Icma.az
close
up
RU
Göbələk kimi artan müşavir postları... Partiya sədri nazirlərin qanundakı boşluqdan yararlanaraq yaxın çevrələrini büdcəyə yüklədikləri ni deyir

Göbələk kimi artan müşavir postları... Partiya sədri nazirlərin qanundakı boşluqdan yararlanaraq yaxın çevrələrini büdcəyə yüklədikləri ni deyir

Mia.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Son vaxtlar mediada “filankəs nazir müşaviri vəzifəsinə təyin edildi” xəbərləri artıb. Müşahidə edilən hallardan biri müşavir ştatlarının yaradılması və nazirlərin özlərinə bir deyil, bir neçə müşavir götürməsi məsələsidir. Bəzi nazirlərin hətta bir neçə müşaviri var.

Adətən rəsmi və qeyri-rəsmi tədbirlərdə, ictimai yığıncaqlarda nazir müavinlərindən çox müşavirlər iştirak edir. Belə bir tendensiya yaranıb ki, kimsə işdən çıxarılırsa, onu müəyyən nazirliklərə müşavir vəzifəsinə göndərirlər. Nəticədə də nazirliklərdə müşavir vəzifəsi ştatı get-gedə artır, “şişir”.

Bu həm də büdcədən əlavə vəsaitin xərclənməsinə yol açan amildir. Müşavir ştatlarının “şişirdilməsi” nəticəsində dövlət büdcəsindən izafi pullar xərclənir.

Nazir müşavirinin vəzifəsi, nazirin həvalə etdiyi sahəyə funksional nəzarəti həyata keçirmək, həmin sahənin inkişafı üçün tədbirlər görmək və nazirə müvafiq məsələlərdə məsləhət verməkdir. Bu vəzifə, dövlət orqanında nazirin əsas köməkçilərindən biri olaraq müəyyən bir sahənin koordinasiyası və inkişafına cavabdehdir. Müşavir nazirə müvafiq sahələrlə bağlı məsləhətlər verir, analizlər aparır və qərar qəbul etmə prosesində iştirak edir. Müşavir nazirin tabeliyindəki qurumlar arasında əməkdaşlığı və koordinasiyanı təmin edir.

Nazir müşavirinin vəzifəsi dövlət orqanının effektiv fəaliyyəti, strategiyaların uğurlu həyata keçirilməsi və nazirin iş yükünün yüngülləşdirilməsi baxımından əhəmiyyətlidir.

Nazirlərə bu qədər müşavir nəyə lazımdır, bu da büdcənin talanmasının bir variantı deyilmi?

Bu məsələ sosial mediada da zaman-zaman müzakirələrə səbəb olur. Qeyd edilir ki, çox hallarda müşavir postları təqaüdə çıxmış məmurlar, “sadiq” şəxslər və ya yaxın çevrədəki insanlar üçün ayrılır. Bu vəzifələrin bir çoxunda konkret fəaliyyət, nəticə və ya hesabat yoxdur. Kimlərinsə orada işlədiyini bilmək olur, amma nə iş gördükləri, dövlətə nə töhfə verdikləri bəlli olmur. Belə olan halda müşavirlik, sadəcə, maaş alan bir formal vəzifəyə çevrilir.

Ekspertlərə görə, bütün bu vəzifələrin saxlanılması dövlət büdcəsinə ciddi yükdür. Maaşlar, imtiyazlar, xidməti avtomobillər və digər xərclər nəzərə alındıqda, bu strukturlar əgər real iş görmürsə, sadəcə, vəsaitlərin israfı deməkdir. Bu, birbaşa olmasa da, dolayısı ilə büdcənin talanması kimi qiymətləndirilə bilər.

İnkişaf etmiş ölkələrdə müşavir konkret sahə üzrə təcrübəli şəxs olur, məhdud müddətə işə götürülür və gördüyü iş nəticə ilə ölçülür. Müşavirlik institutunun necə qurulduğu, kimlər tərəfindən tutulduğu və necə işlədiyi ölkədən ölkəyə ciddi fərqlənir. Məsələn, Türkiyədə dövlət qurumlarında müşavirlik geniş yayılıb. Burada həm baş müşavir, həm də sahəvi müşavir vəzifələri var. Prezident yanında müşavirlər, nazirlər yanında çalışan danışmanlar və digər dövlət strukturlarındakı müşavirliklər müxtəlif sahələr üzrə fəaliyyət göstərir. Bəzən bu vəzifələrin sayının çox olması və konkret nəticənin olmaması cəmiyyətdə tənqidə səbəb olur. Bununla belə, qanunvericilikdə bu vəzifələrin funksiyaları müəyyən olunub.

Beynəlxalq təcrübəyə baxanda görmək olur ki, müşavirlik vəzifələri təsadüfi və ya formal postlar deyil. Onlar konkret məqsədlərlə yaradılır, nəticə tələb olunur və ictimai nəzarətə açıqdır. Əsas fərqləndirici cəhətlər şəffaflıq, hesabatlılıq və funksiyaların aydın olmasıdır. Müşavir sayının məhdud saxlanılması, onların təyin olunma qaydasının obyektivliyi və iş nəticələrinin ölçülməsi bu institutun faydalı və səmərəli olmasına imkan yaradır.

Əgər bu prinsiplər pozularsa, müşavirlik institutları dövlət büdcəsi üçün yükə çevrilə bilər və vətəndaşlar tərəfindən “formal vəzifə”, yaxud “təyinatla verilmiş mükafat” kimi qəbul olunur. Bu isə ictimai inamı zədələyir və dövlət idarəçiliyində effektivliyin azalmasına səbəb ola bilər.

Bizdə isə bu istiqamətdə şəffaflıq çox vaxt aşağı səviyyədədir. Vətəndaşlar bu məsələlərlə bağlı məlumat ala bilmir, hesabat yoxdur, ictimai nəzarət mexanizmi işləmir. Əgər dövlət strukturlarında şəffaflıq, səmərəlilik və ictimai inam vacibdirsə, müşavirlik vəzifələri də ciddi şəkildə təhlil olunmalı, hər biri əsaslandırılmalı və səmərəli olub-olmadığına qiymət verilməlidir. Əks halda, bu sistem sadəcə, yeni adlarla köhnə problemləri davam etdirmiş olur.

Real Partiyasınən sədri, iqtisadçı Natiq Cəfərli mövzu ilə bağlı “Yeni Müsavat”a deyib ki, Azərbaycan qanunvericiliyinə görə nazir müavinini Prezident təyin edir: “Amma nazir özü müşavir təyin edə bilər. Ona görə də belə bir boşluq yaranıb. Qanunvericilikdəki bu boşluqdan istifadə edərək nazirlər bir neçə şəxsi öz yaxın çevrəsində müşavir təyin edə bilir. Təbii ki, bunun əsaslandırılması da olmalıdır. Bu müşavirlərin gördüyü iş, onlar üçün bu ştatın açılmasına nədən zərurət yaranıb. Nazirlik bunu əsaslandırmalıdır. Nəticə etibarilə də onları yüksək maaşla müşavir təyin etməklə öz səlahiyyətlərindən istifadə etmiş olurlar ”.

Natiq Cəfərli əlavə edib ki, buna nəzarəti isə parlament yerinə yetirməlidir: “Qanunvericilikdə dəyişikliklərə ehtiyac var. Yəni müşavirlərə nəzarət etmək üçün parlamentə daha çox səlahiyyət verilməlidir”.

MİA.AZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:91
embedMənbə:https://mia.az
archiveBu xəbər 05 Sentyabr 2025 10:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrandakı daxili siyasi gərginliyin kökündə nə dayanır?

04 Sentyabr 2025 14:37see323

Makronun İsrailə səfər etmək istəyi Netanyahu tərəfindən rədd edildi

04 Sentyabr 2025 02:10see239

Məni azadlığa buraxın, qeyri adi istedadım var İlhamə Elşadqızı

03 Sentyabr 2025 13:18see213

Keçmiş prezident özünə yeni iş tapdı

04 Sentyabr 2025 15:44see212

Husi qüvvələri Təl Əvivdə hədəfləri raketlərlə vurduğunu iddia edir

03 Sentyabr 2025 18:37see200

Hərbi xidmət yaşının artırılması təhsilə necə təsir edər?

03 Sentyabr 2025 13:21see151

ABŞ də kişi görüşdə ayağını iyləməyə icazə verməyən qızın üzərindən avtomobillə keçdi

04 Sentyabr 2025 04:31see138

İşçiləri əmək müqaviləsiz çalışdırırmış...

04 Sentyabr 2025 11:10see137

İslandiya millisinin yarımmüdafiəçisi: Azərbaycan bizi cəzalandıra bilər

03 Sentyabr 2025 23:00see136

Türkiyədə dəhşət: İldırım ata və oğlunun həyatına son qoydu

04 Sentyabr 2025 00:53see134

Tramp Rusiyaya gedə bilər Vacib şərt açıqlandı

03 Sentyabr 2025 13:46see133

Lissabonda funikulyor relsdən çıxdı − Ölənlər var

03 Sentyabr 2025 23:28see132

Fənər in müdafiəçisi Rusiya yolunda

03 Sentyabr 2025 13:39see129

Övladına toy edən şəxsin evi yandı

03 Sentyabr 2025 22:57see128

ABŞ hakimiyyəti Marsa ilk astronavtları 2030 cu ildə göndərməyi planlaşdırır

05 Sentyabr 2025 01:47see126

ABŞ də matça çayının gözlənilməz fəsadı ortaya çıxdı

04 Sentyabr 2025 14:46see125

Dövlət Departamenti Fələstinin üç hüquq müdafiə təşkilatına qarşı sanksiya tətbiq edib

05 Sentyabr 2025 03:46see122

Kanadada bıçaqlı hücum: Bir nəfər ölüb, səkkiz nəfər...

05 Sentyabr 2025 01:25see119

Bakı qoçusu Qafar Nağıyevin 1902 ci ilə aid mülkü

04 Sentyabr 2025 22:13see118

Sinəsi ilə penaltini qaytarandan sonra öldü

05 Sentyabr 2025 01:25see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri