayevin sədrliyi ilə keçirilən tədbirdə BMT-nin təşkilatçıları, xarici ölkələrin korrupsiyaya qarşı mübarizə sahəsində mütəxəssisləri, Azərbaycanın hüquq-mühafizə orqanlarının nümayəndələri, eləcə də elmi-tədqiqat institutlarının əməkdaşları da daxil olmaqla ümumilikdə 50-yə yaxın iştirakçı olub.

Elnur Musayev açılış nitqində 2020-2025-ci illər ərzində Azərbaycan Respublikası Prokurorluğu tərəfindən ölkənin digər hüquq-mühafizə orqanları ilə birlikdə görülmüş işlərin nəticələrini səsləndirib, o cümlədən ekoloji sahədə ixtisaslaşdırılmış qurum olaraq Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən 602 cinayət işinin başlandığı, 16 milyon manata yaxın vurulmuş ziyanın ödənildiyi, 229 inzibati xəta haqqında iş üzrə icraat başlanıldığı, qanun pozuntularını doğuran səbəb və şəraitin aradan qaldırılması məqsədilə 160 təqdimat verildiyi, qanun pozuntularından çəkindirmək məqsədilə 55 rəsmi xəbərdarlıq verildiyini bildirib.

Qeyd olunub ki, ətraf mühitin mühafizəsi sahəsində ildən ilə qanunvericiliyin təkmilləşməsi, vətəndaşların sayıqlığının artması, hüquq-mühafizə orqanlarının və bu sahədə ixtisaslaşmış qurumların əlaqələndirilmiş fəaliyyəti nəticəsində effektiv mübarizə gedir, ictimaiyyət daim məlumatlandırılır.

Bununla belə, bu qəbildən olan hüquqpozmaların qarşısının alınması sahəsində məsul qurumların, o cümlədən qanunla nəzarət və monitorinqin həyata keçirilməsinə cavabdeh olan vəzifəli şəxslərin fəaliyyətində qüsurlar mövcuddur. Bu da baş verən ətraf mühit əleyhinə olan cinayətlərin korrupsiya xarakterli olmasına işarə edir.

Sessiya çərçivəsində aparılan müzakirələrin əsas nəticələri ondan ibarət olub ki, insanların və canlıların həyat və sağlamlığı üçün əhəmiyyətli dərəcədə təhlükə törədən bu cinayətlər beynəlxalq miqyasda korrupsiya və transmilli cinayətlər kimi əhəmiyyətinə görə önə çəkilməli, bu sahədə əməkdaşlıq gücləndirilməlidir. Qabaqcıl ölkələrin təcrübəsinə əsasən hər bir ölkə miqyasında ekoloji pozuntulara və cinayətlərə qarşı mübarizə vahid strategiya şəklində həyata keçirilməli, iştirakçılar müəyyən edilərək effektiv əməkdaşlıq mexanizmləri formalaşdırılmalıdır.

Bununla yanaşı, qabaqlayıcı qurumlar, təhqiqat, istintaq və maliyyə kəşfiyyatı qurumlarının daimi fəaliyyət göstərən əlaqələndirmə qurumları qabaqcıl ölkələrin ən yaxşı nəticələrini göstərən nümunələrdir və bunlar beynəlxalq miqyasda öyrənilməlidir.

Tədbirdə ən əsas ətraf mühitin qorunmasının sosial cavabdehliyin təməlində durması vurğulanaraq, əhalinin və vətəndaş cəmiyyətinin bu sahədə biliklərinin artırılmasının vacibliyi xüsusi qeyd edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:66
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 May 2025 12:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see341

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see245

Bir qrup hərbçi “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi

03 Yanvar 2026 06:51see241

Enso Mareskanın Çelsi dən ayrılmasının səbəbi bəlli olub

03 Yanvar 2026 09:44see215

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see206

İranın silahlı qüvvələri hara zərbə endirəcəklərini dəqiq bilirlər Abbas Əraqçi

03 Yanvar 2026 10:23see200

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see186

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see165

İlham Yadullayev: Çalışacağıq ki, komandaya yeni futbolçular dəvət edək

03 Yanvar 2026 13:04see155

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see155

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see155

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see144

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see140

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see139

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see139

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see138

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see135

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see133

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see131

“Dünya Bankı Azərbaycanda bank reallığını səhv ölçür” Əkrəm Həsənov

03 Yanvar 2026 17:39see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri