Icma.az
close
up
RU
44 günlük haqq savaşında sağlamlığını fəda edən zabit bu gün də Vətənə xidmət edir

44 günlük haqq savaşında sağlamlığını fəda edən zabit bu gün də Vətənə xidmət edir

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Daşkəsən, 18 oktyabr, Vüsalə Cənnətova, AZƏRTAC

44 günlük Vətən müharibəsinin sonundakı şanlı Zəfərlə bütöv Azərbaycan reallığını Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qalib Azərbaycan Ordusu yaratdı. Fədakar, qəhrəman, məğlubedilməz Vətən övladları gözlərini qırpmadan ana yurdun yolunda canlarını da fəda etdilər, sağlamlıqlarını da.

AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, belə cəsur oğullarımızdan biri də Ceyhun Əliyevdir.

Ceyhun Məşdi oğlu Əliyev 1988-ci il iyunun 24-də Daşkəsən rayonunun Aşağı Daşkəsən kəndində dünyaya göz açıb. Şəhid Gündüz İsmayılovun adını daşıyan orta məktəbi bitirdikdən sonra Gəncə Dövlət Universitetinin bədən tərbiyəsi fakültəsinə qəbul olunub. 2006-2008-ci illərdə ordu sıralarında xidmət edib, Vətən qarşısındakı borcunu ləyaqətlə yerinə yetirib. 2010-cu ildən isə müddətdən artıq həqiqi hərbi qulluqçu kimi ömrünü orduya bağlayıb. Ön xətdə yerləşən hərbi hissələrin birində xidmət edib. Hələ kiçik yaşlarından idmana həvəs göstərən Ceyhun 2012-ci ildə yunan-Poma güləşi üzrə Silahlı Qüvvələr birinciliyində üçüncü olub. 2016-cı ildə zabitlik kursunu bitirərək leytenant rütbəsi alıb. 2020-ci ilin iyulunda, Tovuz döyüşləri başlayan ərəfədə Ceyhun bölük komandiri kimi ön xətdəki hərbi hissələrdən birinə təyin edilib. Ta uşaqlıqdan düşməndən qisas almaq, işğal altında olan torpaqlarımızı azad etmək istəyi igid hərbçini öz peşəsinə daha da ruhlandırıb.

“Qan yaddaşımıza baxırdım. Xalqımıza edilən haqsızlıqları bilirdim. Mən ordu sıralarında xidmətə başladım, kəşfiyyatçı oldum. Xidmətim dövrümdə də erməni təxribatları ilə qarşılaşırdıq. Generalımız Polad Həşimovun şəhid olmasını eşidəndə postda hamı ağlayırdı, hamıda bir qisas hissi var idi”, - deyən Ceyhun Əliyev 44 günlük Vətən müharibəsinin ilk günlərindən döyüşlərə qatılır.

Hərbçi qardaşı Tural Əliyevlə birgə qəhrəmancasına vuruşur. Yoldaşları ilə düşmənə qan udduran cəsur zabit Murovdağ istiqamətində gedən döyüşlərin birində ağır yaralanır. “Snayper gülləsi məni qolumdan yaraladı. Əl qumbarasını atdılar, qəlpə sol ayağıma girdi. Ruh yüksəkliyi ilə döyüş yoldaşım İntiqamı çağırdım, dedim, “qardaşım, döyüşməyə davam et, mən özümü partladacağam. Bircə atam, iki övladım bilsinlər ki, sağlığımda qisasımı almışam. Əlimi tutub dedi ki, “getmərəm, ölsəm səninlə öləcəyəm, qalsam səninlə qalacağam”. “Toçka Məhərrəm” ləqəbli zabit yoldaşım var idi, həmin qrupa mərmi endirdi və İntiqama dedi ki, “artıq Ceyhunu çıxara bilərsən”, - deyən qazi şanlı qələbənin xəbərini böyük qürurla yaşadığını da xatırlayır.

Vətən savaşının alovundan üzüağ çıxan, ağır əməliyyatlar nəticəsində həyata qayıdan Ceyhun Əliyev iki oğul övladı - Turan və Hüseynə vətənə sevgisini, mərdliyi, qorxmazlığı aşılayır. O, həm də müəllim olaraq şəhid Mikayıl Mustafayevin adını daşıyan Bayan kənd tam orta məktəbində çağırışaqədərki hazırlıq fənnini tədris edir. Deyir ki, sağlam, milli, vətənpərvər ruhda gənclər yetişdirməkdən, Vətənə yenə də xidmət etməkdən böyük qürur hissi duyur. Məktəbin şagirdləri 2023-cü ildə "Şahin" hərbi-idman oyunları üzrə rayon birincisi olublar, sonrakı illərdə isə hərbləşdirilmiş idman oyunlarında uğur qazanıblar. Ceyhun Əliyev döyüşlərdə göstərdiyi şücaətlərə görə Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, “Vətən müharibəsi iştirakçısı”, “Kəlbəcərin azad olunmasına görə”, “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif olunub. O, “Şücaətə görə” medalına da layiq görülüb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:128
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Oktyabr 2025 09:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see234

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see202

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see181

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see154

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see131

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see131

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see131

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri