Google Maps”ın çəkdiyi təsadüfi foto QATİLİ ƏLƏ VERDİ FOTO
News24 saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Google Maps şəkli İspaniya polisinə qətldə şübhəli bilinən şəxsi tutmağa kömək edib.
News24.az “Azpost.info”ya istinadən bildirir ki, bu şəxsin böyük çantanı baqajda gizlətməsi kameraya düşüb.
El Pais-in məlumatına görə, Google Maps komandası İspaniyanın şimalında yerləşən Tahueko kəndinə gəlib. Küçələrdən birində kamera qırmızı “Rover”in baqajına ağır ağ çantanı ehtiyatla qoyan bir adamı lentə alıb.
Google Maps-ın təsadüfi şəkli İspaniya polisinə Kuba vətəndaşını öldürməkdə şübhəli bilinən şəxsi tutmağa kömək edib. Hələ 2023-cü ilin noyabrında Tahueko sakinlərindən biri məşuqəsi ilə İspaniyaya tətilə gələn gələn Kubadan olan qohumunun itməsi ilə bağlı polisə müraciət edib.
Bir gün yoxa çıxan qohumu ona tezliklə çıxıb getməsi və telefon nömrəsini dəyişdirdiyi ilə bağlı qəribə mesaj yazıb. Tahueko sakini mesajın başqası tərəfindən yazılmasından şübhələnib.
Polis bir il şübhəlinin izinə düşə bilməyib. Bu müddət ərzində müstəntiqlər kubalı məşuqəni və onun ərini sorğu-suala tutdular. Google Maps yenilənənə qədər onlara qarşı heç bir dəlil olmayıb.
Müstəntiqlər fotoda itkin kubalının sonuncu dəfə göründüyü yerin yaxınlığında baqajda ağır çanta gizlədən ərin fotosunu görüblər. İndi müstəntiqlər hesab edirlər ki, cütlük Latinonu öldürüb və onun cəsədi qonşu qəsəbədə basdırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 23 Dekabr 2024 23:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















