Icma.az
close
up
RU
Gömrük Komitəsinin rüşvət alan sabiq əməkdaşı cəzasını hansı Cəzaçəkmə Müəssisəsində çəkir?

Gömrük Komitəsinin rüşvət alan sabiq əməkdaşı cəzasını hansı Cəzaçəkmə Müəssisəsində çəkir?

Icma.az, Pravda.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ali Məhkəmədə Dövlət Gömrük Komitəsinin (DGK) qanunsuz avtomobil idxalı müqabilində külli miqdarda rüşvət almaqda ittiham olunan eksperti Aslan Bayramovun barəsindəki qərardan verilən kassasiya şikayətinin bəzi detalları məlum olub.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə elan olunub ki, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 6 saylı Cəzaçəkmə Müəssisəsindən daxil olmuş ərizə ilə məhkum məhkəməyə müraciət edib.


O, müdafiəçisi tərəfindən verilən kassasiya şikayətini geri götürdüyünü bildirib.


Sonra kassasiya şikayətinin geri qaytarılması barədə dövlət ittihamçısının və müdafiəçinin məhkəmə çıxışları dinlənilib, iş materialları nəzərdən keçirilib. Məhkəmədə hesab edib ki, şikayəti geri qaytarılmalıdır.


Qeyd: Cinayət-Prosessual Məcəlləsinin 414.1-ci maddəsinə əsasən, kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir.


Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Bayramov 8 il 6 ay azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.
 

Qeyd: A.Bayramov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən həbs edilib. O, məhkəmədə özünü təqsirli bilmədiyini deyib. İttihamda deyilir ki, DGK-nin Gömrük Ekspertizası İdarəsinin eksperti Aslan Bayramov ayrı-ayrı şəxslərdən rüşvət qismində 13 min 500 manat məbləğində pul alıb. O, sözügedən vəsait müqabilində vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İstismar olunan minik avtomobillərinin Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsinin məhdudlaşdırılması haqqında” 29.03.2023-cü il tarixli qərarının tələblərini pozmaqla vəzifə saxtakarlığı törətməsinə, yəni 2023-cü ilin may-avqust aylarında Gürcüstandan Azərbaycana idxal olunmuş istehsal tarixi 10 ildən artıq olan ümumilikdə 45 avtomobilə aid sənədləri saxtalaşdıraraq qanunsuz rəsmiləşdirməsinə əsaslı şübhələr müəyyən edilib. A.Bayramova Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 (təkrar rüşvət alma), 311.3.3 (külli miqdarda rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə yekun ittiham verilib.
Kamal Məmmədov 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://pravda.az
archiveBu xəbər 11 Fevral 2025 14:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

DOGE səmərəliliyi qeyd ediləndən aşağı ola bilər

13 Aprel 2025 23:11see148

Premyer Liqa: Araz Naxçıvan Kəpəz lə heç heçəyə razılaşdı

13 Aprel 2025 19:17see140

Şəhid mayorun xanımına vəzifə verildi FOTO

14 Aprel 2025 09:50see140

Çində küləklə bağlı narıncı xəbərdarlıq elan edilib

14 Aprel 2025 05:53see135

Elektrikli avtomobillər qlobal istiləşmə ilə mübarizədə faydasızdır

14 Aprel 2025 07:57see131

Netanyahu: Hədəfimiz israilli məhbusları azad etməkdir

14 Aprel 2025 19:44see130

Bakı və İrəvan bizə arxalana bilər Tiflis

13 Aprel 2025 19:06see127

Azər Bağırov 0:0 ı belə şərh etdi

13 Aprel 2025 20:54see127

Günah müğənnilərdə deyil, onlardadır

14 Aprel 2025 16:46see125

Hollivud şirkətləri filmləri Trampın istədiyi formada çəkəcək

15 Aprel 2025 05:18see121

Tumların beyinə faydası sübut olundu

15 Aprel 2025 05:43see120

Həkim rusların hansı kateqoriyasına Pasxa üçün yalnız bir yumurta yeyə biləcəyini söylədi

14 Aprel 2025 13:20see120

Yeniyetmə İlham Əliyev Çayka avtomobili ilə

13 Aprel 2025 21:03see119

Suriya təhlükəsizlik qüvvələri SDF ilə koordinasiyada Hələbdə yerləşməyə başlayıb

13 Aprel 2025 21:21see118

Ağdərəyə növbəti köç karvanı yola salınıb (Yenilənib)

14 Aprel 2025 08:53see117

Laçına enən ilk təyyarə bu ölkəyə məxsus olub

13 Aprel 2025 19:48see114

Rusiyanın ən çox miqrant uşaqların yaşadığı 3 regionun adı çəkilib

13 Aprel 2025 22:56see113

Qan təzyiqini artıran bir nömrəli məhsul…

14 Aprel 2025 04:45see112

Neft bazarında narahatlıq yaradan dalğalanma: Bu, Azərbaycan üçün hansı nəticələr doğura bilər?

14 Aprel 2025 04:52see111

Ən çətin xəstəliklərdən biri olan Borderline şəxsiyyət pozğunluğunun əlamətlərini bilirsinizmi?

15 Aprel 2025 00:22see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri