Icma.az
close
up
RU
Gördüm Range Rover , S class ı və restoranı olan, oliqarx oğlandır

Gördüm Range Rover , S class ı və restoranı olan, oliqarx oğlandır

Icma.az, Milli.az saytına istinadən bildirir.

Afət Fərmanqızı həyat yoldaşı Məmmədlə tanışlıq hekayəsini ilk dəfə açıqlayıb.

Milli.Az xəbər verir ki, müğənninin səmimi etirafları ictimaiyyətdə maraq və müzakirələrə səbəb olub.

Afət Fərmanqızı bildirib ki, Məmmədin restoranı var və onlar ilk dəfə bir toy dəvəti ilə əlaqə saxlayarkən tanış olublar. Həmin vaxt başqa məclisi olduğu üçün toya gedə bilməyəcəyini deyən müğənni toy tarixinin dəyişdirilməsini xahiş edib. Onun sözlərinə görə, qarşı tərəfin bu məsələdə asanlıqla razılaşması onda şübhə yaradıb və arada başqa bir marağın olduğunu hiss edib. Buna görə də şəxsiyyət vəsiqəsini göndərməsini istəyib ki, ailəli olub-olmadığını dəqiqləşdirsin.

Afət Fərmanqızı qeyd edib ki, Məmməd onu uzun müddət efirlərdən izləyirmiş və onun "heç vaxt evlənmərəm" sözlərini də eşidibmiş. Toya gedən zaman isə Məmməd hisslərini etiraf edib. Müğənni Rusiyada keçirilən toyların birində Məmmədin imkanlarını daha yaxından gördüyünü, bahalı avtomobilləri və biznesi olduğunu deyib. Onun sözlərinə görə, həyat yoldaşı hər zaman "lazım olsa, evdə otur, mən baxım" desə də, o, özü qazanmağı seçib.

Afət Fərmanqızı vurğulayıb ki, işləmədən, pul qazanmadan yaşaya bilməz və pulu çox sevir. Onun fikrincə, pul qazanmaq onu xoşbəxt edir. Müğənni Rusiyada qatıldığı toyların birində qazancının ən azı 5 min manat olduğunu, Azərbaycanda isə şabaşın daha çox olduğunu bildirib. O deyib ki, məclisdən bir çanta pulla çıxır və bunu gizlətmir.

Müğənni əlavə edib ki, "qalikin"i də öz qazancı ilə alır və toy sahiblərinə bahalı avtomobillə gələn sənətçinin ziyanı olmadığını deyir. Onun arzusu Rusiyada toy bazarında da daha aktiv olmaq, həftədə bir dəfə ora gedib-gəlmək yox. Afət Fərmanqızı bu prosesi "bir güllə ilə iki dovşan vurmaq" kimi dəyərləndirib - həm Məmməd kimi bir həyat yoldaşı qazandığını, həm də Rusiyada toyların "kraliçası"na çevrildiyini deyib.

O, rus dilini də bu dövrdə daha yaxşı öyrəndiyini, əvvəldən bazasının olduğunu və savadlı biri kimi inkişaf etdiyini qeyd edib. Afət Fərmanqızı etiraf edib ki, həyat yoldaşı ilə aralarında incikliklər olsa da, barışmağı bacarıblar və zaman keçdikcə bu kişi olmadan yaşaya bilməyəcəyini anlayıb.

Müğənninin sözlərinə görə, yaş artdıqca qadın ailə qurmalıdır, çünki 60-70 yaşda bu, gec ola bilər. O, illərlə bayramlarda tək qaldığını, indi isə arxasında başqasının yox, öz ərinin olduğunu bildiyini deyib. Afət Fərmanqızının bu səmimi açıqlamaları sosial şəbəkələrdə geniş müzakirələrə yol açıb.

Musa
Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:231
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 08 Fevral 2026 14:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see433

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see409

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see320

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see307

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see274

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see274

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see266

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see261

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see258

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see250

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see249

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see231

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see216

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see214

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see210

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see206

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see206

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see201

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see199

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri