Icma.az
close
up
RU
“Görkəmli Şuşa Bəyləri Portretlər” layihəsinin təqdimatı keçirilib FOTOLAR

“Görkəmli Şuşa Bəyləri Portretlər” layihəsinin təqdimatı keçirilib FOTOLAR

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

7 iyul 2025-ci il tarixində  Bakı İctimai Əməkdaşlıq Mərkəzinin konfrans zalında “Əbdürrəhim bəy Haqverdiyev Mərkəzi” İctimai Birliyinin təşəbbüsü və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Görkəmli Şuşa Bəyləri – Portretlər” layihəsinin təqdimat mərasimi baş tutub.

"Cebheinfo.az" xəbər verir ki, tədbirdə ictimai xadimlər, alimlər, media nümayəndələri və tələbələr iştirak ediblər. Təqdimat zamanı layihə çərçivəsində aparılmış elmi-tədqiqat işlərinin nəticələri təqdim olunub, Şuşanın görkəmli tarixi simaları – Bəhrəm bəy Məlik-Abbasov, Məmo bəy Məmai və Əbdürrəhim bəy Haqverdiyev haqqında geniş məlumat verilib.

Tədbir Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Layihənin təqdimatında çıxış edən “Əbdürrəhim bəy Haqverdiyev Mərkəzi” İctimai Birliyinin sədri Eldar Məlik-Abbas, layihənin əsas məqsədinin Şuşa qəzasının görkəmli ziyalılarının həyat və fəaliyyətini yenidən araşdırmaq, elmi və ictimai müstəvidə təqdim etmək olduğunu bildirib:

“Bu layihə bizim üçün təkcə keçmişə baxış deyil, eyni zamanda gələcəyə qoyulan mənəvi sərmayədir.”

Tədbirdə Qərbi Azərbaycan Mığrı (Meğri) Rayon İcmasının sədri, Akademik Əliyev Fikrət və Qərbi Azərbaycan Nüvədi Kənd İcmasının sədri İbadov Məhərrəm çıxış edərək XIX əsrdə Şuşa qəzasının Qafqazın ən mədəni bölgələrindən biri olduğunu vurğulayıblar.

Layihə çərçivəsində toplanan materiallar əsasında görkəmli bəylərin fəaliyyətinə dair təqdimatlar müasir texnologiyalar vasitəsilə nümayiş olunub. Çıxış edən digər qonaqlar – qeyri-hökumət təşkilatlarının rəhbərləri, alimlər və media nümayəndələri layihənin tarixşünaslıq və vətənpərvərlik baxımından əhəmiyyətini xüsusi vurğulayıblar.

Sonda qeyd edilib ki, bu cür təşəbbüslər Şuşanın zəngin mədəni irsinin öyrənilməsi və gələcək nəsillərə ötürülməsi baxımından olduqca vacibdir. “Görkəmli Şuşa Bəyləri – Portretlər” layihəsi elmi-tədqiqat nəticələrinin geniş ictimaiyyətə təqdim edilməsi və milli dəyərlərin gənclər arasında təbliği məqsədi daşıyır.

"Cebheinfo.az"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 14 İyul 2025 10:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Landmark” bu dəfə Sahil Bababyevin idarəçiliyinə keçdi

21 Oktyabr 2025 11:26see306

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see245

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see234

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see211

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see192

Təl Əvivdən Bakıya reyslər bərpa edilir

21 Oktyabr 2025 19:39see187

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see173

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see173

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see172

Dabaq xəstəliyi xaricdən gətirilən ət məhsullarına tələbatı artırdı (VİDEO)

21 Oktyabr 2025 23:40see164

Azərbaycan ötən ay genişzolaqlı internetin orta sürətinə görə Cənubi Qafqazda liderliyini saxlayıb

21 Oktyabr 2025 13:54see163

“Azərkosmos” peyk istehsalına hazırlaşır kosmik sənayenin inkişafında yeni mərhələ

21 Oktyabr 2025 19:12see163

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see154

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see154

Atletiko ya can verməyən Qarabağ Atletik in də öhdəsindən gələ bilər

21 Oktyabr 2025 17:36see133

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see129

Ruslar Çin avtomobillərindən narazılıq edirlər...

21 Oktyabr 2025 23:06see128

Daha 8 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

21 Oktyabr 2025 17:38see126

VK sədri Dünya Məktəbinin şagirdləri ilə görüşüb FOTOLAR

22 Oktyabr 2025 10:52see124

Özünü maşın vurub öldürdü, xəbəri alan atasının da ürəyi dayandı Foto

22 Oktyabr 2025 07:17see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri