Icma.az
close
up
RU
Google un ən sevmədiyi sual: Amerika körfəzi, yoxsa Meksika körfəzi?

Google un ən sevmədiyi sual: Amerika körfəzi, yoxsa Meksika körfəzi?

Icma.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bəzən bir coğrafi ad belə böyük mübahisələrə səbəb ola bilər. ABŞ-ın keçmiş prezidenti Donald Trampın Meksika körfəzi adını Amerika körfəzi olaraq dəyişdirmək istəyi həm siyasətdə, həm də texnologiya dünyasında qalmaqal yaradıb. 

Qaynarinfo xəbər verir ki, "Google" "Apple" və hətta "Britannica" ensiklopediyası bu mübahisənin içində yer alıb.

Tramp coğrafi adları dəyişə bilərmi?

Bir coğrafi obyekt tamamilə bir ölkənin sərhədləri daxilindədirsə, onun adının dəyişdirilməsi daha asandır. Lakin Meksika körfəzi bir neçə ölkənin əhatəsindədir. Tramp ABŞ daxilində coğrafi adların dəyişdirilməsinə təsir göstərə bilər, lakin beynəlxalq miqyasda bu qərarı qəbul etdirmək səlahiyyətinə malik deyil.

Bu qərarın səbəbi nə idi?

Bu addımın əsasən siyasi güc nümayişi olduğu güman edilir. Tramp prezidentliyi dövründə Meksika ilə sərhəd divarı tikmək kimi bir çox gərginliklər yaşayıb. Onun fikrincə, körfəzin ABŞ-ın nəzarətində olduğunu vurğulamaq ölkənin regional gücünü göstərmək üçün vacibdir.

Meksika körfəzi adı haradan gəlir?

Körfəzin adı dörd əsrdən çoxdur ki, Meksika olaraq tanınır. Bu ad Azteklərin mirasına əsaslanır və 1607-ci ildən etibarən rəsmi olaraq istifadə olunur.

Körfəzi kim nəzarətdə saxlayır?

Trampın iddialarına baxmayaraq, körfəzin böyük hissəsi ABŞ-ın nəzarətində deyil. Beynəlxalq sərhədlər üzrə "Sovereign Limits" bazasına görə, ABŞ Meksika körfəzinə yalnız 46%, Meksika isə 49% nəzarət edə bilər.

"Google" niyə bu mübahisəyə qarışdı?

Keçmişdə atlaslar və kağız xəritələrdə dəyişikliklər etmək çətin olsa da, bu gün rəqəmsal xəritələr bir kliklə yenilənə bilir. "Google" ABŞ-dakı istifadəçilər üçün körfəzin adını Amerika körfəzi olaraq dəyişdirib, lakin digər ölkələrdə Meksika körfəzi ifadəsini işlədərək kompromis yolu seçib. "Apple" isə körfəzin adını dəyişdirib, lakin bu dəyişiklik o qədər də səs-küy yaratmayıb.

"Google" niyə şərhləri bağladı?

"Google Maps" bu dəyişiklikdən sonra körfəzin adının yazıldığı bölmədə istifadəçilərin şərh yazmasını qadağan edib. Şirkət bu qərarı bəzi yerlərin "Google"un siyasətlərini pozmağa daha həssas olduğunu bildirərək əsaslandırıb. Daha əvvəl 7 mindən çox istifadəçi şərh yazmış və körfəzin adı müzakirə mövzusuna çevrilmişdi.

Meksika necə reaksiya verdi?

Meksikanın yeni prezidenti Klaudiya Şeinbaum "Google"a qarşı hüquqi addımlar ata biləcəklərini açıqlayıb. O, körfəzin adının Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən də Meksika körfəzi  olaraq tanındığını vurğulayıb.

"Associated Press" xəbər agentliyinə necə təsir etdi?

"Associated Press" (AP) bu mübahisədə Meksika körfəzi adını istifadə etməyə davam etdiyi üçün Ağ Ev tərəfindən sanksiya ilə üzləşib. AP jurnalistlərinin Ağ Ev və prezidentin təyyarəsi "Air Force One"a giriş imkanı məhdudlaşdırılıb.

"Britannica" niyə gündəmə gəldi?

Dünyaca məşhur "Britannica" ensiklopediyası körfəzin adını dəyişdirməməyi seçib və bu qərarı belə izah edib:

"Biz beynəlxalq auditoriyaya xidmət edirik və bu auditoriyanın əksəriyyəti ABŞ-dan kənarda yerləşir. Meksika körfəzi beynəlxalq bir su hövzəsidir və ABŞ-ın onu yenidən adlandırma səlahiyyəti mübahisəlidir".

Bu mübahisə hələ də davam edir və görünən odur ki, Meksika körfəzi mövzusu uzun müddət gündəmdə qalacaq.

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:320
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 17 Fevral 2025 20:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see357

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see236

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see232

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see231

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see224

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see223

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see221

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see218

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see217

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see213

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see207

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see206

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see205

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see200

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see200

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see200

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see199

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see199

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see199

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri