Icma.az
close
up
RU
Milli həmrəyliyə qarşı, bolşevik təfəkkürlü Ramiz Mehdiyev

Milli həmrəyliyə qarşı, bolşevik təfəkkürlü Ramiz Mehdiyev

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Prezident Administrasiyasının sabiq rəhbəri və AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevlə bağlı aparılan ictimai müzakirələr onun kimliyi, fəaliyyətindəki nöqsanları daha geniş səviyyədə üzə çıxarır.

Ramiz Mehdiyevi xarakterizə edən cəhətlərdən biri onun milli həmrəyliyə qarşı olması ilə bağlıdır. Bu gün Azərbaycanda hər kəs akademiki bolşevik təfəkkürlü insan kimi qiymətləndirir.

Ramiz Mehdiyevə göstərilən bu münasibət təsadüfi deyil. O, azərbaycançılıq konsepsiyasına əsaslanan milli dövlətin mövcudluğunu əslində, heç vaxt qəbul etməyib. Özü milli, müstəqil Azərbaycanın idarəetmə sistemində ən yüksək vəzifələrdən birini tutmasına baxmayaraq, dövlət içində dövlət sayılan yad ünsürlü “5-ci kolon”u formalaşdırıb. 

Çünki Ramiz Mehdiyev milli vəhdətə əsaslanan dövlət idarəetmə modelini qəbul edə bilmirdi. Yəqin elə bu səbəbdən akademik özünə, Kremlin siyasi dəhlizlərində olduğu kimi Ramiz Ənvəroviç deyə müraciət edilməsindın daha məmnun olurdu. Bu günlərdə 5-ci ildönümünü qeyd edəcəyimiz Zəfər Gününü Ramiz Ənvəroviçin sevinclə qarşılamaması da məhz bununla bağlı idi.

44  günlük müharibədən dərhal sonra, xalqın  30 ildən sonra Azərbaycan torpaqlarını Ermənistan işğalından azad etməsini, qələbəsini hər yanda sevinclə, atəşfəşanlıqla bayram etdiyi bir vaxtda Ramiz Mehdiyev çox əsəbi idi. Jurnalistin 24 il dövlət aparatında rəhbər vəzifələrdən birini tutmuş Mehdiyevdən təbii ki, bu qələbəyə münasibətini soruşmaq hüququ var.

Çünki Azərbaycan ərazilərinin işaldan azad edilməsi həm Heydər Əliyevin prezidentliyi dövründə, ondan sonra isə dövlət başçısı kimi İlham Əliyevin siyasi strategiyasının əsasını təşkil edib.

Bu qələbəyə sevinməmək mümkün deyil. Ramiz Mehdiyev isə bu qələbəyə münasibətini əsəbi tonda “Mənə sual verməyin” deyib telefonu söndürməklə kifayətlənir. Ramiz Ənvəroviçin belə sərt reaksiya göstərməsinin səbəbləri müxtəlifdir. İlk növbədə, qulluq göstərdiyi imperiyanın planları boşa çıxmışdı.

Amma digər və çoxlarının diqqətindən yayınan bir səbəb var. Azərbaycanın Zəfəri Prezident-Ordu-Xalq həmrəyliyinin nəticəsi idi. Ramiz Mehdiyev bu birliyi qəbul edə bilmirdi. Milli həmrəylik Azərbaycan dövlətçiliyinin həmişə xilaskarı funksiyasını yerinə yetirib.

1993-cü ildə Ulu Öndər Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət edəndə də, 1994-cü ilin oktyabrın 4-də gecəyarı meydanlara axışıb bir yumruq kimi prezidentin ətrafında sıx birləşəndə də, 2020-ci ildə “Dəmir yumruğa” çevrilib döyüşə yollananda da millət öz həmrəylini göstərib. 

Bu birlik Azərbaycan dövlətini Macarıstandan Çin səddinə qədər uzanan Türk Dövlətləri Təşkilatında hər kəs üçün qəbul ediləcək bir modelə, milli və siyasi trendə çevirib.

Ramiz Mehdiyevin başçılıq etdiyi xəyanət şəbəkəsinin bu gün Azərbaycan dövlətçiliyinə qarşı çıxması da bu milli həmrəyliyi pozmaq niyyəti ilə bağlıdır. Ancaq bu dəfə də alınmadı... Çünki xalq dövlətin yanındadır. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

 

Açar sözlər: Ramiz Mehdiyev bolşevik

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 01 Noyabr 2025 13:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri