Icma.az
close
up
RU
“Google” a tarixi cəza: Gizli müqavilələr ifşa olundu

“Google” a tarixi cəza: Gizli müqavilələr ifşa olundu

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

Yaponiya çərşənbə axşamı “Google” MMC-yə smartfon istehsalçılarına axtarış proqramını əvvəlcədən quraşdırmaq üçün göstərdiyi ədalətsiz təzyiqi dayandırmağı əmr edib.

“Cebheinfo.az” xəbər verir ki, Yaponiyanın Rəqabətə Nəzarət Orqanı bu hərəkətin antiinhisar qanunlarının pozulması kimi dəyərləndirib. Yaponiya Ədalətli Ticarət Komissiyası (JFTC) texnologiya nəhənglərinə qarşı çıxardığı ilk bu tip qərarda “Google”-un onlayn axtarış bazarındakı dominant mövqeyindən istifadə edərək rəqabətə ədalətsiz şəkildə mane olduğunu bəyan edib.

Komissiyanın açıqlamasına görə, 2020-ci ilin iyul ayından etibarən “Google” “Android” əməliyyat sistemindən istifadə edən altı smartfon istehsalçısından öz proqramlarını, o cümlədən “Chrome” brauzerini və “Google Play Store”-u əvvəlcədən quraşdırmağı, onları əsas ekranda xüsusi yerlərdə yerləşdirməyi tələb edib.

Əldə edilən sənədlər və məlumatlara əsasən, “Google” rəqib şirkətlərin proqramlarının bu cihazlara əvvəlcədən quraşdırılmaması müqabilində istehsalçılara reklam gəlirlərinin bir hissəsini paylaşacağına söz verib.Bu gizli müqavilələrin Yaponiyada satılan “Android” cihazlarının azı 80 faizinə şamil edildiyi iddia olunur. “Google”-un dörd smartfon istehsalçısı və bir telekommunikasiya operatoru ilə imzaladığı müqavilələrdə də eyni şərtlər yer alıb.

Komissiya “Google”-a "bazar gücündən sui-istifadə" və "antiinhisar davranışına" dərhal son qoymağı əmr edib. Qərarda qeyd olunub ki, baş ofisi Kaliforniyada yerləşən şirkət Yaponiya antiinhisar qanununun 19-cu maddəsində nəzərdə tutulan “ədalətsiz ticarət praktikası” bəndini pozub.

Sözügedən qərar, Yaponiya hökumətinin ABŞ Prezidenti Donald Trampın tətbiq etdiyi qarşılıqlı tariflərə qarşı danışıqlar aparmaq fürsəti axtardığı bir dövrə təsadüf edir. Yaponiyanın iqtisadiyyatın canlandırılması naziri Akazava Ryoseinin bu həftə ABŞ-də keçiriləcək görüşdə ölkəsi üçün güzəştlər tələb edəcəyi gözlənilir.

Son günlər ABŞ mediasında Yaponiyanın Rəqəmsal Platforma Qanununun ABŞ-də yerləşən texnologiya şirkətlərinə qeyri-mütənasib şəkildə tətbiq edilməsi ilə bağlı tənqidlər səsləndirilir.

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:239
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 15 Aprel 2025 17:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see363

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see346

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see307

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see275

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see254

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see221

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see211

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see208

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see201

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see200

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see192

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see187

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see185

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see176

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see174

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see174

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see173

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see170

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see168

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri