Icma.az
close
up
RU
GÖMRÜK SƏRTLƏŞİR, AMMA PLAN DOLMUR... Komitə sədri vətəndaşlardan, vətəndaşlar da gömrükdən narazıdır

GÖMRÜK SƏRTLƏŞİR, AMMA PLAN DOLMUR... Komitə sədri vətəndaşlardan, vətəndaşlar da gömrükdən narazıdır

Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

Gömrük demək olar, hər zaman Azərbaycan iqtisadiyyatının, sahibkarların və adi vətəndaşların “yaralı yeri” olub. Son illərdə bu sahədə texniki baxımdan bəzi yeniliklər, irəliləyişlər olsa da, ümumilikdıə gömrük orqanının vətəndaşa, sahibkara baxış açısında ciddi dəyişiklik yoxdur. Yenə vətəndaş gömrük orqanından, gömrük isə vətəndaşdan narazıdır…

Sahibkarların gömrük orqanı ilə bağlı şikayətlərinə mediada və sosial şəbəkələrdə tez-tez rast gələ bilərsiniz. Son zamanlar isə sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi vətəndaşların da şikayətləri artıb. Bunu media işçiləri üçün təşkil olunan tur çərçivəsində Bakı Karqo Terminalında Logistika Mərkəzi Gömrük postunun rəisi Rövşən Mahmudzadə də jurnalistlərə etiraf edib.

Onun sözlərinə görə, Risk Analiz Sisteminin (ARAS) tətbiqindən sonra bu il dövlət büdcəsinə 300 min manatdan çox əlavə gömrük ödənişi daxil olub: “Ay ərzində yalnız bağlamalardan yarım milyon manatdan çox vəsait büdcəyə köçürülür. Gündəlik orta hesabla 20–25 min bağlama gömrük nəzarətindən keçirilir”.

Yəni, bu il gömrük yığımı üçün daha bir mənbədən istifadə olunub. Ancaq bu sistem gömrük rəisinin dediyi kimi, vətəndaşlarda narazılıq da yaradıb: “Bağlamalar daşıyıcı şirkətlər tərəfindən gömrüyə təqdim edilir. Səhv bəyanetmə hallarına ən çox qiymətin və mal sayının düzgün göstərilməməsi daxildir. Tez-tez rast gəlinən şikayətlərdən biri odur ki, vətəndaşlar məhsullarının gömrük işçiləri tərəfindən açıldığını, içindən nəsə götürüldüyünü və ya məhsulun zədələndiyini bildirirlər. Lakin vurğulamaq istəyirik ki, bu, gömrük əməkdaşları tərəfindən edilmir. Bağlama və ya mallar daşıyıcı şirkətin nümayəndəsi tərəfindən açılır, baxış keçirilir və daha sonra sərnişinə təhvil verilir. Gömrük işçiləri mallara əl vurmur. Yoxlama prosesi adətən xüsusi texniki aparat vasitəsilə həyata keçirilir”.

Göründüyü kimi, gömrük rəsmisi də vətəndaşın haqlı şikayətini etiraf edir. Bir yandan bağlama və mallara guya gömrük orqanının əl vurmadığını deyir, digər yandan isə bu mallara toxunulduğu barədə şikayətlərin çoxaldığını bildirir və günahı daşıyıcı şirkətin üstünə atır. Təbii ki, şirkət də günahı gömrüyün üstünə atacaq. Beləliklə, vətəndaş ortalıqda qalır və haqqını kimdən tələb etməli olduğunu bilmir…

Təbii ki, gömrükdən şikayətlər təkcə bununla bitmir, laboratoriya yoxlamaları adı altında “pul tələsi”ndən avtomobil idxalı zamanı brokerlərin vasitəsilə baş verən gömrük özbaşınalıqalrına qədər xeyli sayda çatışmazlıq və şikayətlər var.

Ancaq bunlara baxmayaraq, əksinə, DGK sədri də vətəndaşlardan şikayət edir. Komitənin sədri Şahin Bağırov jurnalistlərə açıqlamasında deyib ki, bəzi Azərbaycan vətəndaşları vəsaitlərini xaricdə xərcləməyə hazırdır, amma məhsulların bəyan edilməsində kənarlaşmaya cəhd göstərirlər: "Əgər məhsullar bəyan edilərsə, heç bir problem yaşanmayacaq. Azərbaycana hər hansı bir əşyanın, geyim, telefon, mobil cihazlar və yaxud digər əşyaların gətirilməsinə (qanunlarla qadağan olunmuş əşyalardan başqa da) heç bir məhdudiyyət yoxdur. Sadəcə bunun prosedur qaydaları var. Onları bəyan etmək və gömrük ödənişlərini ödəmək lazımdır"

Göründüyü kimi, “tərəflər” bir-birindən narazıdır. Lakin bütün bunların fonunda, gömrükdəki nəzarətin sərtləşməsinə, daha çox gömrük rüsumu toplanmaslı üçün yeni mənbələr cəlb edilməsinə baxmayaraq, dövlət büdsəsində göstərilən gömrük planı doldurulmur. Belə ki, rəsmi statistikaya görə, 2025-ci ilin 11 ayında (yanvar-noyabr) Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 5 milyard 752,2 milyon manat təşkil edərək proqnoza qarşı 96,6 faiz (proqnozdan 3,4% bəndi az) icra olunub. Dekabr ayında vəziyyətin nə dərəcədə düzəlib-düzəlməyəcəyini bilmirik. 

Ancaq bir şey dəqiqdir ki, ölkədə aparılan ümumi iqtisadi siyasət heç də işgüzar aktivliyi artırmır, biznes mühitini inkişaf etdirmir və bu da həm ÜDM-in, həm də gömrük daxilolmaları da daxil ümumilikdə büdcə gəlirlərinin artmasına xidmət etmir.

C.Məmmədli

“AzPolitika.info”   

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:96
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 08 Dekabr 2025 14:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see258

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see240

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see230

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see228

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see226

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see215

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see210

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see204

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see184

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see178

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see169

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see168

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see166

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see165

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see161

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see155

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see153

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see151

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see149

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri