Icma.az
close
up
RU
Görkəmli Azərbaycanlılar Panteonu: dostluq rəmzi Tbilisi Botanika Bağından REPORTAJ

Görkəmli Azərbaycanlılar Panteonu: dostluq rəmzi Tbilisi Botanika Bağından REPORTAJ

Icma.az bildirir, Report.az saytına əsaslanaraq.

Görkəmli Azərbaycan şəxsiyyətlərinin izləri ilə ruhların səssiz nəfəs aldığı Panteona səyahətə Tbilisinin ürəyi sayılan Meydan ərazisindən başlayırıq.

Tbilisinin hər daşında, hər küçəsində Azərbaycan və gürcü xalqlarının dostluğu, qarşılıqlı zəngin tarixinin izləri duyulur. Meydan ərazisində də Azərbaycan ziyalılarının adları və ruhları "dolaşır". Belə ki, burada böyük mütəfəkkir Mirzə Fətəli Axundzadənin ev muzeyi yerləşir. Bir qədər irəlidə isə Heydər Əliyev adına Park salınıb. İstirahət zonası Azərbaycan-Gürcüstan dostluğunun simvolu kimi küçəni bəzəyir.

Ərazidə yerləşən qədim hamamlar da Tbilisinin çoxəsrlik tarixinin canlı şahidləridir.

Bura turistlərin ən çox maraq göstərdiyi məkanlardan biridir. Botanika Bağına aparan yol da bu ərazidən başlayır. Yolboyu irəlilədikcə doğma izlər hiss edilir. Bir qədər getdikdə Tbilisinin qədim və möhtəşəm Cümə Məscidi görünür. Bu abidə Gürcüstanın müsəlman əhalisi olan soydaşlarımızın vaxtilə burada kütləvi məskunlaşdığının göstəricisidir. İndi də burada yaşayan azərbaycanlılar var. Məsələn, məscidin qarşısında tanınmış azərbaycanlı ziyalı, aktyor və rejissor, vaxtilə Gürcüstan SSR-in xalq artisti adını almış İbrahim İsfahanlının evi yerləşir.

Nəhayət, Botanika Bağının girişinə çatırıq. Əraziyə giriş pulludur.

“Panteon azərbaycanlılar üçün xüsusi önəm daşıyır”

Görkəmli azərbaycanlıların dəfn olunduğu panteona getmək istədiyimizi bilən kassir Meriko Xaratişvili dedi ki, bura azərbaycanlı ziyarətçilər üçün xüsusi önəm daşıyır. Onun sözlərinə görə, Botanika Bağını ziyarət edənlər arasında azərbaycanlılar üstünlük təşkil edir. Bunun da səbəbi elə getmək istədiyimiz panteondur.

M.Xaratişvili bildirdi ki, azərbaycanlı ziyarətçilər buranı sadəcə tarixi məkan kimi deyil, həm də Azərbaycan-Gürcüstan dostluğunun simvolu kimi qəbul edirlər: “Gəlib deyirlər ki, burada bizim ziyalılarımız dəfn olunub, onlar vaxtilə Tbilisidə yaşayıblar. Burada dahi yazıçı Mirzə Fətəli Axundzadə, şair Mirzə Şəfi Vazeh, Qasım bəy Ağayev və digər azərbaycanlı şəxsiyyətlərin ruhları dolaşır".

Meriko Axundzadənin yaradıcılığı ilə yaxından tanış olmasa da, onun Gürcüstan-Azərbaycan dostluğunda oynadığı roldan xəbərdardır: "Bilirəm ki, onun Tbilisidə evi olub və indi həmin ev muzeydir. O, burada yaşayıb, yaradıb və Gürcüstan-Azərbaycan arasında dostluğa, ədəbi-mədəni əlaqələrin inkişafına xidmət edib".

Botanika Bağına girişhaqqı 4 laridir. Ziyarətçilər burada həm tarixi şəxsiyyətlərin məzarlarını ziyarət edə, həm də bu qədim məkanın təbii gözəlliyindən zövq ala bilərlər.

Beləcə, Tbilisinin bu möhtəşəm guşəsində tarixlə müasirliyin birləşdiyi sehrli aləmə daxil oluruq. Burada hər addımda Azərbaycan və Gürcüstan xalqlarının dostluğunun, tarixin dərin qatlarının izlərini duymaq mümkündür. Bura insanı təkcə fiziki deyil, həm də mənəvi səyahətə - tarix və mədəniyyətə aparır.

Bağın ümumi sahəsi 128 hektardan çoxdur. Turistləri bu bağa cəlb edən əsas səbəb nadir, nəsli kəsilməkdə olan bitki növləri və təmiz havadır. Azərbaycanın görkəmli tarixi şəxsiyyətlərinin burada dəfn olunması isə azərbaycanlılar üçün bu məkanın əhəmiyyətini bir qədər də artırır.

Günümüzə gəlib çatan məzarlar

Bağa iki istiqamətdən daxil olmaq mümkündür: vaxtilə Mirzə Şəfi Vazehin yaşadığı və indi onun adını daşıyan küçədən və ya Botanika küçəsi yəni Cümə Məscidinin qarşısından. Əraziyə bələd olmadan panteona getmək isə bir qədər çətin ola bilər. “Yapon Bağı”na çatmısınızsa, deməli, doğru istiqamətdəsiniz. Bu nöqtədən sonra işarəverici lövhələrə diqqət yetirmək lazımdır. Üzərində "Azərbaycan Cümhuriyyəti" yazılan və tarixi şəxsiyyətlərimizin adları həkk olunan abidə bizi qarşılayır:

Azərbaycanın ictimai-siyasi və mədəniyyət tarixində iz qoymuş şəxsiyyətlər, Mirzə Şəfi Vazeh – şair və maarifçi (1852),General Abdulla ağa Bakıxanov, Məmməd Həsən Hacınski – dövlət xadimi, Əliqulu Qəmküsar – yazıçı və publisist, İbrahim İsfahanlı – aktyor və rejissor, Mehdiqulu xan Vəfa – şair, Behbud ağa Şahtaxtinski – diplomat, Fətəli xan Xoyski – Azərbaycan Xalq Cümhuriyyətinin baş naziri, Həsən bəy Ağayev…

Günümüzə gəlib çatanlar isə yalnız Həsən bəy Ağayev, Fətəli xan Xoyski, Mirzə Fətəli Axundzadə və onun ailə üzvləri – həyat yoldaşı Tuba xanım, onun qohumları, oğlu Adil bəy, qızı Seyra, Mirzə Şəfi Vazeh və xanımının məzarlarıdır.

Ərazidə təbiətin sükutunu bağbanın süpürgəsi pozur. O, məzarların ətrafını təmizləyir, səliqə-sahman yaradır.

Qeyd edək ki, bu ərazi bir neçə əsr əvvəl "Çar Bağları" adı ilə tanınıb. XVII əsrdə burada “Gorxana” adı ilə müsəlman qəbiristanlığı salınıb. 1845-ci ildə əsası qoyulan "Çar Bağları"nın ərazisi 1896-1904-cü illərdə daha da genişləndirilib.
XX əsrin ortalarına qədər köhnə müsəlman qəbiristanlığı kimi tanınan bu yer XX əsrdə sökülməyə başlayıb. 1959-cu ildə ədəbiyyatşünas alim Vaqif Arzumanlı qəbiristanlığa baş çəkir və qeydlərində buradakı Azərbaycan xadimlərinin bir çoxunun məzarlarından, eləcə də Mirzə Şəfi Vazehin türbə şəklində yarımdağılmış qəbirüstü abidəsindən bəhs edir. 1964–1965-ci illərdə isə qəbirlərin köçürülməsi barədə məlumat verilir, çünki ərazidə Botanika Bağının salınması planlaşdırılırdı.

İllər sonra Vaqif Arzumanlı gürcü tədqiqatçı İvan Yenikolopovla birlikdə burada 100-ə yaxın məzarı aşkar edir və 30-dan çox tanınmış azərbaycanlının məzarını müəyyənləşdirirlər. Tanınmış şəxsiyyətlərin yalnız bir neçəsinin məzarı salamat qalır və ərazi “Görkəmli Azərbaycanlılar Panteonu” adlandırılaraq Botanika Bağının bir hissəsinə çevrilir.

Heydər Əliyevin Xüsusi Qayğısı

1970-ci ildə Ulu Öndər Heydər Əliyevin Tbilisiyə səfəri zamanı Mirzə Fətəli Axundzadənin məzarı ətrafında abadlıq işləri aparılıb. 1996-cı ilin mart ayında isə Fətəli xan Xoyskinin qəbirüstü abidəsinin açılış mərasimində Gürcüstanın sabiq prezidenti Eduard Şevardnadze ilə yaxın dost olan Azərbaycan Prezidenti Heydər Əliyev şəxsən iştirak edib.

2006-cı ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə panteonda Mirzə Şəfi Vazehin, Mirzə Fətəli Axundzadənin, Həsən bəy Ağayevin, Fətəli xan Xoyskinin qəbirüstü abidələri yenidən qurulub və xiyabanın yaradılması işləri həyata keçirilib.

Azərbaycan-Gürcüstan dostluğunun tarixi təsdiqi

Bu gün Tbilisinin Botanika Bağında yerləşən Görkəmli Azərbaycanlılar Panteonu yalnız tarixi şəxsiyyətlərin uyuduğu yer deyil, həm də Azərbaycan və Gürcüstanın mədəni və tarixi bağlılığının, sarsılmaz dostluğunun canlı nümunəsidir. Bu məkan həm tariximizi yaşadır, həm də gələcək nəsillərə dostluq və qardaşlıq mesajı verir...

Georgi Kuçişvili artıq 10 ildir ki, burada bağban kimi çalışır. O panteonu tez-tez ziyarət etdiyini bildirir: "Mən burada işləyəndə, ərazini təmizləyəndə, məzarlara qulluq edəndə elə bilirəm ki, öz doğmalarıma qulluq edirəm. Azərbaycanlılar və gürcülər həmişə dost olublar. Bura gələn ziyarətçilər də bu dostluğun izlərini hiss edirlər".

Georgi ilə sağollaşdıqdan sonra digər bağbanlarla da söhbətə davam edirik. Zurab Qugesaşaşvili bizi digər ərazi ilə tanış edir və bu yerlərin tarixi önəmi barədə danışır. Qeyd edir ki, insanların öz köklərini tanımağa ehtiyacları var: "Məsələn, azərbaycanlı bir şəxs öz əcdadını, onun dəfn olunduğu yeri ziyarət etmək istəyir. Mən ona buranı göstərməliyəm, necə ki, öz əcdadıma hörmət edirəm, eləcə də onun əcdadına hörmət etməliyəm. Biz hər zaman bir-birimizə dəstək olmuşuq. Hamımız dost idik və indi də Tbilisidə bu dostluq mühiti qorunur".

Panteona aparan yol: Unudulmuş layihə

Zurab bizi Azərbaycan ziyalılarının dəfn olunduğu panteona gələn yaxın cığırı göstərərək deyir: “Bu cığır panteona ən yaxın yoldur. Buradan birbaşa panteona yol çəkilsə, Azərbaycanın görkəmli şəxsiyyətlərini daha çox insan tanıyar. Gürcüstanda çoxlu sayda azərbaycanlı yaşayır və onlar üçün də panteonu ziyarət etmək daha rahat olar. İndiki vəziyyətdə bura gələn turistlər və ziyarətçilər yolu tapmaqda çətinlik çəkirlər, biz onlara istiqamət göstəririk. Əgər buradan yol çəkilsə, panteona 3 dəqiqəyə çatmaq olar. Hazırda isə üzü yoxuşa çıxan əsas yolla 15 dəqiqə vaxt sərf edirik".

O, daha sonra əlavə edir: "Bu yol məsələsi əvvəllər planda var idi, amma sonradan xəbər çıxmadı, unuduldu. Yeni yol çəkmək üçün maliyyə vəsaiti lazımdır".

Daha bir Azərbaycan izi: Nar bağı

Bağban bizi Botanika Bağında yerləşən Azərbaycanın nar bağına dəvət edir. O bildirir ki, 2023-cü ilin may ayında, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə burada Heydər Əliyevin xatirəsinə həsr olunan nar bağı salınıb. Bu layihə Azərbaycanın Gürcüstandakı səfirliyi və "SOCAR Georgia" şirkətinin təşəbbüsü ilə həyata keçirilib. Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası tərəfindən bağa Göyçaydan gətirilən 100 ədəd nar ağacı əkilib.

Bağın girişində narın Azərbaycan üçün iqtisadi, mədəni və kulinariya dəyərləri barədə məlumat lövhəsi quraşdırılıb.

Burada digər bağban Tariel Camaspaşvili ilə tanış oluruq. Tariel nar bağına xüsusi diqqətlə qulluq etdiyini bildirir: "Bu ağaclar kök atdıqca elə bilirəm ki, ölkələrimiz və xalqlarımızın dostluğu daha da möhkəmlənir. Ona görə də bu ağaclara böyük həvəslə qulluq edirəm".

Beləliklə, bir daha şahidi olduq ki, Tbilisinin Botanika Bağı yalnız istirahət üçün deyil, həm də tarixi şəxsiyyətlərin xatirəsini yaşatmaq və iki xalq arasındakı dostluğu, mədəni və tarixi bağları möhkəmləndirmək üçün böyük əhəmiyyət daşıyır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://report.az
archiveBu xəbər 25 Yanvar 2025 10:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see189

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see167

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see158

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see154

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see144

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see141

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see140

“Fənərbaxça” derbisi öncəsi “Qalatasaray”da son durum açıqlanıb

30 Noyabr 2025 22:45see137

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see137

A Seriyası: Napoli yə 1 qol bəs etdi

01 Dekabr 2025 01:58see135

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see134

Ən asan almalı keks resepti

01 Dekabr 2025 00:27see133

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

01 Dekabr 2025 03:31see130

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see129

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see128

“Flamenqo”nun Libertadores zəfərindən sonra Rio gecəni yuxusuz keçirib VİDEO

01 Dekabr 2025 02:10see128

Müller yenidən Messinin qarşısına çıxır

01 Dekabr 2025 03:46see126

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see124

Ər və arvad kazinoda saxta yolla bir milyon qazandı

30 Noyabr 2025 22:32see124

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri