Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

“Görən, Milli Məclisi və Tarif Şurasını da Ramiz Mehdiyev idarə edir?..”

“Görən, Milli Məclisi və Tarif Şurasını da Ramiz Mehdiyev idarə edir?..”

Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.

“Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısına qalır...”- Azərbaycan Respublikası Konstitusiyası, maddə 16-1.

“İndi xalq onun rifahı əleyhinə qərar verən qurumların rəhbər işçiləriylə, belə qərarlara səs verən deputatlarla necə həmrəy olsun?..”

“Prezident İlham Əliyev öz çıxışlarında “jurnalistlər mənim köməkçilərimdir” cümləsini işlədəndən sonra bu sətirlərin müəllifi də  özünü prezidentin köməkçisi hesab edir və bacardığı qədər hər bir olay, proses barədə düzgün, obyektiv və qərəzsiz məlumatlar yaymağa çalışır...”

“Və əgər bu günlərdə dövlət başçısıyla təsadüfən üzbəüz görüşmək imkanım olsa, deyərəm ki, cənab Prezident, bilin ki, xalqın böyük əksəriyyəti dolanışığından narazıdır, saysız-hesabsız və minimum əmək haqqına nisbətdə çox yüksək məbləğdə olan vergi və cərimələr yoxsulların belini qırır..."

Salaməleykum! Yeni təqvim iliniz mübarək!.. 

Görəsən, bu yazını oxuyanlardan kimlər bizim ünvanımıza deyəcək ki, əşşi, bu bayram günü yenə nə başlamısız “Tarif Şurası”, “Ramiz Mehdiyev”- yenə nədən şikayət edəcəksiz? Belə fikirləri bu günlərdə yalnız bayram günlərini harada, hansı xarici ölkədə və ya xarici istirahət zonasında keçirmək barədə düşünən, maaşı, yaxud pensiyası azı 5-10 min manatdan artıq olan, həm də Putin demiş, “levı” gəlirləri gələn, başqa sözlə, rüşvətxor, korrupsioner- bir sözlə, kefikök, damağı çağ kəslər ifadə edə bilər ki, belələri də Azərbaycan əhlinin uzağı, 5-6 faizini təşkil edər...  O kəslərin vecinə deyil ki, bu gün benzinin, dizelin qiyməti 5-10 qəpik qalxdı, sabah avtobusun, metronun qiyməti ikiqat qalxdı,  o biri gün qazın, işığın, suyun qiyməti qalxdı, bir həftədən sonra bütün əsas ərzaqlar: çörək, ət, yağ, süd, qatıq, pendir və s. bir daha bahalaşacaq... Qiymətlər qalxdıqca onlar da öz gördükləri rəsmi və dolayı işlərin qiymətlərini, “taksa”larını qaldıracaq və eyni qayda ilə keflərini sürəcəklər...

Amma bu sətirlərin müəllifi kimi 300-500 manat minimum, halal qazanc hesabına, 30-35 ildir hələ də yataqxanalarda, yarımçıq tikililərdə mövcud olmağa çalışanlar, işlədiyi vəzifədə, sahədə rüşvət almağa, korrupsiya ilə, saxtakarlıqla  və s. ilə məşğul olmağa “fərasəti”  çatmayanlar, hətta ipoteka ilə mənzil, kreditlə avtomobil alıb ortabab dolananlar belə yazıları, məlumatları gözünə təpərək oxuyur. Çünki ehtiyac içindədirlər, heç bayram yadlarına da düşmür...

Bayram yadımıza necə düşsün ki, bəlkə də dünya tarixində ilk dəfə olaraq hökumətimizin çox dəyərli Tarif Şurası Həmrəylik Günü, Yeni il bayramı öncəsi düz 7 yeni qərarla məmləkət əhalisini yeni qiymət artımlarıyla “təbrik” etdi... Bunlardan ən çox gözə çarpan benzin və dizelin qiymətlərinin qaldırılması və elektrik enerjisi və təbii qazın sabit tarif rejiminə keçidlə bağlı qərardır... 

Benzin və yanacağın qiymətinin artırılması ilə məsələ aydındır. Bunun ardınca çörəkdən, göy-göyərtidən, kartof-soğandan, qənd-şəkərdən başlamış ətə, yağa qədər – bütün gündəlik ərzaq məhsulları sözsüz-filansız bahalaşacaq. Üstəlik, ictimai nəqliyyatın: avtobus və metroda gediş haqqı da qaldırılacaq... Maaş və pensiyalarda isə inflyasiyaya uyğun kiçik faizləri hesaba almasaq, heç bir artım yoxdur... 

Bəs elektrik enerjisi və təbii qaz üzrə sabit tariflər müəyyənləşdirilməsi nə deməkdir? Məsələ burasındadır ki, ötən 2025-ci ildə Milli Məclisin qəbul etdiyi  "Elektroenergetika haqqında" və 2026-cı il 1 yanvar tarixindən qüvvəyə minən yeni "Qaz təchizatı haqqında" qanunlara əsasən, istehlak səviyyəsindən asılı olmadan sabit xarakterli xərclərin istehlakçılar arasında balanslı şəkildə bölüşdürülməsi məqsədilə sabit tarif müəyyənləşdirilmişdir. Möhtərəm Tarif Şurası da buna əsasən növbəti qərarını verib...

Bu qərar o deməkdir ki, işıq və qaz sayğacı olan hər bir vətəndaş (hələlik biznes və özəl sektoru kənara qoyuruq) sayğacın mövcudluğuna və həmin xidməti aldığına görə ayrıca ödəniş etməli olacaq. Yəni vətəndaş işıq və ya qazdan istifadə etsə də, etməsə də, bu haqqı ödəməyə məcbur olacaq. Bu, ev telefonlarında tətbiq edilən abunə haqqına bənzər bir şeydir...

İqtisadçılar qeyd edir ki, əgər bu sabit ödəniş mexanizmi həm işıqda, həm qazda, həm də suda tətbiq olunarsa, hər sahə üzrə təxminən 1 manat olmaqla, ümumilikdə vətəndaşların aylıq xərclərinə əlavə olaraq təqribən 3 manat yük düşəcək...

Bu ilin oktyabrından, yəni Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin həbsindən sonra mediada yayılan informasiyalardan, bəzi rəsmi və deputatların çıxışlarından belə qənaətə gəlmək olur ki, ölkədə son 30 ildə baş vermiş bəla və faciələrin əsas baiskarı və səbəbkarı məhz o və onun yalnız müxalifət sıralarından ikisinin adı açıq şəkildə çəkilən 50 nəfərlik çevriliş niyyətli komandasıdır. Bu səbəbdən şəxsən mən bir vətəndaş və jurnalist olaraq harda bir problem, hansısa hökumət qurumunun, yaxud ayrıca məmurun xalqın dolanışığının, rifahının əleyhinə yönəlmiş qərar, yaxud davranışını görsəm, ağlıma gələn ilk şey o olur ki, görəsən, burada Ramiz Mehdiyevin barmağı yoxdur... Elə Yeni İl, həmrəylik günü öncəsi Tarif Şurasının bəhs etdiyimiz qərarları da belə düşüncələrə səbəb olur. Qeyri-iradi beyinlərdə belə bir fikir baş qaldırır: əcəba, görəsən, Tarif Şurasını da Ramiz Mehdiyev idarə etmir ki? Eyni sualı Tarif Şurasına vətəndaşın bir ay ərzində evdə yaşayıb-yaşamamasından, yəni işığı, qazı işlətməməsindən asılı olmayaraq aylıq pul ödəməsi haqda qərar verməsinə səbəb olan Milli Məclis barədə də vermək olar: Görəsən, Milli Məclisimizi Ramiz Mehdiyev idarə etmir ki?..

Çünki bu qərarlar xalqın dolanışığna bilavasitə təsir göstərir, gündəlik ərzaq, qida məhsullarının bahalaşmasına səbəb olur.  Deməli, həm Milli Məclis, həm Tarif Şurası dövlət başçısı İlham Əliyevin xalqa, hər bir vətəndaşa qayğı göstərilməsi, xalqın rifahının yüksəldilməsi üçün işlər görülməsi haqdakı mütəmadi çıxış və göstərişlərinə zidd qərarlar verir... Özü də məhz iki gözəl bayram – Həmrəylik Günü və Yeni il ərəfəsində... İndi xalq onun rifahı əleyhinə qərar verən qurumların rəhbər işçiləriylə, belə qərarlara səs vermiş deputatlarla necə həmrəy olsun? Və əlbəttə, xalqa, dövlət başçısının çıxışlarına zidd qərarlar verən belə qurumların rəhbərləri onlar haqda gerçəkləri deyənləri, o cümlədən bəndənizi və ya yaxınlarını hər cür vasitə ilə cəzalandıra, adına min hədyan qoşa, şərlədib tutdura, nə bilim, daha nələr edə bilər... 

Amma bizim güvənc yerimiz dövlətimiz, Konstitusiyamız, qanunlarımız, dövlətimizin başçısı, həmçinin hüquq-mühafizə və təhlükəsizlik orqanlarıdır...

Prezident İlham Əliyev öz çıxışlarında “jurnalistlər mənim köməkçilərimdir” ifadəsini işlədəndən sonra bu sətirlərin müəllifi də  özünü prezidentin bir köməkçisi hesab edir və bacardığı qədər hər bir olay, proses barədə düzgün, obyektiv və qərəzsiz məlumatlar yaymağa çalışır. Hesab edirəm ki, jurnalistlərin xalqa və dövlət rəhbərlərinə düzgün, obyektiv informasiya çatdırmasına mane olmağa, yazılarımızı sildirməyə-filana çalışa bilən hansısa rəsmi qurum rəhbəri, məmur Konstitusiya və qanunlarımızla bərabər bilavasitə İlham Əliyevin daxili siyasətinə də qarşı çıxmış olur...

Və əgər bu günlərdə dövlət başçısıyla təsadüfən üzbəüz görüşmək imkanım olsa, deyərəm ki, cənab Prezident, bilin ki, xalqın böyük əksəriyyəti dolanışığından narazıdır, saysız-hesabsız və minimum əmək haqqına nisbətdə çox yüksək məbləğdə olan vergi və cərimələr yoxsulların belini qırır... Əgər inanmırsınızsa, ən etibar etdiyiniz şəxslərdən 4-5 nəfərini yollayın, birlikdə dərviş-libas olub, kimliyimizi bildirmədən məsələn, 10 gün ərzində paytaxt Bakıdan başlamış respublikanın şəhər, rayon, qəsəbə və kəndlərini gəzək- ictimai nəqliyyatda, çayxanalarda, bazarlarda, yas mərasimlərində və insanların toplaşdığı digər məkanlarda insanların – sadə vətəndaşların söhbətlərinə qulaq verək, eyni zamanda müstəqil bir sorğu təşkil edək. Əgər dediyim yalan olsa, hər bir cəzaya hazıram... Yox, dedikləri doğru çıxsa və Milli Məclisin, Tarif Şurasının son illərdə qəbul etdiyi qanun və qərarların xalqın rifahının yüksəlişinə zidd olması bəlli olsa, deməli, hər iki qurum, o cümlədən Tarif Şurasının üzvləri iqtisadiyyatla bağlı nazirlərin və dövlət agentliyi rəhbərlərinin müavinlərindən ibarət olduğundan bütöbvlükdə Nazirlər Kabinetini də buraxmaq, Milli Məclisə növbədənkənar demokratik(!) seçkilər keçirmək, digər iki qurumu isə yenidən formalaşdırmaq gərəkdir... Milli Məclisin deputatların xeyli hissəsinin ilk mandatlarını məhz bilavasitə Ramiz Mehdiyevin PA rəhbəri olduğu dönəmdə əldə etməsi də hamıya məlumdur...

Zəruri xatırlatma:

Tarif Şurası haqda Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 dekabr tarixli 341 nömrəli Fərmanı ilə təsdiq edilmiş Əsasnamənmin 1.2 bəndində deyilir: 

Şura öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını,Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və qərarlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və qərarlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tutur.

Azərbaycan Respublikasının Konstitusiyasının 15-ci maddəsində(İqtisadi inkişaf və dövlət) isə deyilir: 

I. Azərbaycan Respublikasında iqtisadiyyatın inkişafı müxtəlif mülkiyyət növlərinə əsaslanaraq xalqın rifahının yüksəldilməsinə xidmət edir. 

16-cı maddədə (Sosial inkişaf və dövlət) də belə deyilir: 

I. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısına qalır...

Milli Məclis və Tarif Şurasıyla yanaşı, respublikanın iqtisadi-sosial inkişafına cavabdeh olan bütün rəhbər şəxslər də Ana Qanunumuzun bu maddələrini unutmamalıdırlar...

Sultan Laçın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://moderator.az
archiveBu xəbər 01 Yanvar 2026 14:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see451

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see413

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see295

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see293

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see287

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see260

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see257

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see244

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see229

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see226

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see222

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see222

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see210

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see208

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see206

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see204

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see202

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see201

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see187

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri