Icma.az
close
up
RU
Görkəmli tarzən Bəhram Mansurovun doğum günüdür

Görkəmli tarzən Bəhram Mansurovun doğum günüdür

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Fevralın 12-si görkəmli tarzən, muğamların mahir ifaçısı, Xalq artisti Bəhram Mansurovun doğum günüdür.

Oxu.Az xatırladır ki, klassik Azərbaycan muğamlarının qorunub saxlanılmasında və təbliğində böyük xidmətləri olan Mansurovlar sülaləsinin nümayəndəsi B.Mansurov 1911-ci ildə İçərişəhərdə doğulub. O, ilk təhsilini mədrəsədə, sonra isə rus-tatar məktəbində alıb.

Tarzən ailəsində dünyaya göz açan Bəhram Mansurov nəslinin musiqi ənənələrinin davamçısı olub.

Görkəmli tarzən Bəhram Mansurovun doğum günüdür

B.Mansurov 19 yaşında ikən Müslüm Maqomayev onu Xalq Çalğı Alətləri Orkestrinə, daha sonra isə Opera və Balet Teatrına solist-tarzən kimi dəvət edib. 1929-cu ildən Azərbaycan Dövlət Şərq Orkestrinin, sonralar Azərbaycan Dövlət Filarmoniyasının solisti olub.

Opera və Balet Teatrında Hüseynqulu Sarabski, Yavər Kələntərli, Hüseynağa Hacıbababəyov, Əlövsət Sadıqov, Həqiqət Rzayeva kimi korifeylərlə işləyib. Rübabə Muradova, Sara Qədimova, Əbülfət Əliyev, Gülxar Həsənova, Zeynəb Xanlarova, Mais Salmanov, Bakir Haşımov, Qulu Əsgərov, Arif Babayev, Nəzakət Məmmədova, Baba Mirzəyev və başqa sənətkarları müşayiət edib.

Onun ifasında "Çahargah" və "Rast" muğamları nota alınıb, "Bayatı-Şiraz", "Humayun", "Şur", "Bayatı-kürd", "Çahargah" ilk dəfə UNESCO-nun xətti ilə vallara və CD-lərə yazılıb, bütün dünyaya yayılıb.

O, 1978-ci və 1983-cü illərdə Səmərqənddə keçirilən Beynəlxalq Muğam Simpoziumunda Azərbaycanı təmsil edib.

Görkəmli tarzən 54 il Opera və Balet Teatrında çalışıb, muğam operalarında xanəndələri müşayiət edib. Onun ifasında olan bütün muğamlar, dəraməd, diringə, təsnif və rənglər oğlu, Azərbaycan xalq artisti, bəstəkar Eldar Mansurov tərəfindən nota salınıb.

1971-ci ildə tanınmış görkəmli tarzən haqqında "Çalır Bəhram Mansurov" sənədli televiziya filmi çəkilib.

Xalq artisti 1985-ci il mayın 14-də vəfat edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://oxu.az
archiveBu xəbər 12 Fevral 2026 14:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see290

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see270

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see267

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see263

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see253

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see244

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see244

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see235

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see235

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see232

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see219

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see218

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see213

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see211

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see208

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see204

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see202

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see199

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see198

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri